Fransa iqtisadi geriləmə ilə üzləşib
09.10.2024 [08:52]
Barnye Makronu xərcləri israf etməkdə günahlandırır
Fransada iqtisadi vəziyyət pisləşməyə başlayıb. Yeni baş nazir Mişel Barnye ölkənin sarsıntılı sosial-iqtisadi vəziyyətlə üzləşdiyini, artan borc səbəbindən maliyyə sabitliyinin pozulduğunu bəyan edib. Barnye mediaya açıqlamasında Makron hökumətinin uğursuz və səmərəsiz iqtisadi siyasətini kəskin tənqid edərək xərcləri israf etməkdə və əvvəlki Nazirlər Kabinetinin üzvlərinin bu prosesi sakit izləməsini qəbuledilməz adlandırıb. Onun fikrincə, hökumət ağır xərclərlə müxtəlif sosial proqramların maliyyə təminatını həll etməyə çalışsa da, fiskal yığımlarda buraxılan boşluqlar büdcənin defisitini artırıb. Hazırda fiskal yığmlarla dövlət xərcləri arasında tarazlıq pozulub. Ölkədə bir neçə ay əvvəl keçirilmiş Olimpiya Oyunları isə əlavə xərclərə səbəb olmaqla dövlətin maliyyə yükünü bir qədər də ağırlaşdırıb. Hazırda Fransanın böhranqabağı kiçik təlatümlərlə üzləşdiyini deyən baş nazir hökumət komandasını təcili olaraq vəziyyətdən çıxmaq üçün yollar aramağa səsləyib.
Çıxış yolu nə ola bilər?
Mişel Barnye hesab edir ki, böhrandan çıxmaq üçün radikal qərarlar qəbul etmək lazımdır. Hökumət 2025-ci ilin büdcə layihəsinin tərtibatı ərəfəsində həm gəlir və xərc tarazlığını tapmalı, həm də xarici borclarını konpensasiya etmək üçün əlavə mənbələri səfərbər etməlidir. İlk növbədə, büdcə planlaşdırmasında yol verilmiş nöqsanları aradan qaldırmaq lazımdır. Bu xərclərin optimallaşdırılması, bəzi sahələrdə xərc maddələrinin qısaldılması, gəlir mənbələrinin azalması fonunda vergi dərəcələrinin artırılması, bir sıra sahələrdə rüsumlarda əlavə dərəcələrin tətbiqi ilə mümkün hesab edilir. Belə ki, fiskal siyasətin əsas xətti kimi iri şirkət və korporasiyaların mənfəətinin 25 faiz həcmində vergitutmanın tətbiqi, habelə illik dövriyyəsi ən azı 1 milyard avro olan müəssisələr üçün ümumi vergilərin 33,5-ə çatdırılması istisna edilmir. Yeni hökumət komandasının rəhbəri hesab edir ki, vergi dərəcələrinin artırılması sayəsində büdcədə əlavə 10 milyard avroya qədər yığımı təmin etmək mümkündür.
Belə halda Fransada korporativ vergilər ən azı 8-9 faiz artmış olacaq, bu isə biznesin ağır vergi yükü altında istehsal və emal xərclərini də artıracaq, nəticədə məhsul və xidmətlərin də bahalaşması qaçılmaz olacaq. Bunun isə ağır təsirləri istehlak bazarlarına özünü göstərəcək, ölkədə inflyasiya indikindən bir neçə bənd yüksəlmiş olacaq.
İnvestorlar üçün təşviş başlayır...
Barnyenin bu təşvişdolu bəyanatı Fransanın investisya və səhm bazarlarına sirayət edərək indekslərin ucuzlaşmasına səbəb olub, bu azmış kimi ötən həftənin sonlarından etibarən dünya birjalarında fransız korparasiyaların səhmləri də dəyər itirməyə başlayıb. Bu eniş dalğası investorlarda daha çox həyəcan yaradıb, xüsusilə də yeyinti sənayesi və aqrar-sənaye qrupları təşvişə düşüblər. Baş nazirin üsyankar reform proqramı Fransanın iqtisadi blokunda da kəskin narazılqılar yaradıb, hətta hökumət üzvü olan nazirlərin bir çoxu biznesi dəstəkləyərək Barnyenin addımlarının yaxşı nəticə verməyəcini xatırladıblar. İqtisadiyyat və Maliyyə Nazirliyinin rəhbərləri onun islahat prioritetlərini səmərəsi və nəticəsi olmayan düşünülməmiş qərar kimi qiymətləndirərək bu “islahatların” həm də orta sinfə, ən çox da orta biznes təbəqəsinə zərər vuracağını vurğulayırlar.
Avrozonada iqtisadi
Qeyd edək ki, avrozonada iqtisadi göstəricilərin ən çox pisləşdiyi ölkələrdən biri Fransadır. Fransa başda olmaqla, avrozonada inflyasiya səviyyəsi avqust ayında yenidən artaraq 2,2 faiz təşkil edib. Ən yüksək qiymət artımı 4,2 faizlə xidmət sektorunda qeydə alınıb. Qida, alkoqollu içkilər və tütün məmulatlarının qiyməti 2,4 faiz, qeyri-enerji sənayesi məhsullarının qiyməti 0,4 faiz artıb, enerji məhsullarının qiyməti isə 3 faiz azalıb. Region ölkələrindən Fransada inflyasiya 3 faizə qədər artıb.
“Standard and Poor’s” (S&P) qlobal reytinq təşkilatı Fransada 2023-cü ildən sonra iqtisadi tənəzzülün böyüdüyünü bildirir. Qeyd edildiyinə görə, xidmət sektorunda aktivlik kəskin şəkildə azalıb, əmək məhsuldarlığı iyulda 50,6 bənddən avqusta 48,2 punkta düşüb. Bu, 2021-ci ilin dekabrından bəri ən yüksək indeksdir. “S&P”-nin ekspertlərinin qənaətinə görə, avrozonanın ikinci ən böyük iqtisadiyyatının işgüzar aktivlik reytinqi son 32 ayın ən aşağı səviyyələrində qərarlaşıb.
Hamburq Kommersiya Bankının baş iqtisadçısı Cyrus de la Rubianın fikrincə, cari ilin üçüncü rübündə Fransa iqtisadiyyatı 0,6 faiz yenidən kiçiləcək. İqtisadi göstəricilərin sürətlə pisləşməsi fonunda investorlar hesab edirlər ki, səhmlərin ucuzlaşması da yüksələcək. Digər sektorlarda da eyni situasiyaların gözlənəcəyi istisna olunmur. Bir sözlə, Fransa iqtisadi durğunluqdan çıxmaq üçün yol tapa bilmir.
ELBRUS
Xəbər lenti
Hamısına baxDünya
13 Sentyabr 23:18
Dünya
13 Sentyabr 22:40
İdman
13 Sentyabr 22:01
Dünya
13 Sentyabr 21:14
Dünya
13 Sentyabr 20:31
Dünya
13 Sentyabr 19:17
Dünya
13 Sentyabr 18:25
Dünya
13 Sentyabr 17:52
Dünya
13 Sentyabr 16:19
Dünya
13 Sentyabr 15:22
Dünya
13 Sentyabr 14:33
Dünya
13 Sentyabr 13:17
Analitik
13 Sentyabr 13:02
Dünya
13 Sentyabr 12:31
Dünya
13 Sentyabr 11:29
Dünya
13 Sentyabr 10:32
Dünya
13 Sentyabr 09:18
Hadisə
13 Sentyabr 08:25
Dünya
12 Sentyabr 23:20
Dünya
12 Sentyabr 22:35
Siyasət
12 Sentyabr 21:18
Sosial
12 Sentyabr 20:47
Dünya
12 Sentyabr 20:23
Dünya
12 Sentyabr 19:35
Dünya
12 Sentyabr 18:16
Dünya
12 Sentyabr 17:28
Dünya
12 Sentyabr 16:34
Elm
12 Sentyabr 15:57
Dünya
12 Sentyabr 15:52
Dünya
12 Sentyabr 15:19
Dünya
12 Sentyabr 14:45
Dünya
12 Sentyabr 14:30
Dünya
12 Sentyabr 13:59
Dünya
12 Sentyabr 13:25
Dünya
12 Sentyabr 12:46
Gündəm
12 Sentyabr 12:18
Gündəm
12 Sentyabr 11:50
İqtisadiyyat
12 Sentyabr 11:25
İqtisadiyyat
12 Sentyabr 10:49
İqtisadiyyat
12 Sentyabr 10:21
Ədəbiyyat
12 Sentyabr 09:45
Sosial
12 Sentyabr 09:17
Ədəbiyyat
12 Sentyabr 08:50
Ədəbiyyat
12 Sentyabr 08:36
Dünya
11 Sentyabr 23:30
Dünya
11 Sentyabr 23:17
Xəbər lenti
11 Sentyabr 22:51
Dünya
11 Sentyabr 22:23
Dünya
11 Sentyabr 22:09
Elm
11 Sentyabr 21:45
Hadisə
11 Sentyabr 21:34
İqtisadiyyat
11 Sentyabr 21:19
Formula 1
11 Sentyabr 20:41
Dünya
11 Sentyabr 20:29
Dünya
11 Sentyabr 20:17
Dünya
11 Sentyabr 19:54
İqtisadiyyat
11 Sentyabr 19:20
Müsahibə
11 Sentyabr 19:07
Dünya
11 Sentyabr 18:34
YAP xəbərləri
11 Sentyabr 18:19
YAP xəbərləri
11 Sentyabr 17:44
İqtisadiyyat
11 Sentyabr 17:43
Gündəm
11 Sentyabr 17:40
Siyasət
11 Sentyabr 17:40
Sosial
11 Sentyabr 17:39
YAP xəbərləri
11 Sentyabr 17:36
YAP xəbərləri
11 Sentyabr 17:34
Dünya
11 Sentyabr 17:22
Dünya
11 Sentyabr 16:58
YAP xəbərləri
11 Sentyabr 16:23

