“Müsavat”ın ardından AXCP-də də açıq qarşıdurma prosesi başladı
23.02.2015 [10:35]
Razi Nurullayev Əli Kərimlinin avtoritar idarəçiliyinə etiraz olaraq partiyadan istefa verdi
Məlum olduğu kimi, Azərbaycanın radikal müxalifət düşərgəsi sözün əsl mənasında problemlər içində “çalxalanmaqdadır”. Belə ki, radikal düşərgədə partiyadaxili demokratiyanın pozulması, avtoritar idarəçilik, xaricdən gələn ianələrin düzgün “bölüşdürülməməsi” və digər məsələlər qarşıdurmaların pik nöqtəyə çatmasına yol açıb. Bundan başqa, partiyalarda məhz sədrə yaxın qruplaşmaların “at oynatması” digər şəxsləri də etiraz səslərini qaldırmağa sövq edir.
Bu kontekstdə AXCP-nin daxilində Ə.Kərimli və onun “şəxsi dəstəyə” çevirdiyi komandasına qarşı da partiyadaxili müxalifət qruplaşmasının yaranması haqda məlumat vermişdik. Belə ki, bir qrup insan, hətta imza toplayaraq AXCP-də qurultay keçirilməsi tələbi ilə çıxış etmişdilər. Həmin şəxslər Ə.Kərimlidən son bir neçə ildə partiyaya daxil olan ianələrlə bağlı da hesabat istəmişdilər. Bir müddət öncə yayılan xəbərlərdə deyilirdi ki, partiyadakı etirazlara rəhbərlik edən şəxslər qurultayın keçirilməyəcəyi təqdirdə bəyanat verərək AXCP-dən ayrılacaqlarını bildiriblər.
Ə.Kərimli isə müəyyən manevrlərlə qurultayı 2015-ci ilə saxlamışdı. Təbii ki, bununla Ə.Kərimli həm vaxt udmaq, həm də narazıların rəhbəri sayılan sədr müavini Razi Nurullayevin partiyadakı təsir gücünü azaltmaq niyyəti güdürdü. Görünən isə budur ki, hər zaman olduğu kimi ona qarşı çıxan funksionerləri “cəzalandırmaq” yolu tutan Ə.Kərimli bu dəfə də “şakərindən” əl çəkməyib. Belə ki, AXCP sədri Əli Kərimli “sərəncamla” müavini Razi Nurullayevi tutduğu vəzifədən azad edib. Bu “əmrin”, hətta partiya rəhbərliyindən belə şərh edilməməsi isə onu göstərir ki, artıq AXCP-də də qruplararası mübarizəyə start verilib. “Kreslosunun” laxladığını hiss edən Ə.Kərimli isə ona təhlükə yarada biləcək, öz narazılığını açıq dillə ifadə edən şəxsləri artıq “təmizləməyə” başlayıb.
Vurğulayaq ki, AXCP-də baş verənlər ilk analogiya deyil. Zaman-zaman partiya sədri Ə.Kərimlinin pul maxinasiyalarına, qeyri-demokratik idarəçiliyinə qarşı çıxan şəxslər bu cür partiyadaxili represiyalara məruz qalıblar. R.Nurullayev isə baş verənlərlə bağlı bəyanat yayıb və siyasət aləmində Ə.Kərimli ilə bir sırada getməyin mümkün olmadığını söyləyib: “Bu gün bir daha AXCP-də hökm sürən diktatura özünü göstərdi. AXCP sədri Əli Kərimlinin avtoritar düşüncəsi, nəniki cəmiyyətin digər kəsiminə, iqtidara və ya digər müxalif qüvvələrə deyil, hətta öz partiyadaşlarına belə qısqanclığı, fikir müxtəlifliyinə dözümsüzlüyü, aqressiyası hər şeyi əngəlləyir. Partiyada Əli Kərimli daxili avtoritarizm yaradıb və heç bir daxili demokratiya yoxdur. Partiyada azad söz də yoxdur. Partiya dediyimiz bir səhmdar təşkilat kimi qurumdur. Hər bir cəbhəçi onun səhmdarıdır. Amma bütün səhmlər Əli Kərimliyə xidmət edib və etməkdədir. Biz niyə cəbhəçinin başının altına hər dəfə yastıq qoymalıyıq ki, gəlirik? Axı necə gəlirik, niyə cəbhəçilərə yalan söyləməkdə davam edirik?”
R.Nurullayev partiyadan ayrılmasının səbəblərindən biri kimi Ə.Kərimlinin hər şeyi özünün şəxsiyyəti ətrafında qurmaq və hər kəsi özünün təbliğatına cəlb etmək arzusuna qarşı çıxmasını göstərib. Onun sözlərinə görə, Ə.Kərimli fərqli danışan və sədrin şəxsi təbliğatında iştirak etməyənləri hər zaman partiyadan və ətrafından uzaqlaşdırıb: “Sədr öz ətrafına potensial rəqibləri kimi baxırsa, bu fəlakətdir. Mən sənin müavinin idim və siz məni müavin təyin edəndən bir ay sonra şübhə ilə yanaşdınızsa, hətta səfirlərlə belə görüşü qadağan etməyə çalışdınızsa, o zaman biz necə yaxın ola və dərdlərimizi bölüşə bilərdik? Əgər mən 2013-cü ilin əvvəlindən bir dəfə üz-üzə oturub sizinlə danışa bilmədimsə, fikirlərimi, düşüncələrimi bölüşə bilmədimsə və siz hər zaman mənə ingilis dilindən çevirən tərcüməçi kimi yanaşdınızsa, mənim siyasi fikirlərimi və ideyalarımı dinləmək istəmədinizsə, günahkar kimdir? Mən, yoxsa siz? Heç zaman ürəyimcə olmadı ki, bu qədər xırdalıqlara gedirsiniz. Vaxtınızın çoxu kim-kimi “like” edir, kim kimə “comment” yazır və kim-kimi paylaşıra gedir. Ən xırda detalları belə özünüz edirsiniz. O qədər xırda işlərlə məşğulsunuz ki, böyük işlərə zaman qalmır. Bu xasiyyətinizin bizi irəli apara biləcəyi düşüncəsində deyiləm”.
R.Nurullayev bəyanatında xalqın radikal kəsimin yanında yer almadığını da etiraf edib. Bildirib ki, onlar meydanlara “sən öl, mən öl” ilə adam yığmağa çalışırlar. Keçmiş müavin bunun günahını isə özünü “lider adlandaran” Ə.Kərimlidə görür: “Xalqın inamı qırılıb, inanmır və buna görə xalqı qınaya bilmərik. Çünki ona çox yalan vədlər vermisiniz. Fərqli fikir dedik, basqı yedik, cəbhəçilərlə görüşüb onların dərdini və sərini dinlədik, buna tahamül edəmədiniz. Siz heç cəbhəçilərə də düzgün atalıq edə bilmədiniz. Hər kəsə şübhə ilə yanaşdınız. Amma onu bilin cəbhəçilər də artıq ayılıb və yorulub”.
R.Nurullayev Ə.Kərimlinin cəbhəçiləri istismar etdiyini də vurğulayıb. O bildirib ki, partiya rəhbərliyi cəbhəçilərin portağal kimi sıxıb suyunu çıxarıb, sonra da bir küncə atıb, yeni bir cəbhəçi axtarışına çıxıb. O, bu prosesin iştirakçısı olmaqdan imtina etdiyini bildirib. Bəyanatının sonunda isə R.Nurullayev Ə.Kərimlini partiya sədrliyindən istefa verməyə çağırıb.
Göründüyü kimi, bütün siyasi məqsədli oyunları yalnız özünün xırda “AXCP biznesini” əlində saxlamağa yönələn Ə.Kərimlinin ucuz şouları artıq ona qarşı qalxan narazılıqların miqyasının artdığını göstərir. Ölkədə siyasi dayağını tam itirən, illərdir Azərbaycan siyasətində heç bir uğuru ilə yadda qalmayan və korporativ maraqlarını təmin etməyə, xaricdən pul alıb ölkədə qarşıdurma yaratmağa cəhd göstərməyə sərf edən, öz kiçik dairələrində adlarını “siyasi lider” qoyan, amma “liderliyi” yalnız kabineti ilə məhdudlaşan Əli Kərimli kimi şəxslər maddiyyat qarşılığında kim olduqlarını növbəti dəfə cəmiyyətə nümayiş etdirirlər. Adını demokrat qoyanların demokratiya anlayışı isə insanda yalnız gülüş doğurur...
Pərviz SADAYOĞLU
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
04 Dekabr 14:24
Sosial
04 Dekabr 14:18
Dünya
04 Dekabr 14:17
İqtisadiyyat
04 Dekabr 13:25
Dünya
04 Dekabr 12:34
Gündəm
04 Dekabr 12:22
Dünya
04 Dekabr 12:10
Gündəm
04 Dekabr 11:56
Gündəm
04 Dekabr 11:45
Siyasət
04 Dekabr 11:30
İqtisadiyyat
04 Dekabr 11:28
İqtisadiyyat
04 Dekabr 11:27
Hadisə
04 Dekabr 11:27
Siyasət
04 Dekabr 11:13
Siyasət
04 Dekabr 10:59
Siyasət
04 Dekabr 10:38
Siyasət
04 Dekabr 10:37
İqtisadiyyat
04 Dekabr 10:36
Siyasət
04 Dekabr 10:28
İqtisadiyyat
04 Dekabr 10:17
MEDİA
04 Dekabr 09:55
Hadisə
04 Dekabr 09:50
Analitik
04 Dekabr 09:38
Siyasət
04 Dekabr 09:15
Analitik
04 Dekabr 08:51
Analitik
04 Dekabr 08:36
Sosial
04 Dekabr 08:13
Dünya
04 Dekabr 08:05
Dünya
04 Dekabr 08:04
Dünya
04 Dekabr 08:04
Dünya
04 Dekabr 08:03
İqtisadiyyat
03 Dekabr 23:14
Dünya
03 Dekabr 22:48
Dünya
03 Dekabr 22:16
Dünya
03 Dekabr 21:54
Dünya
03 Dekabr 21:22
Dünya
03 Dekabr 20:51
İqtisadiyyat
03 Dekabr 20:19
İdman
03 Dekabr 19:45
Sosial
03 Dekabr 19:17
İdman
03 Dekabr 19:07
YAP xəbərləri
03 Dekabr 18:33
Xəbər lenti
03 Dekabr 17:36
Hərbi
03 Dekabr 17:36
YAP xəbərləri
03 Dekabr 17:22
Sosial
03 Dekabr 16:19
YAP xəbərləri
03 Dekabr 15:20
Hadisə
03 Dekabr 15:08
Sosial
03 Dekabr 15:06
Sosial
03 Dekabr 14:02
Xəbər lenti
03 Dekabr 13:38
İqtisadiyyat
03 Dekabr 12:40
Dünya
03 Dekabr 12:29
İdman
03 Dekabr 12:25
Sosial
03 Dekabr 12:23
Gündəm
03 Dekabr 11:59
Siyasət
03 Dekabr 11:45
Siyasət
03 Dekabr 11:40
İqtisadiyyat
03 Dekabr 11:39
Siyasət
03 Dekabr 11:29
Sosial
03 Dekabr 11:16
İqtisadiyyat
03 Dekabr 11:15
İqtisadiyyat
03 Dekabr 11:14
İqtisadiyyat
03 Dekabr 10:57
İqtisadiyyat
03 Dekabr 10:55
İqtisadiyyat
03 Dekabr 10:52
İqtisadiyyat
03 Dekabr 10:35
MEDİA
03 Dekabr 10:18
Analitik
03 Dekabr 09:57
Analitik
03 Dekabr 09:31

