“Gənclərin müasir vətənpərvərlik ruhunun artırılması yolları”
06.11.2013 [09:31]
“Yeniləşən Azərbaycan Gəncliyi” İctimai Birliyinin təşkilatçılığı ilə bu mövzuda tədbir keçirilib
Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun dəstəyi, həmçinin, “Yeniləşən Azərbaycan Gəncliyi” İctimai Birliyinin təşkilatçılığı ilə 1-2 oktyabr 2013-cü il tarixlərində Quba və Qusar rayonlarında “Gənclərin müasir vətənpərvərlik ruhunun artırılması yolları” mövzusunda tədbir keçirilib. Tədbiri giriş sözü ilə açan ictimai birliyin icraçı direktoru Etibar Əsədov bildirib ki, təməl prinsipləri Ulu öndərimiz Heydər Əliyev tərəfindən müəyyənləşdirilən azərbaycançılıq ideologiyası, eyni zamanda, xalqımızın milli-mənəvi dəyəri olmaqla yanaşı, gəncləri müasir dövrdə mənfi steriotiplərdən qorumağın mühüm vasitəsidir. Onun sözlərinə görə, azərbaycançılıq ideologiyası həm də milli vətənpərvərliyimizin istinad yeridir: “Vətənpərvərliyin artırılmasında milli adət-ənənələrimizin xüsusi yeri və rolu var. Adət-ənənələrimiz qlobal submədəniyyətlərlə inteqrasiya, eyni zamanda, milli dəyərlərimizin qorunması fonunda yeniləşən meyillərin müqayisəsi baxımından gənclərə öyrədilməlidir”.
Daha sonra çıxış edən ekspert Şəfa Mövsümov isə bildirib ki, azərbaycançılıq xalqımızın milli mənlik və ümumxalq mədəniyyətinin qorunması üçün zəruri ideyalar toplusudur. O, azərbaycançılıq ideologiyasının əhəmiyyətinə toxunub və bu ideologiyanı milli həmrəylik mənbəyi kimi səciyyələndirib.
Çıxış edən Osman Abbasov isə deyib ki, müasir dövrdə gənclərin vətənpərvərlik ruhunun artırılmasının özünəməxsus xüsusiyyətləri və üstünlükləri var. O bildirib ki, iqtisadi və siyasi sistemin dəyişdiyi, yeni ideologiyaların və dünyagörüşünün təşəkkül tapdığı, qloballaşmanın və ona qarşı mübarizənin genişləndiyi bir şəraitdə gənclərin şüur və düşüncə tərzində, hadisələri və prosesləri dəyərləndirmə meyarında, mədəniyyətə və ümumiyyətlə həyata baxışında yeni meyillərin formalaşması müşahidə olunur.
Tədbirdə çıxış edən Tamilla Əlizadənin sözlərinə görə isə, azərbaycançılıq ideologiyası həm də milli vətənpərvərliyi artıran ümumi dəyərlər sistemidir. Bu ideologiyanın bazisində Azərbaycan mədəniyyətinin özülü dayanır.
Daha sonra qarşılıqlı fikir mübadiləsi və diskussiya aparılıb.
NURLAN
Xəbər lenti
Hamısına baxDünya
20 İyun 16:43
Dünya
20 İyun 16:21
Dünya
20 İyun 15:58
Dünya
20 İyun 15:30
Dünya
20 İyun 14:42
Dünya
20 İyun 14:17
Siyasət
20 İyun 14:08
Dünya
20 İyun 13:51
Gündəm
20 İyun 13:25
Gündəm
20 İyun 12:59
Siyasət
20 İyun 12:20
Siyasət
20 İyun 11:52
Gündəm
20 İyun 11:35
Siyasət
20 İyun 11:13
Sosial
20 İyun 10:49
Analitik
20 İyun 10:32
Ədəbiyyat
20 İyun 10:14
Sosial
20 İyun 09:58
Sosial
20 İyun 09:30
MEDİA
20 İyun 09:15
Ədəbiyyat
20 İyun 08:50
Sosial
20 İyun 08:33
İqtisadiyyat
20 İyun 07:22
Dünya
19 İyun 23:45
İqtisadiyyat
19 İyun 23:18
İdman
19 İyun 22:56
Dünya
19 İyun 22:20
Dünya
19 İyun 22:05
Xəbər lenti
19 İyun 21:49
Sosial
19 İyun 21:26
Siyasət
19 İyun 21:17
Dünya
19 İyun 21:10
İqtisadiyyat
19 İyun 20:45
Dünya
19 İyun 20:30
Sosial
19 İyun 20:17
Elm
19 İyun 19:53
Siyasət
19 İyun 19:44
Siyasət
19 İyun 19:43
Sosial
19 İyun 19:21
İdman
19 İyun 19:13
Dünya
19 İyun 18:37
İqtisadiyyat
19 İyun 18:22
Sosial
19 İyun 18:04
Sosial
19 İyun 17:19
Xəbər lenti
19 İyun 16:30
Sosial
19 İyun 16:30
Sosial
19 İyun 15:47
İqtisadiyyat
19 İyun 15:45
YAP xəbərləri
19 İyun 15:40
Dünya
19 İyun 15:34
YAP xəbərləri
19 İyun 15:34
İqtisadiyyat
19 İyun 15:31
Diaspor
19 İyun 15:21
Xəbər lenti
19 İyun 14:52
YAP xəbərləri
19 İyun 14:51
Gündəm
19 İyun 14:49
Siyasət
19 İyun 14:48
Elanlar
19 İyun 14:48
Elm
19 İyun 14:44
Sosial
19 İyun 14:40
Sosial
19 İyun 14:40
Sosial
19 İyun 14:33
Siyasət
19 İyun 14:30
Mədəniyyət
19 İyun 13:46
İqtisadiyyat
19 İyun 13:41
Hərbi
19 İyun 13:39
Xəbər lenti
19 İyun 13:38
Xəbər lenti
19 İyun 13:37
Xəbər lenti
19 İyun 13:37
Siyasət
19 İyun 13:36

