Suriyadakı müharibə bütün Yaxın Şərq regionunu təhdid edir
17.10.2012 [23:32]
Suriyada vətəndaş müharibəsi davam edir. İqtidarla müxalif qüvvələr arasında silahlı qarşıdurmanın güclənməsi nəticəsində ölənlərin və didərgin düşənlərin sayı da gündən-günə artır. İndiyədək vətəndaş müharibəsində ölənlərin sayının 30 minə çatdığı bildirilir. Evlərini tərk etmək məcburiyyətində qalanlar əsasən, qonşu ölkələrə üz tuturlar. Ümumilikdə, münaqişə dövründə Suriyanı tərk edənlərin sayı 254 min nəfərdən çox hesab olunur. Türkiyədə sığınacaq tapan suriyalı qaçqınların sayı 99 min nəfərə çatıb. Livanda 63 mindən, İordaniyada 57 mindən, İraqda isə 36 mindən çox suriyalı qaçqın kimi qeydiyyatdadır.
Vətəndaş müharibəsinin uzanması konfliktin regiona yayılması təhlükəsini də qaçılmaz edə bilər. Xüsusən də, qonşu dövlətlər vəziyyətin gərginləşməsindən daha artıq narahatlıq duyurlar.
Belə ki, bir neçə gün əvvəl Türkiyənin Ağçaqala əyalətində Suriya mərmisinin partlamasından sonra 5 dinc sakinin ölümü ilə nəticələnən insidentdən sonra iki ölkə münasibətləri müharibə həddinə yaxınlaşıb. Raket hücumunun əvvəlcə Suriya hökumətinin silahlı qüvvələri tərəfindən gerçəkləşdirildiyi düşünülsə də, sonradan bu hücumu Türkiyə ilə sərhəddə yerləşən Azad Suriya Ordusunun hərbçiləri tərəfindən törədilməsi barədə informasiyalar yayılıb. İstənilən halda, bu insident iki ölkə arasındakı münasibətləri olduqca gərginləşdirib.
Bu hadisədən sonra NATO rəhbərliyi rəsmi Ankaraya açıq dəstəyini ifadə edib. Qurumun baş katibi Anders Foq Rasmussen alyansın Türkiyəni dəstəkləyəcəyini, bunun alyansın prinsiplərindən irəli gəldiyini bildirib.
Aparıcı dövlətlərin və region ölkələrinin Suriyadakı hadisələrə münasibətdə sərgilədiyi fərqli mövqe nəticəsində bu ölkə ətrafında demək olar ki, iki əsas cəbhələşmə meydana çıxıb. Bunlardan biri say baxımından mütləq çoxluq təşkil edən ABŞ, Avropa İttifaqı, Türkiyə, Misir və digər bir sıra Ərəb Dövlətləri liqası ölkələridir. Suriyada gedən proseslərə münasibətdə aktiv mövqe tutan bu ölkələr Bəşər Əsədin hakimiyyətdən getməli olması haqda beynəlxalq ictimaiyyətdə çoxluğun fikrini ifadə edirlər. Hazırda, Suriyadakı rejimin əsas müdafiəçiləri qismində Rusiya və İran çıxış edir. Bu ölkələr Suriyadakı münaqişənin kənar hərbi müdaxilə yolu ilə həllinə qarşıdırlar.
Bu arada, Suriyada zorakılığın davam etməsi Əsəd rejiminə qarşı beynəlxalq təzyiqlərin daha da güclənməsinə və bölgədə hərbi vəziyyətin gərginləşməsinə səbəb olur. Bəşər Əsədin BMT-nin birtərəfli atəşkəs elan olunması haqqında təklifini rədd etməsi isə konfliktin diplomatik yolla həlli şansını demək olar ki, sıfra endirib.
Bu günlərdə Türkiyə Baş naziri Rəcəb Tayyib Ərdoğan növbəti dəfə Suriya prezidenti Bəşər Əsədi ölkəsindəki qırğınlara son qoymağa çağırıb. “Suriya prezidenti Bəşər Əsəd 30 mindən çox adamı öldürərək, atasının rekordunu təzələməyə çalışır”, - deyə R.T.Ərdoğan bəyan edib. O, həmçinin, Türkiyənin Suriya məsələsində həssaslığının tamamilə qonşuluq hüququndan, qardaşlıq və qohumluq əlaqələrindən irəli gəldiyini bildirib.
Suriyada davam edən zorakılıqların bölgədəki təsirlərini azaltmaq üçün ABŞ İordaniyaya hərbi qüvvələr yerləşdirib. Məsələ ilə bağlı açıqlama verən Birləşmiş Ştatların müdafiə naziri Leon Panetta bildirib ki, belə bir addımın atılmasının əsas səbəblərindən biri regionda kimyəvi və bioloji silahların istifadəsi ilə bağlı yaranmış təhlükədir. Onun sözlərinə görə, ABŞ hərbi qüvvələri belə hallarla bağlı İordaniya hərbçilərinin hazırlıq səviyyəsini artırmağa çalışır: “Hazırda orada Baş Qərargahın təsis edilməsi üzrə işlər gedir. Biz, eyni zamanda, Suriyada baş verən hadisələrin regionda yaratdığı nəticələrlə bağlı addımlar ata bilmək üçün İordaniya hökuməti ilə münasibətlərimizi möhkəmləndirməyə çalışırıq”.
NATO kimi, ABŞ da Suriya məsələsində Türkiyəni dəstəklədiyini bildirib. Bu yöndə bəyanatlar Türkiyənin Suriya ilə sərhəddə mövqelərini gücləndirməsi ilə müşayiət olunur. Belə ki, Suriyadan gələn təhlükənin artması ilə əlaqədar Türkiyə ordusu sərhədyanı ərazilərdə ehtiyat tədbirlərini gücləndirir.
Görünən odur ki, Suriya daxilindəki müharibənin hələ də davam etməsi ölkənin içərisində və bütövlükdə regionda hərbi vəziyyəti, humanitar böhranı daha da ağırlaşdırır. Yaranmış vəziyyətin məsuliyyəti bütün tərəflərin üzərinə düşür, bu səbəbdən də Əsəd rejimi ölkədəki qırğınlara son qoyulması üçün zəruri addımlar atmalıdır. Əks təqdirdə, Suriyadakı münaqişənin sərhədləri genişlənərək, Yaxın Şərq regionunun böyük hissəsini əhatə edə bilər.
Hülya MƏMMƏDLİ
Xəbər lenti
Hamısına baxSosial
28 İyul 08:50
Sosial
28 İyul 08:32
Dünya
28 İyul 07:56
Hadisə
28 İyul 07:50
Dünya
27 İyul 23:30
Dünya
27 İyul 23:15
Dünya
27 İyul 22:41
İdman
27 İyul 22:30
İqtisadiyyat
27 İyul 22:17
Dünya
27 İyul 21:59
Müsahibə
27 İyul 21:23
Sosial
27 İyul 21:05
Hadisə
27 İyul 20:45
Dünya
27 İyul 20:31
İqtisadiyyat
27 İyul 20:17
İqtisadiyyat
27 İyul 19:54
Dünya
27 İyul 19:20
Dünya
27 İyul 19:08
Elm
27 İyul 18:32
Dünya
27 İyul 18:31
Sosial
27 İyul 18:11
MEDİA
27 İyul 18:11
YAP xəbərləri
27 İyul 18:08
Dünya
27 İyul 17:20
Sosial
27 İyul 16:06
YAP xəbərləri
27 İyul 16:04
Sosial
27 İyul 15:20
YAP xəbərləri
27 İyul 14:27
Siyasət
27 İyul 14:07
Gündəm
27 İyul 14:03
Sosial
27 İyul 14:02
Sosial
27 İyul 13:35
Sosial
27 İyul 13:35
Sosial
27 İyul 13:34
Sosial
27 İyul 11:58
Dünya
27 İyul 10:54
Sosial
27 İyul 10:45
Elm
27 İyul 10:40
Xəbər lenti
27 İyul 10:32
YAP xəbərləri
27 İyul 10:29
Dünya
27 İyul 10:22
Dünya
27 İyul 09:45
Dünya
27 İyul 09:18
Dünya
27 İyul 08:52
Hadisə
27 İyul 08:36
Dünya
26 İyul 23:20
Maraqlı
26 İyul 21:34
Maraqlı
26 İyul 20:33
Dünya
26 İyul 19:17
Dünya
26 İyul 18:21
Dünya
26 İyul 17:35
Dünya
26 İyul 16:19
Dünya
26 İyul 15:30
Dünya
26 İyul 14:17
Dünya
26 İyul 13:41
Dünya
26 İyul 12:20
Dünya
26 İyul 11:35
Dünya
26 İyul 10:19
Dünya
26 İyul 09:55
Dünya
26 İyul 09:24
Dünya
26 İyul 08:50
Hadisə
26 İyul 08:39
Dünya
25 İyul 23:20
Dünya
25 İyul 22:35
Dünya
25 İyul 21:19
Dünya
25 İyul 20:27
Dünya
25 İyul 19:15
Dünya
25 İyul 18:22
Dünya
25 İyul 17:45
Hadisə
25 İyul 16:31

