Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Dünya / Çinin “Şencou-18” missiyasının astronavtları Yerə qayıdıblar

Çinin “Şencou-18” missiyasının astronavtları Yerə qayıdıblar

04.11.2024 [09:37]

Çinin kosmik stansiyasında 192 günlük fəaliyyətini başa vuran “Şencou-18” missiyasının astronavtları Yerə qayıdıblar.

AZƏRTAC Çin Kosmos Agentliyinə istinadla xəbər verir ki, astronavtlar Yı Quanfu, Li Çon və Li Quansunu gətirən “Şencou-18” kosmik gəmisinin xüsusi kapsulu Pekin vaxtı ilə noyabrın 3-də günorta saatlarında “Tienqon” kosmik stansiyasından ayrılıb. Kapsul noyabrın 4-də gecə saat 01:24-də Qobi səhrasındakı “Donfen” meydançasına enib. Astronavtlar ilkin tibbi yoxlanışdan sonra xüsusi təyyarə ilə Pekinə yola salınacaq. Agentlik “Şencou-18” missiyasının uğurla başa çatdığını elan edib.

Qeyd edək ki, “Şencou-18” missiyasına aprelin 25-də start verilib. “Astronavtlar kosmik stansiyada müxtəlif test və texniki yoxlanışlar həyata keçiriblər. Onları kosmik stansiyada oktyabrın 3-də start verilmiş “Şencou-19” missiyasının üç üzvü əvəzləyib. “Şencou-19” missiyasının da kosmosda təxminən 6 ay qalması planlaşdırılır.

Paylaş:
Baxılıb: 452 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

YAP xəbərləri

Siyasət

Gündəm

İqtisadiyyat

Analitik

Sosial

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31