BMT-də “İqlim, sülh və miqrasiya” mövzusunda yüksək səviyyəli dəyirmi masa keçirilib
23.09.2024 [10:15]
COP29 Sədrliyi və Beynəlxalq Miqrasiya Təşkilatının birgə təşkilatçılığı ilə BMT-nin baş qərargahında “İqlim, sülh və miqrasiya” mövzusunda yüksək səviyyəli dəyirmi masa keçirilib.
AZƏRTAC-ın məlumatına görə, tədbirdə COP29 sədrliyi, tərəfdaş ölkələr, BMT Agentlikləri, maliyyə institutları və bankların təmsilçiləri iştirak ediblər. Beynəlxalq Miqrasiya Təşkilatının İqlim Fəaliyyəti Departamentinin direktoru Raniya Şarşr miqrasiya və iqlimlə bağlı çağırışların bir-biri ilə əlaqəsini qeyd edib və bu cür müzakirələrin konkret addımların atılmasında böyük rol oynadığını bildirib. Çıxışı zamanı təşkilatın baş direktoru Amy Pope iqlim dəyişikliyinin mövcud zəiflikləri daha da gücləndirən dağıdıcı bir dövrə keçdiyini bildirib. Onun sözlərinə görə, miqrasiya edən icmalar çox məhdud resurslara görə başqaları ilə rəqabət apardıqları üçün bunlar münaqişələrə gətirib çıxarır. Baş direktor əlavə edib ki, 2023-cü ildə 47 milyon insan münaqişələr səbəbindən miqrasiyaya məruz qalıb: “Bu, münaqişə və fəlakətlərə görə miqrasiyadan öndədir. İqlim dəyişikliyi səbəbindən hər hansı digər faktorla müqayisədə daha çox insan köçkün olur. Əgər iqlimlə bağlı indi tədbir görsək, biz bu həssaslığı 80 faiz azalda bilərik. Biz iqlimlə bağlı infrastruktura və münaqişənin təsirinə məruz qalan ərazilərdə yaşayan insanlar üçün davamlı dolanışıq vasitələrinə sərmayə qoymalıyıq. Bu məsələdə kollektiv hərəkət etməliyik”.
Daha sonra çıxış edən Azərbaycan XİN-in xüsusi tapşırıqlar üzrə səfiri Elşad İsgəndərov deyib ki, bu mövzular istiqamətində təkcə danışmaq deyil, hesabatlar yazılmalı, təhllillər vasitəsi ilə marifləndirmə işləri görülməlidir. O bildirib ki, bu gün dünyada 30 milyona yaxın insan iqlimlə bağlı qaçqın və məcburi köçkün vəziyyətindədir: “Vəziyyət bu şəkildə davam edərsə, bu rəqəmin 260 milyona çatması gözlənilir. Sülh günündə, ümumilikdə COP29-da bu məsələlərlə əlaqədar strategiya, siyasət və praktiki addımların atılması nəzərdə tutulub”.
Tədbirdə həmçinin İtaliyanın İqlim dəyişikliyi üzrə xüsusi elçisi Françesko Korvaro, Misirin CCCRPP təşkilatının baş direktoru Ahmed Abdel Lətif çıxış edərək miqrasiyanın iqlim dəyişikliyinin törətdiyi su qıtlığı, ərzaq təhlükəsizliyi, torpağın deqradasiyası ilə kəsişən kritik qlobal problem olduğunu vurğulayıblar. Bu problemin aradan qaldırılması üçün konkret addımların atılmasının, birgə fəaliyyətin, maliyyə resurslarının cəlbinin, infrastrukturun formalaşmasının, mütəmadi, o cümlədən Troika görüşünün keçirilməsinin vacibliyi qeyd olunub. Həmçinin tədbirdə beynəlxalq maliyyə institutları, bankların təmsilçiləri çıxış edərək, bu çağırışların qarşısını almaq üçün maliyyələşmə istiqamətində görülən işlər və atılan addımlar barədə məlumat veriblər. Tədbir zamanı qeyd edilib ki, COP29 çərçivəsində Bakı İqlim və Sülh Mərkəzinin təsis edilməsi və fəaliyyətə başlaması gözlənilir. Bildirilib ki, bu mərkəzin yaradılmasında Azərbaycanla birlikdə təşəbbüskar ölkələr, eyni zamanda, BMT agentlikləri, beynəlxalq inkişaf qurumları və bankları iştirak edərək Bakı Mərkəzinin təsis olunmasını yüksək qiymətləndiriblər.
Xəbər lenti
Hamısına baxİdman
21 İyun 23:20
Dünya
21 İyun 22:43
Hadisə
21 İyun 21:18
Dünya
21 İyun 20:36
Dünya
21 İyun 19:22
Dünya
21 İyun 18:25
Dünya
21 İyun 17:25
Dünya
21 İyun 16:42
Dünya
21 İyun 15:39
Dünya
21 İyun 14:22
Dünya
21 İyun 13:25
Dünya
21 İyun 12:30
Gündəm
21 İyun 11:57
Dünya
21 İyun 11:28
Dünya
21 İyun 10:45
Dünya
21 İyun 09:31
Elm
21 İyun 08:50
Elm
21 İyun 08:38
Maraqlı
20 İyun 23:20
Maraqlı
20 İyun 22:38
Dünya
20 İyun 21:25
Dünya
20 İyun 20:54
Maraqlı
20 İyun 20:37
Dünya
20 İyun 19:59
Maraqlı
20 İyun 19:22
Dünya
20 İyun 18:35
Dünya
20 İyun 18:12
Dünya
20 İyun 17:50
Dünya
20 İyun 17:19
Dünya
20 İyun 16:43
Dünya
20 İyun 16:21
Dünya
20 İyun 15:58
Dünya
20 İyun 15:30
Dünya
20 İyun 14:42
Dünya
20 İyun 14:17
Siyasət
20 İyun 14:08
Dünya
20 İyun 13:51
Gündəm
20 İyun 13:25
Gündəm
20 İyun 12:59
Siyasət
20 İyun 12:20
Siyasət
20 İyun 11:52
Gündəm
20 İyun 11:35
Siyasət
20 İyun 11:13
Sosial
20 İyun 10:49
Analitik
20 İyun 10:32
Ədəbiyyat
20 İyun 10:14
Sosial
20 İyun 09:58
Sosial
20 İyun 09:30
MEDİA
20 İyun 09:15
Ədəbiyyat
20 İyun 08:50
Sosial
20 İyun 08:33
İqtisadiyyat
20 İyun 07:22
Dünya
19 İyun 23:45
İqtisadiyyat
19 İyun 23:18
İdman
19 İyun 22:56
Dünya
19 İyun 22:20
Dünya
19 İyun 22:05
Xəbər lenti
19 İyun 21:49
Sosial
19 İyun 21:26
Siyasət
19 İyun 21:17
Dünya
19 İyun 21:10
İqtisadiyyat
19 İyun 20:45
Dünya
19 İyun 20:30
Sosial
19 İyun 20:17
Elm
19 İyun 19:53
Siyasət
19 İyun 19:44
Siyasət
19 İyun 19:43
Sosial
19 İyun 19:21
İdman
19 İyun 19:13
Dünya
19 İyun 18:37

