101-ci Baş nazir...
02.10.2024 [08:38]
Siqeru İsiba Yaponiyanın yeni hökumət başçısı seçilib
Yaponiyada yeni hökumət formalaşıb. Fumio Kişidanın rəhbərlik etdiyi hökumət tam tərkibdə istefa verib. Bu barədə Yaponiya hökuməti başçısının dəftərxanası məlumat yayıb. Bildirilib ki, Fumio Kişidanın kabinetində yer alan bütün hökumət üzvləri istefa ərizələrini yazıblar. Yeni hökumətə hakim Liberal Demokratik Partiyanın (LDP) yeni sədri Siqeru İsiba rəhbərlik edəcək. Oktyabrın 1-də Yaponiya parlamentinin hər iki palatasında keçirilmiş səsvermənin nəticələrinə əsasən, o, bu posta seçilib. Beləliklə Siqeru İsiba Yaponiyanın sayca 101-ci Baş naziri olub.
Siqeru İsiba söz verib
Siqeru İsiba F.Kişidanın səlahiyyət müddətinin başa çatması ilə əlaqədar sentyabrın 27-də keçirilən seçkilərdə LDP-nin sədri vəzifəsinə gəlib. Sədr seçkisinin birinci turunda 9 namizəddən heç biri yetərli sayda səs yığa bilmədiyi üçün ikinci mərhələ təşkil olunmuşdu. İkinci turda Siqeru İsiba iqtisadi təhlükəsizlik məsələləri üzrə dövlət naziri xanım Takayçi Sanaeyə qalib gələrək, qısa fasilələrlə 1955-ci ildən Yaponiyada hakimiyyətdə olan mühafizəkar Liberal Demokrat Partiyasının rəhbəri seçilib.
Qeyd edək ki, 67 yaşlı Siqeru İsiba indiyədək bir sıra yüksək vəzifələrdə çalışıb. O, 2002-ci ildən 2004-cü ilədək Yaponiya Müdafiə Agentliyinin baş direktoru, 2007-ci ildən 2008-ci ilədək müdafiə naziri, 2008-ci ildən 2009-cu ilədək kənd təsərrüfatı, meşəçilik və balıqçılıq naziri vəzifələrində işləyib. 2012-ci ildə LDP-nin baş katibi, 2014-cü ildən 2016-cı ilədək yerli iqtisadi dirçəliş və əhalinin azalması ilə mübarizə məsələləri üzrə nazir vəzifəsini tutub.
Yeni baş nazir seçkiqabağı açıqlamalarında ölkəsini yüksək inflyasiya zonasından çıxaracağına söz verib. O, bərpa olunan enerji hesabına nüvə enerjisindən asılılığı azaltmağın tərəfdarıdır. Tokionun Vaşinqtonla müttəfiqliyinin möhkəmləndirilməsinin vacibliyini bildirən Siqeru İsiba regional təhdidlərə cavab olaraq NATO-nun Asiya versiyasını yaratmağı təklif edib.
Yeni baş nazir parlamenti buraxacaq
Şiqeru İsiba həm də, parlamentin aşağı palatasını buraxmaq və növbədənkənar seçkilər keçirmək qərarına gəlib. Bu barədə ölkənin “Kyodo” agentliyi məlumat yayıb. Yaponiya parlamentinin əsas aşağı palatasına növbəti seçkilər 2025-ci ilin oktyabrına qədər keçirilməli idi, lakin Baş nazir erkən seçkilər keçirmək üçün palatanı buraxmaq hüququndan istifadə etməyi düşünür.
Bundan əlavə yeni Baş nazir artıq hökuməti də formalaşdırmaqdadır. Belə ki, Takeşi İvaya Yaponiyanın yeni xarici işlər naziri təyin olunub. Baş nazir Siqeru İsiba tərəfindən formalaşdırılan yeni hökumət üzvlərinin siyahısını Nazirlər Kabinetinin baş katibi Yosimasa Hayasi açıqlayıb. Bundan əlavə, Hen Nakatani ölkənin müdafiə naziri vəzifəsini tutub. Nazirlər Kabinetinin keçmiş baş katibi Katsunobu Kato maliyyə naziri, iqtisadiyyat, ticarət və sənaye naziri isə əvvəllər bu qurumda nazir müavini olmuş Yodji Muto təyin edilib.
Dünyanın ən inkişaf etmiş 7 ölkəsindən biri
Qeyd edək ki, Yaponiya dünyada ən inkişaf etmiş 7 ölkədən biridir. Belə ki, bu ölkə nominal ÜDM-ə görə dünyanın ən güclü 4-cü, alıcılıq gücünün tarazlığına görə isə dünyanın ən güclü 3-cü iqtisadiyyatına malikdir. Yaponiya, həm də dünyanın ən böyük 5-ci ixracatçısı və dünyanın ən böyük 5-ci idxalçısıdır. Yaponiya rəsmi olaraq müharibə elan etməmək istədiyini konstitusiyasında göstərsə də, dünyanın ən böyük 8-ci hərbi büdcəsinə malikdir və silahlı qüvvələrindən ancaq özünü və sülhü qorumaqda istifadə etdiyini bildirir. Yaponiya yüksək yaşayış normasına və İnsan İnkişafı İndeksinə malik inkişaf etmiş ölkədir, əhali yüksək yaşayış imkanlarından yararlanır. Ölkənin əhalisi 126 milyon nəfərdir və bu göstəriciyə görə dünyada 10-cu yerdədir.
Son illər Yaponiyada inflyasiyanın artımı narahatlıq doğurur. Yeni baş nazirin ölkəsini yüksək inflyasiya zonasından çıxaracağına söz verməsi də buradan qaynaqlanır. Təsadüfi deyil ki, bu ilin avqust ayında Yaponiya fond bazarında 1987-ci ildəki “qara bazar”dan bəri ən böyük çökmə baş verib. “Nikkei” Tokio Fond Birjasının əsas indeksi ticarətin yekununda 12 faizdən çox ucuzlaşıb və 1987-ci ildə birjanın çökməsi hadisəsindən sonra səhmlərdə ən böyük itkiyə məruz qalıb. Maliyyə sektoru tənəzzülün önündə gedir. Beləliklə, Yaponiyanın üç ən iri bankının kotirovkaları 20 faizə düşüb. “Mitsubishi UFJ Financial Group” 17,84 faiz, “Sumitomo Mitsui Financial Group” 15,52 faiz, “Mizuho Financial Group” 19,71 faiz ucuzlaşıb.
Emosiyaları sakitləşdirmək üçün yapon fond bazarında ticarət bir neçə dəfə dayandırılıb. Yapon yeninin bahalaşması ilə əlaqədar olaraq xaricdə aktiv ticarət edən şirkətlərin qiymətləri kəskin şəkildə aşağı düşüb. Valyuta çətin dövrlərdə etibarlı amil hesab olunur, lakin avtomobilləri və digər yapon mallarını xaricdə daha bahalı edir. Bölgədəki digər fond bazarları da kəskin şəkildə mənfi zolağa düşüb. Bütün bunların fonunda Siqeru İsiba hesab edir ki, onun formalaşdırdığı hökumət problemlərin öhdəsindən gələcək.
N.BAYRAMLI
Xəbər lenti
Hamısına baxDünya
13 Sentyabr 23:18
Dünya
13 Sentyabr 22:40
İdman
13 Sentyabr 22:01
Dünya
13 Sentyabr 21:14
Dünya
13 Sentyabr 20:31
Dünya
13 Sentyabr 19:17
Dünya
13 Sentyabr 18:25
Dünya
13 Sentyabr 17:52
Dünya
13 Sentyabr 16:19
Dünya
13 Sentyabr 15:22
Dünya
13 Sentyabr 14:33
Dünya
13 Sentyabr 13:17
Analitik
13 Sentyabr 13:02
Dünya
13 Sentyabr 12:31
Dünya
13 Sentyabr 11:29
Dünya
13 Sentyabr 10:32
Dünya
13 Sentyabr 09:18
Hadisə
13 Sentyabr 08:25
Dünya
12 Sentyabr 23:20
Dünya
12 Sentyabr 22:35
Siyasət
12 Sentyabr 21:18
Sosial
12 Sentyabr 20:47
Dünya
12 Sentyabr 20:23
Dünya
12 Sentyabr 19:35
Dünya
12 Sentyabr 18:16
Dünya
12 Sentyabr 17:28
Dünya
12 Sentyabr 16:34
Elm
12 Sentyabr 15:57
Dünya
12 Sentyabr 15:52
Dünya
12 Sentyabr 15:19
Dünya
12 Sentyabr 14:45
Dünya
12 Sentyabr 14:30
Dünya
12 Sentyabr 13:59
Dünya
12 Sentyabr 13:25
Dünya
12 Sentyabr 12:46
Gündəm
12 Sentyabr 12:18
Gündəm
12 Sentyabr 11:50
İqtisadiyyat
12 Sentyabr 11:25
İqtisadiyyat
12 Sentyabr 10:49
İqtisadiyyat
12 Sentyabr 10:21
Ədəbiyyat
12 Sentyabr 09:45
Sosial
12 Sentyabr 09:17
Ədəbiyyat
12 Sentyabr 08:50
Ədəbiyyat
12 Sentyabr 08:36
Dünya
11 Sentyabr 23:30
Dünya
11 Sentyabr 23:17
Xəbər lenti
11 Sentyabr 22:51
Dünya
11 Sentyabr 22:23
Dünya
11 Sentyabr 22:09
Elm
11 Sentyabr 21:45
Hadisə
11 Sentyabr 21:34
İqtisadiyyat
11 Sentyabr 21:19
Formula 1
11 Sentyabr 20:41
Dünya
11 Sentyabr 20:29
Dünya
11 Sentyabr 20:17
Dünya
11 Sentyabr 19:54
İqtisadiyyat
11 Sentyabr 19:20
Müsahibə
11 Sentyabr 19:07
Dünya
11 Sentyabr 18:34
YAP xəbərləri
11 Sentyabr 18:19
YAP xəbərləri
11 Sentyabr 17:44
İqtisadiyyat
11 Sentyabr 17:43
Gündəm
11 Sentyabr 17:40
Siyasət
11 Sentyabr 17:40
Sosial
11 Sentyabr 17:39
YAP xəbərləri
11 Sentyabr 17:36
YAP xəbərləri
11 Sentyabr 17:34
Dünya
11 Sentyabr 17:22
Dünya
11 Sentyabr 16:58
YAP xəbərləri
11 Sentyabr 16:23

