Cənubi Koreya Prezidenti Yun Sok Yolun reytinqi minimuma enib
14.12.2024 [09:14]
Cənubi Koreyada qısamüddətli hərbi vəziyyət rejimindən sonra yaranmış siyasi xaos fonunda Prezident Yun Sok Yolun reytinqi minimuma enib.
AZƏRTAC xəbər verir ki, “Gallup Korea” təşkilatının sonuncu rəy sorğusunun nəticələrinə əsasən dövlət başçısına etimad göstəricisi 11 faizə düşüb. Bu rəqəm bir həftə əvvəlki sorğunun nəticəsindən (16 faiz) bir qədər az olmalqa yanaşı, Yun Sok Yolun prezident vəzifəsinin icrasına başlamasından bəri ən aşağı göstəricidir. Sorğuda iştirak edənlərin 75 faizi prezidentin impiçmentini dəstəklədiyini söyləyib.
Qeyd edək ki, Prezident Yun Sok Yol müxalifəti qiyam təşkilinə yönəlmiş antidövlət fəaliyyətində ittiham edərək dekabrın 3-də gecə saatlarında ölkədə hərbi vəziyyət elan edib. Amma müxalifətin üstünlük təşkil etdiyi parlamentin prezidentdən hərbi vəziyyətin ləğv olunmasını tələb edən qətnamə qəbul etməsindən sonra Prezident Yun Sok Yol geri addım ataraq hərbi vəziyyəti ləğv edib. Müxalif Demokratiya Partiyası başda olmaqla müxalifət bununla kifayətlənməyərək, Prezidentin impiçmenti prosesinə start vermişdi. Dekabrın 7-də parlamentin xüsusi iclasında hakim partiyanın deputatlarının çox hissəsinin iştirak etməməsi ilə əlaqədar yetərsay olmadığı üçün impiçment reallaşmayıb. Artıq müxalifət Prezidentin impiçmenti məsələsini təkrar parlamentin gündəliyinə salıb və məsələ dekabrın 14-də plenar iclasda müzakirəyə çıxarılacaq.
Hərbi vəziyyət rejimi ilə əlaqədar başlanmış təhqiqatın gedişində Prezident Yun Sok Yolun ölkədən çıxışına qadağa qoyulub. Prokurorluq hərbi vəziyyət elanı qərarı ilə ölkəni siyasi xaosa salan Prezident Yun Sok Yolu qiyam cəhdində şübhəli şəxs elan edib. Bundan başqa, hərbi vəziyyətlə əlaqədar məsuliyyəti öz üzərinə götürərək istefa verən müdafiə naziri Kim Yonq-Hyun, Milli Polis Agentliyinin baş komissarı Ço Çji Ho və paytaxt polisinin rəisi Kim Bon Şik də saxlanılıb. Bir neçə yüksək rütbəli hərbçinin ölkədən çıxışına qadağa qoyulub, baş qərargah rəisi vəzifəsindən azad olunub. Dövlət başçısı hərbi vəziyyət böhranından sonra 2 dəfə televiziya ilə xalqa müraciət edərək, öz qərarını müdafiə edib.
Hərbi vəziyyət elan olunandan bəri ölkənin müxtəlif yerlərində Prezident Yun Sok Yol əleyhinə etiraz aksiyaları keçirilir.
Xəbər lenti
Hamısına baxDünya
01 May 23:49
İqtisadiyyat
01 May 23:20
Sosial
01 May 22:46
Xəbər lenti
01 May 22:19
Siyasət
01 May 22:07
Dünya
01 May 21:55
Hadisə
01 May 21:23
İqtisadiyyat
01 May 20:42
Mədəniyyət
01 May 20:17
Maraqlı
01 May 19:50
Dünya
01 May 19:23
Dünya
01 May 18:25
Dünya
01 May 17:32
Gündəm
01 May 16:55
Dünya
01 May 16:55
Maraqlı
01 May 16:39
YAP xəbərləri
01 May 15:50
Dünya
01 May 15:22
Siyasət
01 May 14:53
Siyasət
01 May 14:52
YAP xəbərləri
01 May 14:52
Mədəniyyət
01 May 14:50
Dünya
01 May 14:45
Dünya
01 May 14:17
İdman
01 May 13:52
Hərbi
01 May 13:47
Sosial
01 May 13:45
Sosial
01 May 13:41
Dünya
01 May 13:25
Gündəm
01 May 13:19
Siyasət
01 May 13:19
Sosial
01 May 13:18
Dünya
01 May 12:58
YAP xəbərləri
01 May 12:53
Sosial
01 May 12:42
İqtisadiyyat
01 May 12:41
Sosial
01 May 12:40
Sosial
01 May 12:39
Siyasət
01 May 12:32
Sosial
01 May 12:29
Siyasət
01 May 12:26
Dünya
01 May 12:21
Siyasət
01 May 11:42
Siyasət
01 May 11:27
MEDİA
01 May 11:24
Gündəm
01 May 11:17
Siyasət
01 May 11:07
Analitik
01 May 11:01
Gündəm
01 May 10:52
Siyasət
01 May 10:39
Gündəm
01 May 10:16
Gündəm
01 May 09:54
İqtisadiyyat
01 May 09:30
Analitik
01 May 09:13
Sosial
01 May 08:51
Sosial
01 May 08:39
Gündəm
30 Aprel 23:59
Dünya
30 Aprel 23:37
Dünya
30 Aprel 23:19
Dünya
30 Aprel 22:56
İqtisadiyyat
30 Aprel 22:41
İqtisadiyyat
30 Aprel 22:16
İdman
30 Aprel 22:02
Hadisə
30 Aprel 21:56
Dünya
30 Aprel 21:54
Dünya
30 Aprel 21:38
Dünya
30 Aprel 21:20
Dünya
30 Aprel 20:48
Xəbər lenti
30 Aprel 20:32
İqtisadiyyat
30 Aprel 20:17

