Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Dünya / SANA: Suriya təhlükəsizlik qüvvələri İŞİD-in Dəməşqdə məscidə hücumunun qarşısını alıb

SANA: Suriya təhlükəsizlik qüvvələri İŞİD-in Dəməşqdə məscidə hücumunun qarşısını alıb

11.01.2025 [22:19]

Suriyanın keçid hökumətinin təhlükəsizlik qüvvələri Dəməşqin cənubundakı Seyidə Zeynəb məscidində partlayışın qarşısını almaq üçün əməliyyat keçirib.

AZƏRTAC xəbər verir ki, bu barədə Suriyanın SANA xəbər agentliyi məlumat yayıb.

Suriya kəşfiyyat xidmətindəki mənbənin verdiyi məlumata görə, terror aktı İŞİD terror təşkilatının silahlıları tərəfindən hazırlanıb.

“Əməliyyat nəticəsində Suriya xalqına qarşı bu böyük vəhşiliyin hazırlanmasında iştirak edən İŞİD üzvləri həbs edilib”, - deyə mənbə vurğulayıb.

SANA agentliyinin saytında terror aktı törətməyə cəhd edən saxlanılan şəxslərin fotoşəkilləri və onlardan müsadirə edilən silah və partlayıcı maddələr yerləşdirilib.

Paylaş:
Baxılıb: 445 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Analitik

Gündəm

Avropada birinci!

02 May 11:59  

Siyasət

Gündəm

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31