Qazaxıstan qonşu dövlətləri su mənbələrindən səmərəli istifadə etməyə çağırır
30.07.2012 [23:01]
Maraqlısı odur ki, Qərbin analitikləri də Mərkəzi Asiya respublikaları arasındakı hərbi münaqişənin mümkünlüyünü istisna etmirlər. Bəs, əslində, məsələnin kökü nədədir? Yəni, doğrudanmı məhəlli sulardan kimin nə qədər istifa edə bilməsi məsələsi bu qədər qəlizləşib? Bütün bu suallara cavab tapmaq üçün ilk öncə, tərəflər arasındakı fikir ayrılığının məğzini başa düşmək lazımdır.
Bütün hadisələr müstəqillik paradından sonra gərginləşməyə başladı. Keçmiş SSRİ-nin dağılması ilə uzun illərdən bəri vahid mərkəzdən idarə olunan “qardaş” respublikalar arasındakı iqtisadi və təsərrüfat əlaqələri qırıldı, Mərkəzi Asiya respublikalarının vahid su-energetika kompleksi dağıldı. Bunun nəticələri artıq hamıya bəllidir. Odur ki, regionun iki ən böyük çayları olan Amudərya və Sırdəryanın mənbəyinə yaxın bölgədə yerləşən Qırğızıstan və Tacikistan fürsəti əldən verməyərək, öz hidropotensiallarından aktiv şəkildə istifadə etmək qərarına gəldilər. Qazaxıstan, Türkmənistan və özbəkistan isə öz növbəsində SSRİ dövründə inşa edilmiş, eləcə də, tikilməsi planlaşdırılan SES-lərdən,daha çox irriqasiya məqsədləri üçün istifadə etməyin tərəfdarları olduqlarını bəyan etdilər. Lakin bu məsələ ilə bağlı indiyədək aparılan hökumətlərarası danışıqlar heç də məhsuldar olmadı və nəticədə su hövzələrindən birgə istifadəyə dair hələ Sovet dövründə mövcud olan sxem dağılmağa başladı. Elə götürək, Qırğızıstanı. Əlverişli coğrafi mövqedə yerləşən Qırğızıstan, qonşu Qazaxıstanın maraqlarının əksinə olaraq, yay aylarında çayların suyunu anbara toplamağa, qışda isə suyu çaylara axıtmağa üstünlük verirdi. Və nəticədə, yay fəslində qazax fermerlər quraqlıqdan əziyyət çəkirdilər, qışda isə çaylardakı bol su aran bölgələrdə daşqınlara səbəb olurdu. Başqa sözlə, rəsmi Astana ilboyu Bişkekin enerji siyasətinin girovuna çevrilirdi. Təbii fəlakətlər zamanı ölkə ərazisini milyardlarla ziyandan qorumaq üçün, Qazaxıstanın dövlət büdcəsi hesabına genişmiqyaslı layihə-bəndbərkitmə işləri həyata keçirilirdi. Qazaxıstan və Qırğızıstan hökumətləri arasında uzun sürən danışıqlar prosesindən sonra, nəhayət, bir çox mübahisəli məsələlər, o cümlədən, məhəlli sulardan səmərəli istifadə olunması məsələsi də öz həllini tapdı. Belə ki, 2011-ci ildə, tərəflər arasında təbii ehtiyatların qarşılıqlı mübadiləsi, o cümlədən, təbii qaz, su və elektrik enerjisinin qarşılıqlı nəqlinə dair razılıq əldə edildi. BMT-nin Avropa İqtisadi Komissiyasının ekspertlərinin qənaətinə görə, Qazaxıstan və Qırğızıstanın bu sahədəki təcrübəsi digər Mərkəzi Asiya dövlətləri üçün də nümunə ola bilər. Belə ki, rəsmi Astana və Bişkek arasındakı konstruktiv dialoqun nəticəsi isbat etdi ki, siyasi iradənin mövcud olduğu şəraitdə hər zaman, hər hansı bir problemin həllində konsensus əldə etmək mümkündür.
Odur ki, region dövlətləri arasında vahid su-enerji konsorsiumunun yaradılmasına dair dialoqun yenidən başlamasına ehtiyac duyulur. Belə ki, alimlərin hesablamalarına görə, Orta Asiyada su ehtiyatlarından düzgün istifadə olunmaması səbəbindən yaranan itkilər qonşu respublikaların büdcəsinə ildə 1,7 milyard ABŞ dolları ziyan vurur. Elə bu səbəbdən də, “qardaş” respublikalar bir-birilərini siyasi izoliyasiya etməkdən qurtulmağın yollarını arayırlar.
Hələlik su ehtiyatlarından səmərəli istifadə edilməsi məsələsində qonşu dövlətlərlə problemi olan ölkələrdən biri də Qazaxıstandır. Odur ki, rəsmi Astana qonşu dövlətləri də su mənbələrindən səmərəli istifadə etməyə çağırır.
Səlim LOÄžMANOÄžLU
Xəbər lenti
Hamısına baxMaraqlı
29 Oktyabr 12:17
Siyasət
29 Oktyabr 11:47
Siyasət
29 Oktyabr 11:45
Siyasət
29 Oktyabr 11:26
Siyasət
29 Oktyabr 11:19
Sosial
29 Oktyabr 11:15
Hadisə
29 Oktyabr 11:14
İqtisadiyyat
29 Oktyabr 11:13
İqtisadiyyat
29 Oktyabr 11:12
Siyasət
29 Oktyabr 10:58
İqtisadiyyat
29 Oktyabr 10:32
Siyasət
29 Oktyabr 10:14
Ədəbiyyat
29 Oktyabr 09:51
Siyasət
29 Oktyabr 09:38
Analitik
29 Oktyabr 09:17
Analitik
29 Oktyabr 09:14
Sosial
29 Oktyabr 08:56
MEDİA
29 Oktyabr 08:31
Sosial
29 Oktyabr 08:11
Sosial
29 Oktyabr 08:11
Sosial
29 Oktyabr 08:09
Sosial
29 Oktyabr 07:47
Dünya
28 Oktyabr 23:41
Siyasət
28 Oktyabr 23:20
Dünya
28 Oktyabr 22:41
İqtisadiyyat
28 Oktyabr 22:30
Siyasət
28 Oktyabr 22:26
Sosial
28 Oktyabr 22:18
YAP xəbərləri
28 Oktyabr 22:09
Dünya
28 Oktyabr 21:55
İdman
28 Oktyabr 21:27
Sosial
28 Oktyabr 21:15
Dünya
28 Oktyabr 20:46
İqtisadiyyat
28 Oktyabr 20:34
İqtisadiyyat
28 Oktyabr 20:18
Dünya
28 Oktyabr 19:51
Dünya
28 Oktyabr 19:23
Gündəm
28 Oktyabr 19:20
Gündəm
28 Oktyabr 19:19
Dünya
28 Oktyabr 19:10
Gündəm
28 Oktyabr 19:05
Gündəm
28 Oktyabr 18:43
Hadisə
28 Oktyabr 18:37
Siyasət
28 Oktyabr 18:24
Siyasət
28 Oktyabr 17:49
Siyasət
28 Oktyabr 17:48
Siyasət
28 Oktyabr 17:48
YAP xəbərləri
28 Oktyabr 17:29
Sosial
28 Oktyabr 17:23
YAP xəbərləri
28 Oktyabr 17:13
Sosial
28 Oktyabr 17:11
Gündəm
28 Oktyabr 16:52
Dünya
28 Oktyabr 16:25
Siyasət
28 Oktyabr 16:24
Siyasət
28 Oktyabr 16:23
Gündəm
28 Oktyabr 15:54
Gündəm
28 Oktyabr 15:53
Gündəm
28 Oktyabr 15:52
Dünya
28 Oktyabr 15:45
YAP xəbərləri
28 Oktyabr 15:29
YAP xəbərləri
28 Oktyabr 15:28
Gündəm
28 Oktyabr 15:23
İqtisadiyyat
28 Oktyabr 14:47
YAP xəbərləri
28 Oktyabr 14:45
Mədəniyyət
28 Oktyabr 14:40
Gündəm
28 Oktyabr 14:38
Sosial
28 Oktyabr 14:37
Sosial
28 Oktyabr 14:35
Gündəm
28 Oktyabr 13:48
YAP xəbərləri
28 Oktyabr 13:21

