Zaqatalada Azərbaycanın tolerantlıq ənənələrinə həsr olunmuş seminar-treninq keçirilib
26.08.2014 [09:26]
İslam Əməkdaşlıq Təşkilatı (İƏT) Gənclər Forumunun Avrasiya Regional Mərkəzinin (ARM) Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) dəstəyi ilə “Milli Tolerantlıq Mərkəzi” layihəsi çərçivəsində, Azərbaycanın dini tolerantlıq ənənələrinin təbliği məqsədilə ölkə üzrə “Fərqlilikləri birləşdirən dəyər - Azərbaycan müasir çağırışlar və tolerantlıq” mövzusunda silsilə seminar-treninqləri davam edir.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsindən AzərTAc-a bildiriblər ki, DQİDK, İƏT Gənclər Forumu, Milli Tolerantlıq Mərkəzi, yerli icra hakimiyyəti orqanları nümayəndələrinin, dini icma rəhbərlərinin və rayon ziyalılarının iştirakı ilə Zaqatalada keçirilən növbəti seminar-treninqdə çıxış edənlər Azərbaycanın tolerantlıq ənənələrindən, dinlərarası münasibətlərdən danışıblar. Eyni zamanda şimal-qərb bölgəsinin həssas rayonlarından olan Zaqatalada bu ənənələrin yaşadılmasının əhəmiyyəti qeyd edilib. Bildirilib ki, dini maarifləndirmə sahəsinə daha diqqətlə yanaşılmalı, din xadimləri gəncləri qeyri-ənənəvi və radikal cərəyanların təsirinə düşməkdən qorumaq məqsədilə dinimizin insanlara düzgün çatdırılmasına xüsusi əhəmiyyət verməlidirlər.
Seminar-treninqlərdə, həmçinin dini icma nümayəndələrini maraqlandıran bir sıra suallar cavablandırılıb.
Qeyd edək ki, “Milli Tolerantlıq Mərkəzi” layihəsi 2013-cü il mayın 29-da II Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu ərəfəsində DQİDK və İƏT Gənclər Forumu ARM-in birgə layihəsi olaraq təsis edilib. Mərkəzin rəsmi təqdimat mərasimində BMT-nin Sivilizasiyalar Alyansı və ISESCO ilə memorandumlar imzalanıb.
Fəaliyyət prioriteti dinlərarası, mədəniyyətlərarası dialoqun inkişafına yönəlmiş layihələrin dəstəklənməsi, seminar-treninqlərin və konfransların təşkil edilməsi olan Mərkəz bölgələrdə dini maarifləndirmə işinin aparılması və Azərbaycan tolerantlıq modelinin dünyada tanıdılması istiqamətində “Tolerantlığın ipək yolu”, “Azərbaycan-tolerantlıq məkanı”, “Hörmət naminə birləş” kimi bir sıra beynəlxalq və daxili tədbirlər həyata keçirib.
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
27 İyul 22:17
Dünya
27 İyul 21:59
Müsahibə
27 İyul 21:23
Sosial
27 İyul 21:05
Hadisə
27 İyul 20:45
Dünya
27 İyul 20:31
İqtisadiyyat
27 İyul 20:17
İqtisadiyyat
27 İyul 19:54
Dünya
27 İyul 19:20
Dünya
27 İyul 19:08
Elm
27 İyul 18:32
Dünya
27 İyul 18:31
Sosial
27 İyul 18:11
MEDİA
27 İyul 18:11
YAP xəbərləri
27 İyul 18:08
Dünya
27 İyul 17:20
Sosial
27 İyul 16:06
YAP xəbərləri
27 İyul 16:04
Sosial
27 İyul 15:20
YAP xəbərləri
27 İyul 14:27
Siyasət
27 İyul 14:07
Gündəm
27 İyul 14:03
Sosial
27 İyul 14:02
Sosial
27 İyul 13:35
Sosial
27 İyul 13:35
Sosial
27 İyul 13:34
Sosial
27 İyul 11:58
Dünya
27 İyul 10:54
Sosial
27 İyul 10:45
Elm
27 İyul 10:40
Xəbər lenti
27 İyul 10:32
YAP xəbərləri
27 İyul 10:29
Dünya
27 İyul 10:22
Dünya
27 İyul 09:45
Dünya
27 İyul 09:18
Dünya
27 İyul 08:52
Hadisə
27 İyul 08:36
Dünya
26 İyul 23:20
Maraqlı
26 İyul 21:34
Maraqlı
26 İyul 20:33
Dünya
26 İyul 19:17
Dünya
26 İyul 18:21
Dünya
26 İyul 17:35
Dünya
26 İyul 16:19
Dünya
26 İyul 15:30
Dünya
26 İyul 14:17
Dünya
26 İyul 13:41
Dünya
26 İyul 12:20
Dünya
26 İyul 11:35
Dünya
26 İyul 10:19
Dünya
26 İyul 09:55
Dünya
26 İyul 09:24
Dünya
26 İyul 08:50
Hadisə
26 İyul 08:39
Dünya
25 İyul 23:20
Dünya
25 İyul 22:35
Dünya
25 İyul 21:19
Dünya
25 İyul 20:27
Dünya
25 İyul 19:15
Dünya
25 İyul 18:22
Dünya
25 İyul 17:45
Hadisə
25 İyul 16:31
Dünya
25 İyul 15:19
Dünya
25 İyul 14:25
Gündəm
25 İyul 14:07
Dünya
25 İyul 13:33
Gündəm
25 İyul 12:28
Gündəm
25 İyul 11:50
Gündəm
25 İyul 11:35
Siyasət
25 İyul 11:13

