Əbu-Dabidə Ümumdünya Gələcək Enerji Sammiti keçiriləcək
03.01.2025 [11:51]
Yanvarın 14-16-da BƏƏ-nin paytaxtı Əbu-Dabidə Ümumdünya Gələcək Enerji Sammiti keçiriləcək.
AZƏRTAC sammitin saytına istinadla xəbər verir ki, tədbir yanvarın 12-dən 18-dək davam edəcək Əbu-Dabi Davamlılıq Həftəsi çərçivəsində “Masdar” şirkətinin təşkilatçılığı ilə baş tutacaq. Sammit dayanıqlığın sürətləndirilməsinə və qlobal enerji sistemlərində keyfiyyətli dönüş yaratmağa töhfə verəcək, davamlı gələcəyə yol açan ideyaları müzakirə etmək və paylaşmaq üçün yenilikçi liderləri və qlobal düşüncə sahiblərini bir araya gətirəcək.
Hər il bu tədbirdə təxminən 125 ölkədən 34 minədək ziyarətçi və alıcı iştirak edir.
Qeyd edilməlidir ki, Əbu-Dabi Davamlılıq Həftəsi ərzində, həmçinin bir sıra mühüm tədbirlər keçiriləcək. Yanvarın 12-13-də Beynəlxalq Bərpaolunan Enerji Agentliyinin (IRENA) ali qərarverici orqanı olan Baş Assambleyanın 15-ci iclası baş tutacaq. Assambleyada 168 üzv ölkənin nümayəndələri təmsil olunacaq. İclasda dövlət başçıları, nazirlər, yüksək səviyyəli hökumət nümayəndələri, özəl sektorun təmsilçiləri, vətəndaş cəmiyyəti qurumları və digər qlobal təşkilatlar bir araya gəlir. Tədbirin məqsədi qlobal bərpaolunan enerji gündəliyini yenidən vurğulamaq və enerji sektorunda qlobal keçidin sürətləndirilməsi üçün konkret addımları təşviq etməkdir.
Yanvarın 13-də isə "Qlobal İqlim Maliyyələşdirmə Mərkəzi” forumu təşkil olunacaq. Forum qlobal liderləri bir araya gətirərək, iqlim maliyyələşdirilməsini gücləndirmək üçün həllər və alətlərin inkişafına diqqət yetirir. Bu tədbirdə siyasətçilər, sərmayədarlar, maliyyə qurumlarının nümayəndələri iqlim sərmayələrinin gələcəyini müzakirə edəcəklər. Forum beynəlxalq öhdəliklərin yerinə yetirilməsi vəziyyətinə nəzər salacaq, iqlim maliyyələşdirməsi sahəsində yenilikləri vurğulayacaq və iqlim layihələrinin həyata keçirilməsi məqsədilə kapital axınını sürətləndirmə strategiyalarını araşdıracaq.
Əbu-Dabi Davamlılıq Həftəsi sammiti isə yanvarın 14-15-də keçiriləcək. Sammit qlobal davamlılıq gündəminin formalaşmasına və dayanıqlı, inklüziv gələcəyin qurulmasının sürətləndirilməsinə töhfə verən əsas platformadır. Builki sammit "Davamlı gələcək üçün sektorların inteqrasiyası" mövzusuna həsr ediləcək. Tədbir iqtisadi inkişafda keyfiyyətli dönüş yaratmaq üçün sektorlar arasında əlaqəni gücləndirməyi hədəfləyir.
Yanvarın 16-da keçiriləcək “Yaşıl hidrogen” sammiti Davamlılıq Həftəsinin əsas tədbirlərindəndir. Sammit qlobal miqyasda aparıcı şirkətlər arasında hidrogen iqtisadiyyatını sürətləndirmək üçün fikir mübadiləsi aparmaq imkanı yaradır.
Xəbər lenti
Hamısına baxElm
04 May 14:53
İqtisadiyyat
04 May 14:51
Gündəm
04 May 14:45
Sosial
04 May 14:19
Sosial
04 May 14:16
Sosial
04 May 13:55
Siyasət
04 May 13:47
Siyasət
04 May 13:46
Siyasət
04 May 13:45
İqtisadiyyat
04 May 12:43
Dünya
04 May 12:31
İdman
04 May 12:18
Dünya
04 May 12:02
Hadisə
04 May 11:46
İqtisadiyyat
04 May 11:16
Sosial
04 May 11:12
Dünya
04 May 10:53
YAP xəbərləri
04 May 10:49
Elm
04 May 10:41
YAP xəbərləri
04 May 10:23
Dünya
04 May 10:20
Dünya
04 May 09:42
Dünya
04 May 09:17
Dünya
04 May 08:59
Siyasət
04 May 08:29
Dünya
03 May 23:16
Dünya
03 May 22:41
Dünya
03 May 21:27
Dünya
03 May 20:18
Gündəm
03 May 19:45
Maraqlı
03 May 19:25
Dünya
03 May 18:40
Sosial
03 May 18:16
İdman
03 May 18:14
Dünya
03 May 17:15
İdman
03 May 16:52
Maraqlı
03 May 16:39
Dünya
03 May 15:22
Analitik
03 May 14:54
Elm
03 May 14:31
Dünya
03 May 13:40
İqtisadiyyat
03 May 12:45
Dünya
03 May 12:17
Dünya
03 May 11:49
Dünya
03 May 11:20
İdman
03 May 10:58
Dünya
03 May 10:36
İdman
03 May 10:20
Dünya
03 May 09:43
İqtisadiyyat
03 May 09:14
İdman
03 May 08:50
Elm
03 May 08:22
İdman
03 May 07:30
Elm
03 May 07:24
İdman
02 May 23:35
Sosial
02 May 22:45
Analitik
02 May 21:56
Dünya
02 May 20:42
Dünya
02 May 19:34
YAP xəbərləri
02 May 18:39
Dünya
02 May 18:36
Sosial
02 May 17:36
Hadisə
02 May 16:29
Mədəniyyət
02 May 15:17
Sosial
02 May 14:22
İdman
02 May 13:31
Mədəniyyət
02 May 12:39
Gündəm
02 May 11:59
Gündəm
02 May 11:32
Siyasət
02 May 11:18

