Gözləntilər özünü doğrultmur
07.09.2024 [07:15]
ABŞ silahları Kiyevə kömək etmir?
Rusiya-Ukrayna müharibəsi başlayandan Qərb dövlətləri Kiyevə milyardlarla dollar həcmində hərbi yardımlar göstərir. NATO ölkələri arasında Kiyevə ABŞ daha çox hərbi dəstək verib. Xatırladaq ki, ABŞ-ın Ukraynaya yardımlarını maliyyələşdirmək üçün yeni vəsaitlərin ayrılması məsələsi Konqresdə ötən ilin payızından müzakirə olunsa da, fikir ayrılıqları səbəbindən yekun qərar qəbul olunmurdu. Nəhayət, bu ilin aprelində Konqres 61 milyard dollarlıq yardımı təsdiq etməklə Ukraynaya “müttəfiqliyinə sadiq olduğunu” göstərmək istədi. ABŞ-ın 61 milyard dollarlıq yeni yardım paketində nəzərdə tutulan ATACMS taktiki ballistik raketləri və hava hücumundan əlavə müdafiə vasitələrinin döyüş meydanındakı vəziyyəti Ukrayna Silahlı Qüvvələrinin xeyrinə dəyişə biləcəyi gözlənilirdi. Hesab olunurdu ki, ATACMS Rusiyanın cəbhədəki logistik imkanlarını zəiflədə bilər. Eyni zamanda, ABŞ-ın Kiyevə tədarük edəcəyi hava hücumundan müdafiə sistemləri Ukrayna ordusu üçün döyüş meydanında yaranan ağır vəziyyəti yüngülləşdirməyə yardım edəcək.
Con Kirbi: ATACMS Rusiya təyyarələrinin 90 faizini vura bilmir
Lakin ABŞ Milli Təhlükəsizlik Şurasının Strateji Kommunikasiyalar üzrə koordinatoru Con Kirbi deyib ki, ATACMS taktiki raket sistemləri Rusiyaya məxsus döyüş təyyarələrinin 90 faizini vurmaq iqtidarında deyil. Onun qənaətincə, Rusiya qırıcıları modernləşdirmə tədbirləri sayəsində sözügedən sistemlərin hədəfindən yayına bilir. C.Kirbi eyni zamanda ölkəsinin Ukraynanın Rusiya ərazisinə zərbələr endirməsinin mümkünlüyü ilə bağlı siyasətində dəyişikliyin olmadığını vurğulayıb. ABŞ rəsmisinin sözlərinə görə, rəsmi Vaşinqtonun Ukraynaya xüsusilə də hava hücumundan müdafiə sahəsində dəstəyi davam etdiriləcək.
Qeyd edək ki, ATACMS ABŞ-ın müdafiə sənayesi şirkəti olan Lockheed Martin tərəfindən istehsal olunan yer-yer tipli raketdir (SSM). Bərk yanacaqla işləyən raketin mənzili 190 mil (310 km), hündürlüyü 13 fut (4,0 m), diametri isə 24 düym (610 mm) təşkil edir. ATACMS, M270 MLRS və M142 Yüksək Hərəkətli Artilleriya Raket Sistemi (HIMARS) də daxil olmaqla, bir çox reaktiv yaylım atəş sistemindən buraxıla bilər. ABŞ bu raketlərdən ilk dəfə Körfəz müharibəsi zamanı İraqa qarşı istifadə edib.
Ramil Məmmədli: Son illər Rusiya hərbi təyyarələri üzərində ciddi modernləşdirmə işləri görülüb
Rusiyanın döyüş təyyarələrinin modernləşdirilməsi də diqqəti cəlb edir. Modernləşdirmə hansı istiqamətlərdə həyata keçirilib? Məsələ ilə bağlı qəzetimizə açıqlama verən hərbi ekspert Ramil Məmmədlinin sözlərinə görə, Rusiya 20 ildir ki, öz invertarında olan döyüş təyyarələrinin üzərində modernləşmə siyasəti həyata keçirir. Son 10 ildə isə modernləşdirmə layihələrinin miqyası artıb. Belə ki, əvvəllər MİQ-29, SU-25, SU-27 üzərində modernləşmə layihələri daha çox keçirilirdisə, bu gün həmin proses yeni nəsil hərbi təyyarələr hesab olunan SU-30, SU-35 qırıcıları üzərində də aparılır.
Ekspert bildirib ki, SU-57 daha müasir, beşinci nəsl olduğu üçün onun üzrərində yalnız silahların yerləşdirilməsi ilə bağlı yeniliklər edilir: “Modernləşmə layihələri dünyada radiolakasiya sistemlərinin meydana gəlməsi, həmçinin hava hücumundan müdafiə sistemlərinin formalaşması, hava-hava, yer-hava raketlərinin yeni növlərinin istifadəyə verilməsi ilə bağlıdır. Son illərdə Rusiya MİQ-29, SU-27, SU-30 təyyarələrinin modernləşməsində aviasiya silahlarının sayının artırılması, radar müdafiə sistemlərinin yeni iş rejimində işləməsi, naviqasiya sistemlərində dəqiqliyin artırılması və funksionallığın genişləndirilməsinə üstünlük verir. Bu da hava hücumlarından müdafiə sistemlərindən yayınmaq üçün çox effektli vasitələrdir”.
Bununla yanaşı, R.Məmmədli deyib ki, təyyarə mühərriklərinin döyüşün idarə edilməsi sisteminin yenilənməsi də reallaşdırılıb: “Artıq mühərriklərin f?rsaj imkanları daha da gücləndirilib. Bu isə təhlükəli əraziləri sürətlə tərk etmək, hədəflərdən yayınmaq imkanlarını artırır. Rusiyanın qırıcılarında həm də, informasiyanın toplanması və ötürülməsi sistemi də modernləşdirilib, eləcə də kabinəarxası audio və video sistemləri də artırılıb. Yəqin ki, ABŞ rəsmisi Con Kibri də bu məqamları əsas götürərək Ukraynaya verdikləri silahların Rusiya qırıcılarını vurmağa imkanlarının çatmadığını deyib”.
N.BAYRAMLI
Xəbər lenti
Hamısına baxDünya
22 İyun 09:18
İdman
22 İyun 08:51
Dünya
22 İyun 08:27
Dünya
22 İyun 08:16
Dünya
22 İyun 08:16
İdman
21 İyun 23:20
Dünya
21 İyun 22:43
Hadisə
21 İyun 21:18
Dünya
21 İyun 20:36
Dünya
21 İyun 19:22
Dünya
21 İyun 18:25
Dünya
21 İyun 17:25
Dünya
21 İyun 16:42
Xəbər lenti
21 İyun 16:30
Dünya
21 İyun 15:39
Siyasət
21 İyun 14:29
Siyasət
21 İyun 14:24
Dünya
21 İyun 14:22
Dünya
21 İyun 13:25
Dünya
21 İyun 12:30
Gündəm
21 İyun 11:57
Dünya
21 İyun 11:28
Dünya
21 İyun 10:45
Dünya
21 İyun 09:31
Elm
21 İyun 08:50
Elm
21 İyun 08:38
Siyasət
20 İyun 23:26
Maraqlı
20 İyun 23:20
Maraqlı
20 İyun 22:38
Dünya
20 İyun 21:25
Dünya
20 İyun 20:54
Maraqlı
20 İyun 20:37
Dünya
20 İyun 19:59
Maraqlı
20 İyun 19:22
Dünya
20 İyun 18:35
Siyasət
20 İyun 18:25
Dünya
20 İyun 18:12
Dünya
20 İyun 17:50
Dünya
20 İyun 17:19
Dünya
20 İyun 16:43
Dünya
20 İyun 16:21
Dünya
20 İyun 15:58
Dünya
20 İyun 15:30
Dünya
20 İyun 14:42
Dünya
20 İyun 14:17
Siyasət
20 İyun 14:08
Dünya
20 İyun 13:51
Gündəm
20 İyun 13:25
Gündəm
20 İyun 12:59
Siyasət
20 İyun 12:20
Siyasət
20 İyun 11:52
Gündəm
20 İyun 11:35
Siyasət
20 İyun 11:13
Sosial
20 İyun 10:49
Analitik
20 İyun 10:32
Ədəbiyyat
20 İyun 10:14
Sosial
20 İyun 09:58
Sosial
20 İyun 09:30
MEDİA
20 İyun 09:15
Ədəbiyyat
20 İyun 08:50
Sosial
20 İyun 08:33
İqtisadiyyat
20 İyun 07:22
Dünya
19 İyun 23:45
İqtisadiyyat
19 İyun 23:18
İdman
19 İyun 22:56
Dünya
19 İyun 22:20
Dünya
19 İyun 22:05
Xəbər lenti
19 İyun 21:49
Sosial
19 İyun 21:26
Siyasət
19 İyun 21:17

