Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Dünya / Fransa Madaqaskarın tələb etdiyi insan sümüklərini qaytaracaqmı?

Fransa Madaqaskarın tələb etdiyi insan sümüklərini qaytaracaqmı?

05.10.2024 [23:38]

Fransa Madaqaskarın tələb etdiyi insan sümüklərini qaytarması üçün elmi komitə işə başlayıb. Madaqaskar Sakalava etnik qrupunun iki başçısının, xüsusilə də 1897-ci ildə adanın müstəmləkə altına salınması zamanı fransız qoşunları tərəfindən başı kəsilmiş Kral Toeranın kəllə sümüyünün qaytarılmasını tələb edir.

AZƏRTAC xəbər verir ki, 20 ildən artıq müddətdə mübahisəli məsələ kimi qalan bu sümüklər hazırda Milli Təbiət Tarixi Muzeyində saxlanılır. Elmi komitənin işinin nə qədər davam edəcəyi məlum deyil. Fransa bu işin nəticəsində sümüklərin Madaqaskara qaytarıb-qaytarmayacağına dair rəy verəcək.

Qeyd edək ki, bu, 2023-cü ilin sonunda insan qalıqlarının bərpasına dair çərçivə qanununun qəbulundan bəri ilk yeni prosedurdur.

Paylaş:
Baxılıb: 483 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Gündəm

701,6 milyon avro...

29 Aprel 10:34

Analitik

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30