Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Dünya / “Hizbullah” hərəkatına yeni baş katib təyin olunub

“Hizbullah” hərəkatına yeni baş katib təyin olunub

29.10.2024 [15:17]

Livanda fəaliyyət göstərən “Hizbullah”ın qanunvericilik şurası Naim Qasımı hərəkatın yeni baş katibi seçib.

AZƏRTAC xəbər verir ki, bu barədə hərəkatın mətbuat xidmətinin yaydığı bəyanatda bildirilir.

1982-ci ildə “Hizbullah”ın qurucularından biri olan Naim Qasım bundan öncə hərəkatın baş katibinin birinci müavini vəzifəsində çalışıb.

Qeyd edək ki, hərəkatın əvvəlki baş katibi Həsən Nəsrullah sentyabrın 27-də İsrail ordusunun Livanın paytaxtı Beyruta endirdiyi hava zərbəsi nəticəsində həlak olub. Oktyabrın əvvəlində isə onun varisi Haşim Safiəddin qətlə yetirilib. “Hizbullah” ötən həftə onun və hərəkatın bəzi komandirlərinin ölümünü təsdiqləyib.

Paylaş:
Baxılıb: 375 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

Gündəm

Gündəm

Gündəm

İqtisadiyyat

MEDİA

İqtisadiyyat

Mədəniyyət

İqtisadiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30