Fransanın təhsil işçiləri həmkarlar ittifaqları müəllimləri tətilə çağırıb
04.09.2024 [15:39]
Təhsil ocaqlarında ilk zəng çalınar-çalınmaz Fransada FSU-SNUipp, CGT təhsil və Cənub təhsil (FSU-SNUipp, CGT éducation, et Sud éducation) həmkarlar ittifaqları ölkədə tam siyasi qeyri-müəyyənlik fonunda müəllimləri sentyabrın 10-da tətil etməyə çağırıb.
AZƏRTAC xəbər verir ki, rəsmi məlumatlara görə, Fransanın təhsil müəssislərində bu il 3185 yer vakant olaraq qalır. Kadr çatışmazlığını kompensasiya etmək üçün təhsil müəssisələri müqaviləli müəllimlərə müraciət etməli olacaqlar. Büdcənin kəsilməsi, qısamüddətli hədəfi olan siyasət, diqqətsizlik və maaşların aşağı olması kimi problemlər arasında müəllim heyəti getdikcə daha çox narahat olur. İstefa verən hökumətin gələcək baş nazirinin adı və digər nazir təyinatları ilə bağlı susqunluq ətrafdakı narahatlığı daha da artırır. FSU-SNUipp həmkarlar ittifaqının sözçüsü Gislen David tətilə çağırış edərək, tamamilə qeyri-müəyyən vəziyyətdə olduqlarını deyib. Bildirib ki, mövcud vəziyyəti müqaviləli işçilərə əsaslanan həll yolları ilə çözmək mümkün deyil. Giyan və Mayottdakı müəyyən təhsil ocaqlarında müəllimlərin 52 faizinin müqavilə əsasında işləməsi narahatedici vəziyyətdir. Versal və Kreteydəki təhsil ocaqlarında işçilərin 10 faizindən çoxunun müqavilə əsasında işləməsi peşənin cəlbedici olmadığını və iş şəraitinin pisləşdiyini əks etdirir.
Qeyd edilib ki, təhsil ocaqlarında vəzifələrin ləğvi, siniflərdə müəllim çatışmazlığını kompensasiya etmək üçün müqaviləli müəllimlərin işə götürülməsi bütün təhsil sistemini pozan domino effekti yaradır.
UNSA müəllimlər həmkarlar ittifaqının baş katibi Jil Lanqlua isə ixtisarlar və nazirlərin fasiləsiz dəyişməsi ilə yadda qalan ötən tədris ilindən sonra müəllim peşəsinin imicini yaxşılaşdırmaq üçün təcili tədbirlər görülməsinə ehtiyac olduğunu israrla bildirib.
Fransada müəllimlərin İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OCDE) digər üzv dövlətləri ilə müqayisədə 20 faiz az maaş aldığı vurğulanıb.
Həmçinin həmkarlar ittifaqları bildirirlər ki, dövlət borcu ilə bağlı aparılan qənaət siyasətinə görə təhsil ocaqlarının maliyyəsinin azaldılması onsuz da çətin olan vəziyyəti daha da kəskinləşdirəcək.
Xəbər lenti
Hamısına baxSosial
19 Sentyabr 16:35
Hadisə
19 Sentyabr 15:30
Sosial
19 Sentyabr 14:43
Gündəm
19 Sentyabr 13:19
Dünya
19 Sentyabr 12:23
Gündəm
19 Sentyabr 11:05
Siyasət
19 Sentyabr 11:00
İqtisadiyyat
19 Sentyabr 10:59
Gündəm
19 Sentyabr 10:40
Siyasət
19 Sentyabr 10:25
Gündəm
19 Sentyabr 10:23
İqtisadiyyat
19 Sentyabr 09:41
Analitik
19 Sentyabr 09:14
Ədəbiyyat
19 Sentyabr 08:57
Ədəbiyyat
19 Sentyabr 08:31
Gündəm
19 Sentyabr 08:16
Dünya
18 Sentyabr 23:46
Dünya
18 Sentyabr 23:21
Dünya
18 Sentyabr 22:49
Dünya
18 Sentyabr 22:17
Dünya
18 Sentyabr 21:53
Dünya
18 Sentyabr 21:25
Dünya
18 Sentyabr 20:43
Dünya
18 Sentyabr 20:18
Dünya
18 Sentyabr 19:59
Dünya
18 Sentyabr 19:20
YAP xəbərləri
18 Sentyabr 19:07
YAP xəbərləri
18 Sentyabr 19:03
YAP xəbərləri
18 Sentyabr 19:00
Dünya
18 Sentyabr 18:25
Analitik
18 Sentyabr 18:15
Siyasət
18 Sentyabr 18:03
Dünya
18 Sentyabr 17:45
Dünya
18 Sentyabr 17:19
YAP xəbərləri
18 Sentyabr 16:30
YAP xəbərləri
18 Sentyabr 16:23
Dünya
18 Sentyabr 16:23
Elanlar
18 Sentyabr 16:21
Din
18 Sentyabr 16:12
Dünya
18 Sentyabr 16:04
Dünya
18 Sentyabr 15:52
Dünya
18 Sentyabr 15:48
Mədəniyyət
18 Sentyabr 15:47
Elm
18 Sentyabr 15:40
İqtisadiyyat
18 Sentyabr 15:32
Dünya
18 Sentyabr 15:31
YAP xəbərləri
18 Sentyabr 14:56
YAP xəbərləri
18 Sentyabr 14:54
Dünya
18 Sentyabr 14:50
Sosial
18 Sentyabr 14:50
Siyasət
18 Sentyabr 14:28
Dünya
18 Sentyabr 14:27
İqtisadiyyat
18 Sentyabr 13:55
Dünya
18 Sentyabr 13:42
Dünya
18 Sentyabr 13:19
YAP xəbərləri
18 Sentyabr 13:07
Dünya
18 Sentyabr 12:50
Gündəm
18 Sentyabr 12:35
Dünya
18 Sentyabr 12:21
Formula 1
18 Sentyabr 12:12
Hadisə
18 Sentyabr 12:12
Elm
18 Sentyabr 12:11
Mədəniyyət
18 Sentyabr 12:10
İdman
18 Sentyabr 12:10
Sosial
18 Sentyabr 11:55
Sosial
18 Sentyabr 11:49
Gündəm
18 Sentyabr 11:46
Xəbər lenti
18 Sentyabr 11:39
Sosial
18 Sentyabr 11:30
Gündəm
18 Sentyabr 11:28

