Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Dünya / Avropa, ABŞ və Britaniya rəsmiləri Romada Suriyadakı vəziyyəti müzakirə edəcəklər

Avropa, ABŞ və Britaniya rəsmiləri Romada Suriyadakı vəziyyəti müzakirə edəcəklər

08.01.2025 [21:52]

Avropa İttifaqı, ABŞ, Fransa, Almaniya, Böyük Britaniya və İtaliya rəsmiləri Romada Suriyadakı mövcud vəziyyətə dair müzakirələr aparacaqlar.

AZƏRTAC xəbər verir ki, bu barədə İtaliyanın Xarici İşlər və Beynəlxalq Əməkdaşlıq Nazirliyi məlumat yayıb.

Bildirilir ki, İtaliya Baş nazirinin müavini, xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Antonio Tayaninin sədrliyi ilə keçiriləcək görüşdə Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi, ABŞ, Fransa, Almaniya və Britaniyanın xarici işlər nazirləri iştirak edəcəklər.

Görüşdə Əsəd rejiminin devrilməsindən sonrakı müddətdə ölkədəki vəziyyət, keçid hökumətinin işi və yeni Konstitusiya layihəsinin hazırlanması, Suriya cəmiyyətinin bütün komponentlərinin inteqrasiyası və ölkənin iqtisadi bərpasına dair məsələlər nəzərdən keçiriləcək.

Paylaş:
Baxılıb: 439 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

Siyasət

Gündəm

Ədəbiyyat

MEDİA

Ədəbiyyat

Sazım

20 İyun 08:50

Sosial

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30