Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Daxili siyasət / Naxçıvan Muxtar Respublikası Ali Məclisində görüş olub

Naxçıvan Muxtar Respublikası Ali Məclisində görüş olub

24.09.2014 [09:41]

Sentyabrın 23-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı səfirliyinin müvəqqəti işlər vəkili Derek Hoqan ilə görüşüb.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən AzərTAc-a bildiriblər ki, qonağı salamlayan Ali Məclisin Sədri onu Naxçıvan Muxtar Respublikasında görməkdən məmnunluğunu bildirib.
Derek Hoqan muxtar respublikaya ikinci dəfə səfər etdiyini, bu səfərin iqtisadi və mədəni sahələrdə əlaqələrin inkişafı baxımından faydalı olacağını vurğulayıb. Qonaq Amerika Birləşmiş Ştatlarından gələn musiqi qrupunun Naxçıvan şəhərində konsert proqramı ilə çıxış edəcəyini bildirib, göstərilən səmimi münasibətə və dəstəyə görə minnətdarlıq edib.
Ali Məclisin Sədri muxtar respublikada mədəniyyətin inkişafı istiqamətində görülən tədbirləri diqqətə çatdırıb, Amerika Birləşmiş Ştatlarının musiqi qrupu tərəfindən veriləcək konsertin Naxçıvanda maraqla qarşılanacağını bildirib.
Görüşdə əlaqələrin mövcud vəziyyəti və inkişaf perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.

Paylaş:
Baxılıb: 1628 dəfə

Xəbər lenti

Hamısına bax

Sosial

Ana dilimizin bayramı

01 Avqust 11:17

Analitik

14 gün sonra...

01 Avqust 10:21

Ədəbiyyat

Fransız xalqı

01 Avqust 08:52

Ədəbiyyat

Şənbə üçün nəzm

01 Avqust 08:30  

Xəbər lenti

YAP xəbərləri

İqtisadiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31