Şəmkirdə 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş tədbir keçirildi
01.06.2026 [14:58]
1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə Yeni Azərbaycan Partiyası Şəmkir rayon təşkilatı və Qazax-Tovuz Regional Təhsil İdarəsinin birgə təşkilatçılığı ilə keçirilən tədbirdə müxtəlif sahələr üzrə yerli və beynəlxalq müsabiqələrdə uğur qazanan şagirdlər, azyaşlılar və onların valideynləri iştirak etdilər.
Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi, Ümummilli Lider Heydər Əliyevin və Vətənimizin azadlığı, suverenliyi uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
YAP Şəmkir rayon təşkilatının sədri Fəxrəddin Vəliyev çıxış edərək 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə bütün uşaqları təbrik edib, ölkəmizdə uşaqların hüquqlarının qorunması, onların hərtərəfli inkişafı istiqamətində həyata keçirilən dövlət siyasətindən danışdı. Bildirdi ki, Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə uşaqların sağlam, təhlükəsiz və firavan mühitdə böyüməsi, keyfiyyətli təhsil alması, istedad və bacarıqlarının üzə çıxarılması daim diqqət mərkəzində saxlanılır.
Rayon təşkilatının sədri çıxışında Birinci vitse-prezident Mehriban xanım Əliyevanın uşaqların sağlam, savadlı və vətənpərvər ruhda böyüməsi istiqamətində həyata keçirdiyi mühüm təşəbbüsləri də xüsusi qeyd etdi. Bildirdi ki, Heydər Əliyev Fondu və onun prezidenti Mehriban xanım Əliyevanın rəhbərliyi ilə ölkəmizdə uşaq hüquqlarının müdafiəsi, təhsil və səhiyyə müəssisələrinin yenilənməsi, xüsusi qayğıya ehtiyacı olan uşaqlara dəstək göstərilməsi, eləcə də uşaqların hərtərəfli inkişafına xidmət edən çoxsaylı layihələr uğurla həyata keçirilir. Bu fəaliyyət Azərbaycan uşaqlarının xoşbəxt gələcəyinin təmin olunmasına mühüm töhfə verir.
Fəxrəddin Vəliyev qeyd etdi ki, dövlətimizin bu sahədə müəyyən etdiyi prioritetlərə uyğun olaraq Şəmkir rayonunda da uşaqların təlim-tərbiyəsi, təhsili, intellektual və mənəvi inkişafı, eləcə də asudə vaxtlarının səmərəli təşkili istiqamətində ardıcıl tədbirlər həyata keçirilir.
Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Rəşad Tağıyev və Qazax-Tovuz Regional Təhsil İdarəsinin əməkdaşı Anar Məcidov çıxışlarında uşaqların milli-mənəvi dəyərlər əsasında yetişdirilməsi, onların vətənpərvər ruhda tərbiyə olunması və layiqli vətəndaş kimi formalaşması üçün dövlət tərəfindən yaradılan geniş imkanlardan bəhs etdilər.
Tədbirin bədii hissəsində rayonun məktəbəqədər təhsil müəssisələrinin, ümumtəhsil məktəblərinin və uşaq yaradıcılıq mərkəzlərinin hazırladığı ədəbi-bədii və musiqili kompozisiyalar təqdim olundu. Həmçinin məktəblilərin və körpələr evi–uşaq bağçalarının balacalarının əl işlərindən ibarət sərgiyə baxış keçirildi.
Tədbirin sonunda 2025–2026-cı tədris ilində təhsil, elm, idman və digər sahələrdə fərqlənən şagirdlər YAP Şəmkir rayon təşkilatının Fəxri Fərmanı və Təşəkkürnamələri ilə təltif olundular.
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
24 İyul 23:50
YAP xəbərləri
24 İyul 23:44
Dünya
24 İyul 23:31
Sosial
24 İyul 23:17
Dünya
24 İyul 22:59
Dünya
24 İyul 22:20
İqtisadiyyat
24 İyul 22:06
Dünya
24 İyul 21:43
Dünya
24 İyul 21:33
Dünya
24 İyul 21:16
Dünya
24 İyul 20:58
Dünya
24 İyul 20:25
Dünya
24 İyul 20:10
Dünya
24 İyul 19:41
Dünya
24 İyul 19:30
Dünya
24 İyul 19:17
Dünya
24 İyul 18:32
YAP xəbərləri
24 İyul 18:12
Dünya
24 İyul 17:25
Dünya
24 İyul 16:19
Xəbər lenti
24 İyul 16:02
Dünya
24 İyul 15:22
Dünya
24 İyul 15:01
Dünya
24 İyul 14:46
YAP xəbərləri
24 İyul 14:39
YAP xəbərləri
24 İyul 14:32
Dünya
24 İyul 14:31
YAP xəbərləri
24 İyul 14:25
YAP xəbərləri
24 İyul 14:17
YAP xəbərləri
24 İyul 14:13
Siyasət
24 İyul 14:00
Dünya
24 İyul 13:59
Siyasət
24 İyul 13:59
Sosial
24 İyul 13:57
Siyasət
24 İyul 13:56
İqtisadiyyat
24 İyul 13:34
Xəbər lenti
24 İyul 13:32
Sosial
24 İyul 13:31
YAP xəbərləri
24 İyul 13:29
YAP xəbərləri
24 İyul 13:27
Dünya
24 İyul 13:22
Dünya
24 İyul 12:46
Sosial
24 İyul 12:41
YAP xəbərləri
24 İyul 12:22
Elm
24 İyul 12:20
Mədəniyyət
24 İyul 12:16
Dünya
24 İyul 12:14
Gündəm
24 İyul 11:59
İqtisadiyyat
24 İyul 11:38
Sosial
24 İyul 11:37
Siyasət
24 İyul 11:26
Hadisə
24 İyul 11:24
Gündəm
24 İyul 11:20
Siyasət
24 İyul 10:43
Siyasət
24 İyul 10:18
Analitik
24 İyul 09:56
Sosial
24 İyul 09:42
Sosial
24 İyul 09:41
Analitik
24 İyul 09:30
Elanlar
24 İyul 09:15
Analitik
24 İyul 09:12
Sosial
24 İyul 08:50
İdman
24 İyul 08:36
Hadisə
24 İyul 08:00
Dünya
23 İyul 23:38
Sosial
23 İyul 23:34
Dünya
23 İyul 23:10
Dünya
23 İyul 22:41
Müsahibə
23 İyul 22:16
Dünya
23 İyul 21:50

