Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Dünya / Almaniyada Trampın Ukrayna ilə bağlı vədinə inanmırlar

Almaniyada Trampın Ukrayna ilə bağlı vədinə inanmırlar

09.08.2024 [10:38]

ABŞ-ın keçmiş prezidenti Donald Tramp Ukraynadakı münaqişəni bir gecədə həll edə bilməyəcək. "Yeni Azərbaycan" "Das Erste telekanalı" - na istinadən xəbər verir ki, bunu Almaniyanın “Sarah Vagenknecht Ağıl və Ədalət Birliyi” partiyasının həmsədri Amira Məhəmməd Əli deyib.

O, siyasətçinin vədini qeyri-real hesab edərək, 24 saat ərzində belə bir sövdələşmənin bağlanmasının mümkün olmadığını qeyd edib. Əlinin sözlərinə görə, bu cür bəyanatlar Trampın seçki kampaniyasının bir hissəsidir.

Qeyd edək ki, Tramp dəfələrlə bildirib ki, prezident seçkilərində qalib gələrsə, Ukraynada döyüşləri 24 saat ərzində dayandıra bilər. Bunu dəqiq necə planlaşdırdığından danışan siyasətçi Rusiya və Ukrayna prezidentləri Vladimir Putin və Vladimir Zelenski ilə görüşəcəyini bildirib. 

Havar Şəfiyeva 

Paylaş:
Baxılıb: 503 dəfə

Xəbər lenti

Hamısına bax

Ədəbiyyat

Analitik

Ədəbiyyat

Serial oxucusu

25 Aprel 08:50

Ədəbiyyat

Şənbə üçün nəzm

25 Aprel 08:38  

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30