5 bənddən və 3 məxfi əlavədən ibarət plan...
18.10.2024 [08:35]
Zelenski parlamentdə qələbə planını açıqladıqdan sonra ABŞ Kiyevə yeni hərbi yardım ayırıb
Ukrayna Prezidenti Volodimir Zelenski uzun müddətdir bəhs etdiyi qələbə planını parlamentə təqdim edib. O, Ukrayna Ali Radasında çıxışı zamanı deyib ki, qələbə planı beş bənddən və üç məxfi əlavədən ibarətdir. Dövlət başçısının sözlərinə görə, birinci bənd geosiyasi, ikinci və üçüncü bəndlər isə hərbi xarakter daşıyır. Dördüncü bənd iqtisadiyyata, beşinci bənd təhlükəsizlik məsələlərinə aiddir. Zelenski bildirib ki, hər bir bənd müəyyən bir dövr üçün nəzərdə tutulub. Ukrayna Prezidenti diqqətə çatdırıb ki, ilk dörd bənd müharibə dövrünü əhatə edir və onun başa çatdırılmasını nəzərdə tutur. Beşinci bənd isə postmüharibə dövründə təhlükəsizliyin təmin edilməsi ilə bağlıdır. O, qələbə planına üç əlavənin detallarını açıqlamayıb.
Zelenskinin NATO-ya üzvlük ümidi...
Zelenskinin sözlərinə görə, Rusiya onilliklər ərzində Avropadakı geosiyasi qeyri-müəyyənlikdən, yəni Ukraynanın NATO üzvü olmamasından istifadə edib: “İndi Ukraynanın NATO-ya dəvət edilməsi faktı sülh üçün həqiqətən də fundamental amil ola bilər. Biz başa düşürük ki, NATO-ya üzvlük bu günün deyil, gələcəyin işidir”. Onun fikrincə, dəvət qətiyyətdən başqa heç nə tələb etməyən güclü qərardır. “Buna görə də bu, qələbə planının başlanğıc nöqtəsidir və qətiyyətliliyin təsdiqidir. İndi qeyd-şərtsiz dəvət vacibdir. Bu, əminlikdir - tərəfdaşların Ukraynanın təhlükəsizlik arxitekturasındakı yerini əslində necə gördüyünün təzahürüdür. Mən hamınızdan xahiş edirəm, tərəfdaşların Ukraynanı Avropa təhlükəsizlik arxitekturasında digərləri ilə bərabər tanımaq əzmi üçün çalışın”, - deyə Zelenski vurğulayıb.
Yeri gəlmişkən, NATO-nun yeni Baş katibi Mark Rutte də oktyabrın 1-də bu vəzifənin təhvil alınması mərasimində çıxışı zamanı Ukraynaya açıq dəstəyini ifadə edib. O, Ukrayna müharibəsini və alyansın müdafiə xərclərinin artırılmasını prioritet hesab etdiyini də vurğulayıb: “Prioritetlərimiz dəyişməz olaraq qalır. Biz Ukraynanın müstəqil demokratik dövlət kimi qalmasını təmin etməliyik. Müdafiə və çəkindirmə imkanlarımız baxımından xərcləri artırmalı, kollektiv müdafiə gücümüzü genişləndirməliyik”. Onun sözlərinə görə, NATO-nun hər bir ölkəsi Ukraynanın Rusiyanın dərinliklərinə zərbələr endirməsinə icazə verilməsi barədə qərarı müstəqil şəkildə qəbul etməlidir.
Rutte Kiyevə hərbi dəstəyin gücləndirilməsinin tərəfdarıdır
Eyni zamanda, M.Rutte Ukraynanın özünümüdafiə hüququnu dəstəklədiyini vurğulayıb. Baş katib hesab edir ki, təhlükəsizliyin təmin olunması üçün dünyanın müxtəlif bölgələrində NATO tərəfdaşlıqları inkişaf etdirilməlidir: “Ukraynanın layiqli yeri NATO-dadır. Mənim ikinci prioritetim Ukraynaya dəstəyimizi gücləndirmək və onu NATO-ya daha da yaxınlaşdırmaqdır. Çünki güclü, müstəqil Ukrayna olmadan Avropada davamlı təhlükəsizlik ola bilməz. Üzərimizə düşəni etməliyik”. NATO-nun yeni Baş katibinin Ukaynaya dəstəyin artırılması ilə bağlı mövqeyi V.Zelenskini cəsarətləndirən amillərdən biridir. Buna görə də, o, qələbə planında ölkəsinin alyansa üzvlüyünü xüsusi qeyd edir.
Planı Ali Rada həyata keçirəcək?
Zelenski Ali Radaya qələbə planını təqdim etdikdən sonra parlamentarilərlə görüş keçirib. Ali Rada planın bəndlərini həyata keçirmək üçün lazım olan sənədlər paketini hazırlayacaq. Parlament, həmçinin diplomatik qarşılıqlı fəaliyyət planı hazırlayacaq. Prioritet ABŞ Konqresi, Avropa Parlamenti və G7 ölkələrinin parlamentləri olacaq. Bu barədə isə Ukrayna Ali Radasının sədri Ruslan Stefançuk məlumat verib. “Prezident parlament rəhbərliyi ilə bütün fraksiya və qrupların sədrləri ilə görüşdü və biz birlik kontekstində irəli sürülən təklifləri iki saata yaxın ətraflı müzakirə etdik. Fraksiya və qrupların nümayəndələrinin hər birinin Ukrayna prezidentinə sual vermək imkanı olub”, - deyə Stefançuk görüşün üç fundamental nəticəsi olduğunu bildirib. Onlardan birincisi - qələbə planı Ali Radaya təqdim edilib, ikincisi - parlament bu planı həyata keçirməyə başlayacaq, üçüncüsü isə Ali Rada Ukrayna parlamentinin və siyasi qüvvələrin bu plana necə inteqrasiya olunacağına dair ümumi proqram hazırlayacaq. “Yəni bu, parlamentin bu gün təklif etdiyi inteqrasiyalı yanaşmadır. Ukrayna Prezidenti ilə görüşdə bütün fraksiya və qrup rəhbərləri birlikdə, yekdilliklə bu mövqelərin hamısını dəstəklədilər”, - deyə spiker qeyd edib.
Vaşinqton müharibənin davam etməsini istəyir
Zelenski parlamentdə qələbə planını təqdim etdikdən sonra - oktyabrın 16-da ABŞ Prezidenti Co Bayden Ukraynaya növbəti hərbi yardım paketini açıqlayıb. Buraya ümumilikdə, 425 milyon dollar dəyərində silah daxildir. Bu barədə Ağ Evin mətbuat xidmətinin “Telegram” səhifəsi məlumat verib. Məlumata görə, ABŞ lideri Prezident Zelenski ilə danışıqlardan sonra Ukrayna Silahlı Qüvvələri üçün yeni paket açıqlayıb. Paketə hava hücumundan müdafiə sistemləri, hərbi sursat və zirehli maşınlar daxildir.
Ağ Ev, həmçinin əmin edib ki, Ukrayna yaxın aylarda ABŞ-dan əlavə silahlar, o cümlədən yüzlərlə hava hücumundan müdafiə sistemi, onlarla taktiki hava hücumundan müdafiə sistemlərii, əlavə artilleriya sistemi, əhəmiyyətli miqdarda döyüş sursatları, yüzlərlə zirehli personal daşıyıcısı və piyadaların döyüş maşınları, eləcə də minlərlə zirehli texnika alacaq.
Xatırladaq ki, Zelenski ötən ay BMT Baş Assambleyasının 79-cu sessiyasında iştirak etmək üçün ABŞ-a səfəri çərçivəsində Co Baydenlə görüşmüş və ona qələbə planını təqdim etmişdi. Ukrayna dövlətinin başçısı Ağ Evin qərarından sonra “Teleqram” kanalında yazıb ki, hava hücumundan müdafiə sistemləri və uzaqmənzilli silahları ehtiva edən yeni paketə görə ABŞ Prezidentinə, Konqresin partiyalarına və Amerika xalqına minnətdardır.
Əslində isə rəsmi Vaşinqton bu qərarı ilə Ukraynada müharibənin davam etməsinə maraqlı olduğunu göstərir. Çünki Rusiya-Ukrayna müharibəsinin davam etməsini ABŞ bu regionda öz planlarını gerçəkləşdirmək üçün fürsət hesab edir.
N.BAYRAMLI
Xəbər lenti
Hamısına baxMaraqlı
20 İyun 23:20
Maraqlı
20 İyun 22:38
Dünya
20 İyun 21:25
Dünya
20 İyun 20:54
Maraqlı
20 İyun 20:37
Dünya
20 İyun 19:59
Maraqlı
20 İyun 19:22
Dünya
20 İyun 18:35
Dünya
20 İyun 18:12
Dünya
20 İyun 17:50
Dünya
20 İyun 17:19
Dünya
20 İyun 16:43
Dünya
20 İyun 16:21
Dünya
20 İyun 15:58
Dünya
20 İyun 15:30
Dünya
20 İyun 14:42
Dünya
20 İyun 14:17
Siyasət
20 İyun 14:08
Dünya
20 İyun 13:51
Gündəm
20 İyun 13:25
Gündəm
20 İyun 12:59
Siyasət
20 İyun 12:20
Siyasət
20 İyun 11:52
Gündəm
20 İyun 11:35
Siyasət
20 İyun 11:13
Sosial
20 İyun 10:49
Analitik
20 İyun 10:32
Ədəbiyyat
20 İyun 10:14
Sosial
20 İyun 09:58
Sosial
20 İyun 09:30
MEDİA
20 İyun 09:15
Ədəbiyyat
20 İyun 08:50
Sosial
20 İyun 08:33
İqtisadiyyat
20 İyun 07:22
Dünya
19 İyun 23:45
İqtisadiyyat
19 İyun 23:18
İdman
19 İyun 22:56
Dünya
19 İyun 22:20
Dünya
19 İyun 22:05
Xəbər lenti
19 İyun 21:49
Sosial
19 İyun 21:26
Siyasət
19 İyun 21:17
Dünya
19 İyun 21:10
İqtisadiyyat
19 İyun 20:45
Dünya
19 İyun 20:30
Sosial
19 İyun 20:17
Elm
19 İyun 19:53
Siyasət
19 İyun 19:44
Siyasət
19 İyun 19:43
Sosial
19 İyun 19:21
İdman
19 İyun 19:13
Dünya
19 İyun 18:37
İqtisadiyyat
19 İyun 18:22
Sosial
19 İyun 18:04
Sosial
19 İyun 17:19
Xəbər lenti
19 İyun 16:30
Sosial
19 İyun 16:30
Sosial
19 İyun 15:47
İqtisadiyyat
19 İyun 15:45
YAP xəbərləri
19 İyun 15:40
Dünya
19 İyun 15:34
YAP xəbərləri
19 İyun 15:34
İqtisadiyyat
19 İyun 15:31
Diaspor
19 İyun 15:21
Xəbər lenti
19 İyun 14:52
YAP xəbərləri
19 İyun 14:51
Gündəm
19 İyun 14:49
Siyasət
19 İyun 14:48
Elanlar
19 İyun 14:48
Elm
19 İyun 14:44

