Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Dünya / Qazaxıstanda narkotik maddələrin istehsalına görə cəzalar sərtləşdirilib

Qazaxıstanda narkotik maddələrin istehsalına görə cəzalar sərtləşdirilib

02.01.2025 [20:17]

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev narkotik maddələrin istehsalı və satışına görə cəzaların sərtləşdirilməsinə yönəlmiş qanunu imzalayıb.

AZƏRTAC xəbər verir ki, qanunla narkotik maddələrin istehsalına, həmçinin vəzifəli şəxslər tərəfindən narkotik maddələrin hazırlanması, emalı və istehsalına görə cinayət məsuliyyəti sərtləşdirilib.

Bu cinayətlərə görə təqsirli şəxslər əmlak müsadirəsi ilə 15-20 il azadlıqdan məhrum edilə və ya ömürlük həbsə məhkum edilə bilərlər.

Bununla yanaşı, qanunla narkotik maddələri gizlədənlər üçün cəzalar bir qədər yüngülləşdirilib.

İlk dəfə ağırlaşdırıcı hallar olmadan törədilən bu cür cinayətlərə görə qanun 5 ildən 8 ilədək azadlıqdan məhrum etmə və əmlakın müsadirəsi cəzasını nəzərdə tutur (əvvəl bu müddət 5-10 il idi).

Bu cür cəza yüngülləşdirilməsi onunla əlaqədardır ki, narkotik maddələri gizlədənlərin əksəriyyətini təşkil edən yeniyetmə və gənclər özləri bilavasitə bu maddələri hazırlamayıb və emal etməyiblər, və çox vaxt narkotik vasitələrin qanunsuz dövriyyəsini təşkil edənlər tərəfindən öz cinayətkar məqsədləri üçün istifadə olunublar.

Paylaş:
Baxılıb: 419 dəfə

Xəbər lenti

Hamısına bax

Analitik

Gündəm

Avropada birinci!

02 May 11:59  

Siyasət

Gündəm

Analitik

Ədəbiyyat

Balaca Buker

02 May 08:54

Ədəbiyyat

Şənbə üçün nəzm

02 May 08:31  

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31