Kanadada timsah dişlərinin izləri olan nəhəng pterozavr qalıqları tapılıb
24.01.2025 [17:32]
Kanadanın Alberta əyalətində paleontoloqlar sümüklərində qədim timsahın dişlərinin izlərini daşıyan “Cryodrakon boreas” növünə aid nəhəng pterozavrın gənc fərdinin qalıqlarını aşkar ediblər. Britaniyanın Ridinq Universitetinin mətbuat xidməti xəbər verir ki, bu, Yerdəki bu ən böyük uçan canlıların mezozoy erasının timsahlarının qida mənbəyinin bir hissəsi olduğunu deməyə əsas verir.
AZƏRTAC xarici mediaya istinadla xəbər verir ki, Ridinq Universitetinin dosenti Brayan Pikl tapıntı ilə bağlı deyib: “Belə nadir tapıntılar dinozavrlar dövründə heyvan növlərinin qarşılıqlı əlaqəsi haqqında anlayışımızı əhəmiyyətli dərəcədə genişləndirməyə imkan verir. Biz hələ ki, bu pterozavrın timsah tərəfindən dişləndiyi vaxt sağ və ya ölü olub-olmadığını deyə bilmərik. Bu, timsahların təxminən 70 milyon il əvvəl vaxtaşırı pterozavrları ovladığını və ya yediyini göstərir”.
Alimlər Albertanın cənubunda, UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilmiş Dinozavr Əyalət Parkının ərazisində bu yaxınlarda tapılmış “Cryodrakon boreas” pterozavr növünün sümük izlərini tədqiq edərkən bu kəşfə nail olublar. Burada Təbaşir dövrünün sonunda əmələ gəlmiş süxurlar yerləşir və Mezozoy erasının son nəhəng sürünənlərinin bəzilərinin çoxlu qalıqları var.
Bunlara Yer kürəsində indiyə qədər yaşamış ən böyük uçan canlılar olduğu düşünülən “Cryodrakon boreas” pterozavrları daxildir. Yetkinlərin hündürlüyü zürafələrlə müqayisə oluna bilərdi, həmçinin qanadları təxminən 10 metr və təxmini çəkisi 150-240 kiloqram idi. İndi paleontoloqların inandığı kimi, həyat tərzi və qidalanma baxımından bu canlılar ən çox müasir leyləklərə bənzəyirdi.
Bu nəhəng uçan yırtıcılar paleontoloqların kəşf etdiyi kimi, bəzən Mezozoy dövrünün digər iri heyvanlarının - qalıqları tez-tez Dinozavr Əyalət Parkının ərazisində tapılan “Leidyosuchus canadensis” və ya “Albertochampsa langstoni” növlərinin timsahlarının ovuna çevrilirdi. 2023-cü ildə kanadalı paleontoloqlar tərəfindən tapılan gənc fərdlərdən birinin fəqərələrində elm adamlarının qədim timsahların dişlərinin buraxdığı bir neçə çuxur və dəlik aşkar etməsi də bunu təsdiqləyir.
Tədqiqatçılar qeyd edirlər ki, keçmişdə də paleontoloqlar Təbaşir dövrünə aid iri pterozavrların sümüklərini tapıblar. Bu sümüklərdə yırtıcı dinozavrların dişlərinin izləri var. Onlar belə qənaətə gəliblər ki, timsahların buraxdığı oxşar izlərin tapılması Yerdəki ən böyük uçan sürünənlərin “təbii düşmənləri”nin siyahısını xeyli genişləndirir.
Xəbər lenti
Hamısına baxDünya
03 May 20:18
Maraqlı
03 May 19:25
Dünya
03 May 18:40
Sosial
03 May 18:16
İdman
03 May 18:14
Dünya
03 May 17:15
İdman
03 May 16:52
Maraqlı
03 May 16:39
Dünya
03 May 15:22
Analitik
03 May 14:54
Elm
03 May 14:31
Dünya
03 May 13:40
İqtisadiyyat
03 May 12:45
Dünya
03 May 12:17
Dünya
03 May 11:49
Dünya
03 May 11:20
İdman
03 May 10:58
Dünya
03 May 10:36
İdman
03 May 10:20
Dünya
03 May 09:43
İqtisadiyyat
03 May 09:14
İdman
03 May 08:50
Elm
03 May 08:22
İdman
03 May 07:30
Elm
03 May 07:24
İdman
02 May 23:35
Sosial
02 May 22:45
Analitik
02 May 21:56
Dünya
02 May 20:42
Dünya
02 May 19:34
Dünya
02 May 18:36
Sosial
02 May 17:36
Hadisə
02 May 16:29
Mədəniyyət
02 May 15:17
Sosial
02 May 14:22
İdman
02 May 13:31
Mədəniyyət
02 May 12:39
Gündəm
02 May 11:59
Gündəm
02 May 11:32
Siyasət
02 May 11:18
İqtisadiyyat
02 May 10:53
Gündəm
02 May 10:35
İqtisadiyyat
02 May 10:17
Analitik
02 May 09:56
Analitik
02 May 09:30
Sosial
02 May 09:16
Ədəbiyyat
02 May 08:54
Ədəbiyyat
02 May 08:31
Dünya
01 May 23:49
İqtisadiyyat
01 May 23:20
Sosial
01 May 22:46
Xəbər lenti
01 May 22:19
Siyasət
01 May 22:07
Dünya
01 May 21:55
Hadisə
01 May 21:23
İqtisadiyyat
01 May 20:42
Mədəniyyət
01 May 20:17
Maraqlı
01 May 19:50
Dünya
01 May 19:23
Dünya
01 May 18:25
Dünya
01 May 17:32
Gündəm
01 May 16:55
Dünya
01 May 16:55
Maraqlı
01 May 16:39
YAP xəbərləri
01 May 15:50
Dünya
01 May 15:22
Siyasət
01 May 14:53
Siyasət
01 May 14:52
YAP xəbərləri
01 May 14:52
Mədəniyyət
01 May 14:50

