Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu keçirilib
11.04.2015 [11:58]
Aprelin 10-da Ramiz Rzayevin sədrliyi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin növbəti Plenumu olub.
AZƏRTAC xəbər verir ki, iclasda Azərbaycan Respublikası Milli Məclisinin inzibati və hərbi qanunvericilik şöbəsinin nümayəndəsi, Apelyasiya, iqtisad və bir sıra rayon məhkəmələrinin sədrləri iştirak ediblər.
Plenumu giriş sözü ilə açan Ramiz Rzayev bildirib ki, Ali Məhkəmədə Azərbaycan Prezidenti İlham Əliyevin məhkəmə sistemi ilə bağlı sərəncamlarının icrası, Ali Məhkəmənin fəaliyyətinin təkmilləşdirilməsi və müasirləşdirilməsi istiqamətində bir sıra işlər görülüb. Xüsusilə, insan, vətəndaş hüquq və azadlıqlarının müdafiəsində qanunun aliliyi təmin edilib. Ali Məhkəmənin sədri qeyd edib ki, Azərbaycan Respublikasının Cinayət və Cinayət-Prosessual, Mülki-Prosessual, İnzibati-Prosessual məcəllələrində bir sıra maddələrin məhkəmələr tərəfindən tətbiqi təcrübəsinin ümumiləşdirilməsi zərurəti yaranıb.
Plenumda respublikanın rayon (şəhər) və inzibati-iqtisadi məhkəmələri tərəfindən Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 25-26-cı və İnzibati-Prosessual Məcəlləsinin 8-9-cu maddələrinin (məhkəmə aidiyyətinin müəyyənləşdirilməsi) məhkəmələr tərəfindən tətbiqi təcrübəsinin ümumiləşdirilməsinə, inzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərar layihələri müzakirə edilib.
Həmçinin, inzibati məhkəmə icraatında iddianın məhkəmə aidiyyəti və iddianın mümkünlüyünə dair Ali Məhkəmə Plenumunun qərar layihəsinə Mülki Kollegiyanın təklifləri ətrafında müzakirələr və təhlillər aparılıb.
Plenumda Azərbaycan Respublikasının Cinayət və Cinayət-Prosessual məcəllələrində dəyişikliklər edilməsi barədə qanunvericilik təşəbbüsü qaydasında Azərbaycan Respublikası Milli Məclisinə təkliflər verilməsi qərara alınıb. Bundan başqa, Ali Məhkəmə Plenumunun reqlamenti və Azərbaycan Respublikası Ali Məhkəməsi yanında Elmi-Məsləhət Şurasının Əsasnaməsi təsdiq edilib, konkret mülki işlərə baxılıb.
Plenumda müzakirə olunan məsələlər və baxılmış işlər barədə müvafiq qərarlar qəbul edilib.
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
27 İyul 22:17
Dünya
27 İyul 21:59
Müsahibə
27 İyul 21:23
Sosial
27 İyul 21:05
Hadisə
27 İyul 20:45
Dünya
27 İyul 20:31
İqtisadiyyat
27 İyul 20:17
İqtisadiyyat
27 İyul 19:54
Dünya
27 İyul 19:20
Dünya
27 İyul 19:08
Elm
27 İyul 18:32
Dünya
27 İyul 18:31
Sosial
27 İyul 18:11
MEDİA
27 İyul 18:11
YAP xəbərləri
27 İyul 18:08
Dünya
27 İyul 17:20
Sosial
27 İyul 16:06
YAP xəbərləri
27 İyul 16:04
Sosial
27 İyul 15:20
YAP xəbərləri
27 İyul 14:27
Siyasət
27 İyul 14:07
Gündəm
27 İyul 14:03
Sosial
27 İyul 14:02
Sosial
27 İyul 13:35
Sosial
27 İyul 13:35
Sosial
27 İyul 13:34
Sosial
27 İyul 11:58
Dünya
27 İyul 10:54
Sosial
27 İyul 10:45
Elm
27 İyul 10:40
Xəbər lenti
27 İyul 10:32
YAP xəbərləri
27 İyul 10:29
Dünya
27 İyul 10:22
Dünya
27 İyul 09:45
Dünya
27 İyul 09:18
Dünya
27 İyul 08:52
Hadisə
27 İyul 08:36
Dünya
26 İyul 23:20
Maraqlı
26 İyul 21:34
Maraqlı
26 İyul 20:33
Dünya
26 İyul 19:17
Dünya
26 İyul 18:21
Dünya
26 İyul 17:35
Dünya
26 İyul 16:19
Dünya
26 İyul 15:30
Dünya
26 İyul 14:17
Dünya
26 İyul 13:41
Dünya
26 İyul 12:20
Dünya
26 İyul 11:35
Dünya
26 İyul 10:19
Dünya
26 İyul 09:55
Dünya
26 İyul 09:24
Dünya
26 İyul 08:50
Hadisə
26 İyul 08:39
Dünya
25 İyul 23:20
Dünya
25 İyul 22:35
Dünya
25 İyul 21:19
Dünya
25 İyul 20:27
Dünya
25 İyul 19:15
Dünya
25 İyul 18:22
Dünya
25 İyul 17:45
Hadisə
25 İyul 16:31
Dünya
25 İyul 15:19
Dünya
25 İyul 14:25
Gündəm
25 İyul 14:07
Dünya
25 İyul 13:33
Gündəm
25 İyul 12:28
Gündəm
25 İyul 11:50
Gündəm
25 İyul 11:35
Siyasət
25 İyul 11:13

