İstanbulda müəllif hüquqlarına və mediada süni intellektə dair simpozium keçirilir
02.12.2024 [18:34]
İstanbulda “Xəbərin müəllif hüquqları və mediada süni intellekt” mövzusunda II simpozium keçirilir.
AZƏRTAC xəbər verir ki, tədbir “Anadolu” Agentliyi və Boğaziçi Universitetinin əməkdaşlığı, Türkiyənin Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə təşkil edilib. Tədbirdə çıxış edən Türkiyə Prezidenti Administrasiyasının İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Fahrettin Altun bu gün bəşəriyyətin qlobal səviyyədə ədalət problemi ilə üzləşdiyini deyib. O, ədalət böhranını dərinləşdirən əsas səbəblərdən birinin də bütün dünyanı təsiri altına alan media imperializmi və rəqəmsal faşizm olduğunu diqqətə çatdırıb.
F.Altun tədbirdə mediada istehsal olunan məlumat, xəbər və əsərlərin, eləcə də bütün bunların arxasında duran düşüncə insanlarının hüquq və haqlarını qorumaq məqsədilə bir araya gəldiklərini bildirib.
O, xəbər istehsalının bir tərəfdən müxbirin əməyinə, tədqiqatına və analizinə, digər tərəfdən isə yayımlayan qurumun redaktə seçimləri, cəhdi, cəsarəti, imkanları və bacarıqlarına möhtac olduğunu diqqətə çatdıraraq, real xəbər istehsalının zəhmətli, maliyyə və əmək tələb edən mürəkkəb iş olduğunu vurğulayıb.
“Anadolu” Agentliyi İdarə Heyətinin sədri və baş direktoru Serdar Karagöz çıxışında “Reuters Institute”nun tədqiqatlarına diqqət çəkərək dünya üzrə insanların 62 faizinin sosial media platformalarından istifadə etdiyini, bu qrupun isə 48 faizinin eşitdiklərinə, gördüklərinə, oxuduqlarına reaksiya verdiklərini deyib.
Qeyd edək ki, sahə üzrə peşəkarlar, hüquqşünaslar, alimlər və texnologiya mütəxəssislərinin iştirak etdiyi simpoziumda medianın rəqəmsallaşması ilə yaranan hüquqi, etik və texnoloji məsələlər müzakirə edilir, rəqəmsallaşmanın mediada müəllif hüquqlarına təsiri, süni intellektin xəbərin hazırlanmasında istifadə imkanları və riskləri ətrafında fikir mübadilələri aparılır.
Mediada süni intellekt və müəllif hüquqları ilə bağlı məlumat mübadiləsi və əməkdaşlıq imkanları yaradaraq sektora töhfə verməyi hədəfləyən tədbir “Avropa İttifaqının rəqəmsal tək bazar direktivinə dair üzv ölkələrin təcrübələri”, “Rəqəmsallaşmanın jurnalistikada yaratdığı müəllif hüquqları pozuntularının aradan qaldırılması üçün Türkiyədə həll axtarışları” və “Xəbər istehsalında süni intellekt-media-müəllif hüquqları üçbucağı” mövzularında panel iclaslarla davam etdirilir.
Tədbirdə Türkiyə ilə yanaşı, dünyanın müxtəlif ölkələrindən sahə üzrə mütəxəssislərin “Rəqəmsal platformadakı iş modellərinin müəllif hüquqlarının ölçüsü”, “DSM direktivinin daxili hüquqa keçirilməsi-Almaniya və İtaliya təcrübələri, “Xəbərin müəllif hüquqları-Türkiyə üçün bir model təklifi”, “Türkiyədə müəllif hüquqları” və s. kimi mövzularda məruzələr dinləniləcək.
Xəbər lenti
Hamısına baxMaraqlı
20 İyun 23:20
Maraqlı
20 İyun 22:38
Dünya
20 İyun 21:25
Dünya
20 İyun 20:54
Maraqlı
20 İyun 20:37
Dünya
20 İyun 19:59
Maraqlı
20 İyun 19:22
Dünya
20 İyun 18:35
Dünya
20 İyun 18:12
Dünya
20 İyun 17:50
Dünya
20 İyun 17:19
Dünya
20 İyun 16:43
Dünya
20 İyun 16:21
Dünya
20 İyun 15:58
Dünya
20 İyun 15:30
Dünya
20 İyun 14:42
Dünya
20 İyun 14:17
Siyasət
20 İyun 14:08
Dünya
20 İyun 13:51
Gündəm
20 İyun 13:25
Gündəm
20 İyun 12:59
Siyasət
20 İyun 12:20
Siyasət
20 İyun 11:52
Gündəm
20 İyun 11:35
Siyasət
20 İyun 11:13
Sosial
20 İyun 10:49
Analitik
20 İyun 10:32
Ədəbiyyat
20 İyun 10:14
Sosial
20 İyun 09:58
Sosial
20 İyun 09:30
MEDİA
20 İyun 09:15
Ədəbiyyat
20 İyun 08:50
Sosial
20 İyun 08:33
İqtisadiyyat
20 İyun 07:22
Dünya
19 İyun 23:45
İqtisadiyyat
19 İyun 23:18
İdman
19 İyun 22:56
Dünya
19 İyun 22:20
Dünya
19 İyun 22:05
Xəbər lenti
19 İyun 21:49
Sosial
19 İyun 21:26
Siyasət
19 İyun 21:17
Dünya
19 İyun 21:10
İqtisadiyyat
19 İyun 20:45
Dünya
19 İyun 20:30
Sosial
19 İyun 20:17
Elm
19 İyun 19:53
Siyasət
19 İyun 19:44
Siyasət
19 İyun 19:43
Sosial
19 İyun 19:21
İdman
19 İyun 19:13
Dünya
19 İyun 18:37
İqtisadiyyat
19 İyun 18:22
Sosial
19 İyun 18:04
Sosial
19 İyun 17:19
Xəbər lenti
19 İyun 16:30
Sosial
19 İyun 16:30
Sosial
19 İyun 15:47
İqtisadiyyat
19 İyun 15:45
YAP xəbərləri
19 İyun 15:40
Dünya
19 İyun 15:34
YAP xəbərləri
19 İyun 15:34
İqtisadiyyat
19 İyun 15:31
Diaspor
19 İyun 15:21
Xəbər lenti
19 İyun 14:52
YAP xəbərləri
19 İyun 14:51
Gündəm
19 İyun 14:49
Siyasət
19 İyun 14:48
Elanlar
19 İyun 14:48
Elm
19 İyun 14:44

