Dünyanın kosmik gücləri Milanda Ayda rəqabət məsələlərini müzakirə edirlər
14.10.2024 [21:52]
Dünyanın kosmik agentlikləri bu həftə Milanda görüşürlər. Toplantının əsas məqsədi geosiyasi rəqabət fonunda Yerin orbitində və Ayda yeni qlobal yarışa təkan vermək, özəl sektorun ciddi iştirakı ilə İlon Maskın dominant “SpaceX” şirkəti ilə ayaqlaşmaq səyləridir.
Beynəlxalq Astronavtika Konqresi (IAC) 1950-ci ildən bəri kosmosu fəth edən ölkələrin alimləri, mühəndisləri, şirkətləri və siyasi liderləri bir araya gətirir, hətta dünya gücləri arasında gərginliyin artdığı vaxtlarda belə bu koalisiya əməkdaşlığı müzakirə etmək üçün mühüm bir məkana çevrilib.
AZƏRTAC “Reuters” agentliyinə istinadla xəbər verir ki, builki konfrans iki əsas rəqibin - ABŞ və Çinin kosmik planları kontekstində keçirilir. Lakin Moskvanın 2022-ci ildə Ukraynaya qarşı hərbi əməliyyatlara başlamasından sonra Qərbdən təcrid olunmuş qüdrətli bir güc olan Rusiyanın “Roskosmos” kosmik agentliyi bu müzakirələrdə iştirak etmir.
Bununla belə, Beynəlxalq Astronavtika Federasiyasının (IAF) üzvü olan 77 ölkənin demək olar ki, hamısı, habelə IAC-a daxil olan qeyri-kommersiya təşkilatı - NASA-nın “Artemida” proqramına qoşulan ölkələrin koalisiyası Ayın tədqiqinə diqqəti daha da artırıb. Eyni zamanda, Avropanın kosmosa daha suveren çıxışı da gündəmdədir.
IAF-in prezidenti Kley Mauri bildirib ki, bu konqresə rekord sayda - 7197 texniki tezis təqdim olunub və məruzələrin 37 faizi tələbələr və gənc mütəxəssislər tərəfindən təqdim ediləcək. O, indiki dövrü 1960-cı illərdə “Apollon”un Aya uçuşundan bəri kosmosda ən həyəcanlı epoxa adlandırıb.
NASA-nın inzibatçısı Bill Nelsonun 2030-cu ildə fəaliyyətini dayandıracaq köhnə Beynəlxalq Kosmik Stansiyanı əvəz etmək üçün özəl şirkətlərə müraciət etməsi, eyni zamanda, bu strategiyaya IAC-ın dəstəyini artırıb. İyirmi ildən çox yaşı olan orbitdəki elmi laboratoriya Yerdəki münaqişələrə baxmayaraq, ilk növbədə, ABŞ və Rusiyanın rəhbərlik etdiyi kosmik diplomatiyanın simvolu olub.
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
22 İyun 16:07
Sosial
22 İyun 15:45
Siyasət
22 İyun 15:31
Siyasət
22 İyun 15:29
Hadisə
22 İyun 15:15
Gündəm
22 İyun 15:05
Sosial
22 İyun 14:44
Siyasət
22 İyun 14:43
Dünya
22 İyun 14:31
Sosial
22 İyun 14:11
Elm
22 İyun 13:46
Dünya
22 İyun 13:42
Siyasət
22 İyun 13:29
Siyasət
22 İyun 13:25
Gündəm
22 İyun 13:21
Gündəm
22 İyun 13:09
Sosial
22 İyun 13:03
Dünya
22 İyun 12:56
Sosial
22 İyun 12:34
Dünya
22 İyun 12:29
Gündəm
22 İyun 12:26
Sosial
22 İyun 11:48
Sosial
22 İyun 11:47
Gündəm
22 İyun 11:46
İdman
22 İyun 11:35
Dünya
22 İyun 11:13
Gündəm
22 İyun 11:12
Gündəm
22 İyun 11:02
Dünya
22 İyun 10:50
Dünya
22 İyun 10:22
Gündəm
22 İyun 10:13
YAP xəbərləri
22 İyun 09:48
Dünya
22 İyun 09:45
YAP xəbərləri
22 İyun 09:43
Dünya
22 İyun 09:18
İdman
22 İyun 08:51
Dünya
22 İyun 08:27
Dünya
22 İyun 08:16
Dünya
22 İyun 08:16
İdman
21 İyun 23:20
Dünya
21 İyun 22:43
Hadisə
21 İyun 21:18
Dünya
21 İyun 20:36
Dünya
21 İyun 19:22
Dünya
21 İyun 18:25
Dünya
21 İyun 17:25
Dünya
21 İyun 16:42
Xəbər lenti
21 İyun 16:30
Dünya
21 İyun 15:39
Siyasət
21 İyun 14:29
Siyasət
21 İyun 14:24
Dünya
21 İyun 14:22
Dünya
21 İyun 13:25
Dünya
21 İyun 12:30
Gündəm
21 İyun 11:57
Dünya
21 İyun 11:28
Dünya
21 İyun 10:45
Dünya
21 İyun 09:31
Elm
21 İyun 08:50
Elm
21 İyun 08:38
Siyasət
20 İyun 23:26
Maraqlı
20 İyun 23:20
Maraqlı
20 İyun 22:38
Dünya
20 İyun 21:25
Dünya
20 İyun 20:54
Maraqlı
20 İyun 20:37
Dünya
20 İyun 19:59
Maraqlı
20 İyun 19:22
Dünya
20 İyun 18:35
Siyasət
20 İyun 18:25

