Arif Hacılı İsa Qəmbərin əmri ilə “narazılar” qruplaşmasını yenidən hədəfə aldı
18.02.2015 [11:20]
Partiya rəhbərliyi Qubad İbadoğlunun yanında yer alacaq “müsavat”çıları hədələdi
Müsavat Partiyasının keçmiş sədri İsa Qəmbərin diktəsi ilə partiyadan qovulan Qubad İbadoğlu deyəsən “eks başqanının” hədəfindən çıxa bilmir. Belə ki, “narazılar” qruplaşmasının rəhbərinin “Müsavat”dan kənarlaşdırılması ilə prosesin sona yetəcəyini düşünənlərin proqnozları səhv çıxıb. Arif Hacılı komandası artıq partiyadan kənarlaşdırdıqları şəxslərin yaratdıqları təşkilatların da “uğursuzluqlara düçar olacağı” ilə bağlı təbliğat aparmaqdadır. Bu isə onu deməyə əsas verir ki, hazırki partiyadaxili iqtidara yiyələnmiş komanda “narazılar” qrupunun “Müsavat” daxilində demarş etmə təhlükəsini gözardı etmir.
Elə Qubad İbadoğlu “cəbhəsindən” yayılan xəbərlər də qarşıdurmanın belə asan şəkildə bitməyəcəyini göstərməkdədir. “Müsavat”ın sonuncu qurultayındakı seçki saxtakarlıqlarına etiraz edən Q.İbadoğlu partiya daxilində onu dəstəkləyənlərlə birgə yaratdığı “Demokratiya və Rifah Hərəkatı”nı sürətlə təşkilatlandırmağa başlayıb. Belə demək mümkündürsə, yeni bir “Müsavat” partiyasını formalaşdırıb ortaya çıxarmağa niyyətlənən Q.İbadoğlu artıq “hərəkat”ın təsis konfransının vaxtını və yerini müəyyənləşdirib. Tədbir fevralın 21-də Beynəlxalq Mətbuat Mərkəzinin böyük konfrans zalında keçiriləcək.
Müsavat Partiyası isə “hərəkat”da təmsil olunan “narazıları” yenidən təhdid etməyə başlayıb. Belə ki, partiya rəhbərliyi “hərəkat”da təmsil olunan partiya üzvlərini “Müsavat”dan qovacaqları ilə hədələyib. Arif Hacılı komandasının “parlaq simalarından” sayılan, “narazılara” qarşı ən sərt fikirləri səsləndirən Səxavət Soltanlı “Müsavat” üzvlərinin “hərəkat”a qoşulmasına yol verməyəcəklərini dilə gətirib. Arif Hacılının başqa bir komanda üzvü Gülağa Aslanlı isə “hərəkat”a üzv olacaq partiyadaşlarını cəzalandıracaqlarını gizlətməyib.
Amma deyəsən, “narazılar” qrupunda təmsil olunan, “Müsavat” üzvlüyündən çıxarılmayan şəxslər də görüləcək “sərt tədbirlərə” hazırlıqlıdırlar. Ötən ilin sentyabrından hazırki partiya rəhbərliyini və seçkili qurumları legitim saymayan bu şəxslər Q.İbadoğlunun “Müsavat”dan çıxarılmasının ardından Arif Hacılı komandasının hər şeyə “hazır olduğunu” görmüşdülər. Bu mənada, hazırda əsas hədəf partiyanın Qadınlar Birliyinin sədri Ellada Məmmədlidir. E.Məmmədli KİV-ə açıqlamasında Arif Hacılının Qadınlar Birliyini buraxmaq üçün zəmin hazırladığını deyib. Onun sözlərinə görə, bu barədə artıq Hacılı tərəfdarları sosial şəbəkələrdə təbliğat aparırlar: “Qubad İbadoğlunun partiyadan xaric edilməsi nizamnamə pozuntusu idi. Bundan sonra mən bunlardan hər şey gözləyirəm. Partiya rəhbərliyi idarəçilikdə qüsura yol verir, fərqli fikirli insanları partiyadan çıxarır. Kimin kimdən xoşu gəlmirsə, onu kənarlaşdırmağa çalışırlar”.
“Narazılar” qruplaşmasının partiyadan çıxarılmış başqa bir üzvü Səxavət Əlisoy isə “Müsavat” rəhbərliyinin ultimatumunu “sərsəm fikir” adlandlırıb: “Onların yalnız bir dili var - cəzalandırmaq və partiyadan qovmaq. Dialoq dilləri yoxdur. Bu, saxtakarlara xas olan danışıq tərzidir. Adama sual verərlər, sən kimsən? Demokratik partiyasan, yoxsa cəza dəstəsinin, terror qruplaşmasının üzvüsən, gestaposanmı cəzalandırmaqdan danışırsan? Demokratiyada fikrə görə cəzalandırmaqmı var? Bir adam “hərəkat”ı dəstəkləyirsə, ona cəzamı düşür? Sadəcə olaraq, “Müsavat” rəhbərliyi əndişə içindədir. Ona görə də, onların bir danışıq dili qalıb - yalnız cəza”.
Əlbətdə, qurultaydan sonrakı proseslərin “Müsavat”ı hara aparacağı, partiyadaxili qruplaşmaların apardığı savaşın motivləri ortadaydı. Bu gün artıq iki fərqli tərəfə çevrilən qrupların qeyri-sağlam mühitdə bu cür açıq nüfuz savaşı aparmasının təməlində isə birmənalı şəkildə partiyadaxili qeyri-sağlam münasibət dayanır. Partiyada seçkilərin saxtalaşdırılması, şikayətlərin nəzərə alınmaması, avtoritar idarəçiliyin seçilməsi, fərqli fikirdə olanları partiyadan qovmaq və ya hədələmək nəticə etibarı ilə bu günün reallığını ortaya çıxardı. Fevralın 21-də keçiriləcək təsis toplantısı radikal düşərgədə illərdən bəri özünü monopolist kimi aparan bir partiyanın əsl simasını üzə çıxaracaq. Yəni, bu partiya “demokratiya pərdəsi” altında gizlənən avtoritar və şəxsi maraqlara köklənmiş idarəçiliyi artıq “çuvalda” belə gizlədə bilməyəcək...
Pərviz SADAYOĞLU
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
04 Dekabr 13:25
Dünya
04 Dekabr 12:34
Gündəm
04 Dekabr 12:22
Dünya
04 Dekabr 12:10
Gündəm
04 Dekabr 11:56
Gündəm
04 Dekabr 11:45
Siyasət
04 Dekabr 11:30
İqtisadiyyat
04 Dekabr 11:28
İqtisadiyyat
04 Dekabr 11:27
Hadisə
04 Dekabr 11:27
Siyasət
04 Dekabr 11:13
Siyasət
04 Dekabr 10:59
Siyasət
04 Dekabr 10:38
Siyasət
04 Dekabr 10:37
İqtisadiyyat
04 Dekabr 10:36
Siyasət
04 Dekabr 10:28
İqtisadiyyat
04 Dekabr 10:17
MEDİA
04 Dekabr 09:55
Hadisə
04 Dekabr 09:50
Analitik
04 Dekabr 09:38
Siyasət
04 Dekabr 09:15
Analitik
04 Dekabr 08:51
Analitik
04 Dekabr 08:36
Sosial
04 Dekabr 08:13
Dünya
04 Dekabr 08:05
Dünya
04 Dekabr 08:04
Dünya
04 Dekabr 08:04
Dünya
04 Dekabr 08:03
İqtisadiyyat
03 Dekabr 23:14
Dünya
03 Dekabr 22:48
Dünya
03 Dekabr 22:16
Dünya
03 Dekabr 21:54
Dünya
03 Dekabr 21:22
Dünya
03 Dekabr 20:51
İqtisadiyyat
03 Dekabr 20:19
İdman
03 Dekabr 19:45
Sosial
03 Dekabr 19:17
İdman
03 Dekabr 19:07
YAP xəbərləri
03 Dekabr 18:33
Xəbər lenti
03 Dekabr 17:36
Hərbi
03 Dekabr 17:36
YAP xəbərləri
03 Dekabr 17:22
Sosial
03 Dekabr 16:19
YAP xəbərləri
03 Dekabr 15:20
Hadisə
03 Dekabr 15:08
Sosial
03 Dekabr 15:06
Sosial
03 Dekabr 14:02
Xəbər lenti
03 Dekabr 13:38
İqtisadiyyat
03 Dekabr 12:40
Dünya
03 Dekabr 12:29
İdman
03 Dekabr 12:25
Sosial
03 Dekabr 12:23
Gündəm
03 Dekabr 11:59
Siyasət
03 Dekabr 11:45
Siyasət
03 Dekabr 11:40
İqtisadiyyat
03 Dekabr 11:39
Siyasət
03 Dekabr 11:29
Sosial
03 Dekabr 11:16
İqtisadiyyat
03 Dekabr 11:15
İqtisadiyyat
03 Dekabr 11:14
İqtisadiyyat
03 Dekabr 10:57
İqtisadiyyat
03 Dekabr 10:55
İqtisadiyyat
03 Dekabr 10:52
İqtisadiyyat
03 Dekabr 10:35
MEDİA
03 Dekabr 10:18
Analitik
03 Dekabr 09:57
Analitik
03 Dekabr 09:31
Analitik
03 Dekabr 09:16
Analitik
03 Dekabr 08:59
Sosial
03 Dekabr 08:36

