Suriya NATO üçün ikinci Balkanlar ola bilərmi?
17.11.2012 [10:02]
Müəyyən müddətdir ki, ciddi hərbi-siyasi kataklizmlərlə qarşı-qarşıya olan Suriyada ictimai-siyasi durum daha da kəskinləşib. Belə ki, son bir neçə gündə bu ölkədə asayiş qoruyucuları ilə nümayişçilər arasında baş verən qarşıdurma fonunda ciddi itkilər qeydə alınıb. Baş verən qarşıdurmalar xaos və gərginliyi kəskinləşdirməklə yanaşı, hadisələrin daha da şiddətlənməsi və nəzarətdən çıxmasını şərtləndirib.
Eyni zamanda, Suriya olayları regional və qlobal miqyasda da bir sıra hadisələri şərtləndirib. Məlum olduğu kimi, sözügedən hadisələr beynəlxalq münasibətlərin lokomotiv aktorları arasında yeni qütbləşmə meyillərinin meydana çıxmasına səbəb olmuşdu. Belə ki, ABŞ və Avropa ölkələri Suriyada baş verən dağıdıcı olayların qarşısının alınmasının zəruriliyini bəyan etməkdədirlər və bunun üçün Bəşər Əsədin istefa verməsini vacib hesab edirlər. Qərb, eyni zamanda, hesab edir ki, Suriya olayları regional və beynəlxalq təhlükəsizliyə də ciddi təhdid mənbəyidir. Bəhs olunan qüvvələr Suriyada baş verən hadisələrin kəskinlik səviyyəsinin artmasına qarşı müvafiq tədbirlər görülməsinin vacibliyini bəyan edirlər. Amma bununla yanaşı, Qərblə əks cəbhədə duran Rusiya da regional aktor kimi bu məsələdə prinsipial mövqe sərgiləməkdədir. Moskva bundan öncə Qərb ölkələrinin Suriyadakı daxili proseslərə müdaxilə etmələrinin yolverilməz olduğunu bildirir.
Görünən odur ki, Qərb Bəşər Əsədin istefasının zəruriliyini bəyan etsə də, Rusiya özünün geostrateji maraqları naminə Suriyadakı mövcud hakimiyyət üçün xüsusi müdafiə mexanizmi formalaşdırmağa çalışır. Kreml həm siyasi, həm də hərbi baxımdan B.Əsəd hakimiyyətini dəstəkləyir, strateji resurslardan istifadə edərək Qərb mənşəli “dalğa”ları neytrallaşdırmağa cəhd edirdi. Dolayısıyla, Moskva Suriya hakimiyyətinə müdafiə üçün stimul verir və yardım göstərirdi.
Əlbəttə ki, hegemon güclərin mövqeyi regional aktorların da məlum istiqamətdəki fəaliyyətinə müəyyən qədər təsir etmiş olur. Məsələn, öz strateji resursları ilə Yaxın Şərq geosiyasi məkanında mühüm təsir və tənzimetmə mexanizminə malik olan Türkiyə bu gün proseslərə müdaxiləsi ilə fərqlənir. Türkiyənin aktiv müdaxiləsi, eyni zamanda, NATO-nun da Suriya hadisələrinə təsir etməsi məsələsini gündəmə gətirir. Əlbəttə ki, bütün bunların fonunda ekspertləri düşündürən başlıca sual hadisələrin perspektivinin necə olacağıdır. Belə bir sual aktualdır ki, NATO Balkanlarda atdığı addımı Suriyaya qarşı atacaqmı? Və yaxud Alyans Liviyada həyata keçirilən əməliyyatlardan sonra yeni bir hərbi müdaxiləyə start verəcəkmi? Bütün bunlarla yanaşı, fakt budur ki, Türkiyə-Suriya cəbhəsində baş verənlər bu gün Yaxın Şərq geosiyasi məkanına münasibətdə Rusiya-Çin tandemi ilə Qərbin qarşıdurması kimi səciyyələndirilməlidir. Sirr deyil ki, dünya siyasətində Yaxın Şərq məsələsində hər zaman sözügedən qüvvələr arasında konfrantasiya və qütbləşmə meyilləri, eləcə də, ciddi fikir ayrılıqları mövcud olub. Bu da təsadüfi deyil. Çünki hər iki cəbhə Yaxın Şərq kimi geostrateji baxımdan mühüm əhəmiyyət kəsb edən bölgədə möhkəmlənmək, strateji dividendlər əldə etmək üçün güclü mübarizə aparıblar. Bu kontekstdə zaman-zaman real qarşıdurmalar, hətta regional miqyaslı müharibələr belə meydana çıxıb. Doğrudur, ikinci dünya müharibəsindən sonra ABŞ-ın rəhbərlik etdiyi Qərb cəbhəsi Yaxın Şərq və Şimali Afrikada təsir-nüfuz imkanlarına görə dominant güc qismində çıxış ediblər. Amma bununla yanaşı, hər zaman sözügedən qüvvələr arasında regional miqyaslı, qlobal xarakterli rəqabət və qarşıdurma meyilləri mövcud olub.
Eyni zamanda, məhz bu cür qarşıdurma və rəqabət meyillərinin fonunda bir tərəfin atdığı addımlar digər cəbhə tərəfindən adekvat reaksiya ilə qarşılanıb. Məsələn, Yaxın Şərq və Şimali Afrikada baş verən iğtişaşlar, inqilablar zamanı Rusiya sözügedən olayları dağıdıcı hadisələr kimi təqdim etmiş və Qərbi ittiham etmişdi. Elə Çin də Qərbin ittihamına yönəlmiş mövqe sərgiləmişdi. Qərb isə Rusiya və Çinin bu mövqeyinin doğru olmadığı bəyanatı ilə çıxış etmişdi. Qısacası, Qərbin Yaxın Şərqdə həyata keçirdiyi əməliyyatlara Rusiyanın cavabı bəyanatlar fonunda olmuşdu. Məhz bugünkü qarşıdurma da ənənəvi strateji rəqabətin təzahür forması kimi çıxış etməkdədir.
Hər halda, Suriya cəbhəsində baş verən olaylar milli, regional və beynəlxalq təhlükəsizlik baxımından arzuolunmazdır. Məhz buna görə də, qısa müddət ərzində vətəndaşlara qarşı tətbiq edilən zorakılıq dayandırılmalı, xaotik olayların tənzimlənməsinə xidmət edən müvafiq addımlar atılmalıdır. Əks təqdirdə, insan itkisi ilə müşayiət olunan ciddi kataklizmlərin şiddətlənməsi qarşısıalınmaz prosesə çevriləcək.
NURLAN QƏLƏNDƏRLİ
Xəbər lenti
Hamısına baxMüsahibə
27 İyul 21:23
Sosial
27 İyul 21:05
Hadisə
27 İyul 20:45
Dünya
27 İyul 20:31
İqtisadiyyat
27 İyul 20:17
İqtisadiyyat
27 İyul 19:54
Dünya
27 İyul 19:20
Dünya
27 İyul 19:08
Elm
27 İyul 18:32
Dünya
27 İyul 18:31
Sosial
27 İyul 18:11
MEDİA
27 İyul 18:11
YAP xəbərləri
27 İyul 18:08
Dünya
27 İyul 17:20
Sosial
27 İyul 16:06
YAP xəbərləri
27 İyul 16:04
Sosial
27 İyul 15:20
YAP xəbərləri
27 İyul 14:27
Siyasət
27 İyul 14:07
Gündəm
27 İyul 14:03
Sosial
27 İyul 14:02
Sosial
27 İyul 13:35
Sosial
27 İyul 13:35
Sosial
27 İyul 13:34
Sosial
27 İyul 11:58
Dünya
27 İyul 10:54
Sosial
27 İyul 10:45
Elm
27 İyul 10:40
Xəbər lenti
27 İyul 10:32
YAP xəbərləri
27 İyul 10:29
Dünya
27 İyul 10:22
Dünya
27 İyul 09:45
Dünya
27 İyul 09:18
Dünya
27 İyul 08:52
Hadisə
27 İyul 08:36
Dünya
26 İyul 23:20
Maraqlı
26 İyul 21:34
Maraqlı
26 İyul 20:33
Dünya
26 İyul 19:17
Dünya
26 İyul 18:21
Dünya
26 İyul 17:35
Dünya
26 İyul 16:19
Dünya
26 İyul 15:30
Dünya
26 İyul 14:17
Dünya
26 İyul 13:41
Dünya
26 İyul 12:20
Dünya
26 İyul 11:35
Dünya
26 İyul 10:19
Dünya
26 İyul 09:55
Dünya
26 İyul 09:24
Dünya
26 İyul 08:50
Hadisə
26 İyul 08:39
Dünya
25 İyul 23:20
Dünya
25 İyul 22:35
Dünya
25 İyul 21:19
Dünya
25 İyul 20:27
Dünya
25 İyul 19:15
Dünya
25 İyul 18:22
Dünya
25 İyul 17:45
Hadisə
25 İyul 16:31
Dünya
25 İyul 15:19
Dünya
25 İyul 14:25
Gündəm
25 İyul 14:07
Dünya
25 İyul 13:33
Gündəm
25 İyul 12:28
Gündəm
25 İyul 11:50
Gündəm
25 İyul 11:35
Siyasət
25 İyul 11:13
Sosial
25 İyul 10:52
Siyasət
25 İyul 10:34

