Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Dünya / İsveçdə “Quran”ı yandıran şəxs qətlə yetirilib

İsveçdə “Quran”ı yandıran şəxs qətlə yetirilib

30.01.2025 [19:12]

İsveçdə “Quran”ı yandırması ilə tanınan 38 yaşlı Salvan Momika güllələnib.

AZƏRTAC xəbər verir ki, medianın məlumatına görə, hücum sosial şəbəkələrdə canlı yayımlana bilərdi.

Hadisə yerinə gələn hüquq-mühafizə orqanlarının əməkdaşları həmin şəxsin öldüyünü və işin qətl kimi araşdırıldığını təsdiqləyiblər. Cinayəti törətməkdə şübhəli bilinən 5 nəfər saxlanılıb.

Qətlin baş verdiyi gün Stokholm dairə məhkəməsi Momikanın nifrət yaymaqda ittiham olunduğu cinayət işi üzrə hökm çıxarmalı idi. Lakin onun ölümü ilə əlaqədar hökm fevralın 3-nə qədər təxirə salınıb.

Bu işdə əli olan Salvan Nacem isə həyatından qorxduğunu deyib.

Polis hücumun mümkün canlı yayımı ilə bağlı məlumatları yoxlamaq da daxil olmaqla, bütün faktlar üzrə araşdırmalarını davam etdirir. Hadisə yerində məhkəmə-tibb ekspertləri və dronlar çalışıb.

İsveç Təhlükəsizlik Xidməti (Säpo) bunu qətl kimi qiymətləndirir və onunla bağlı hadisələr ölkənin təhlükəsizliyi üçün təhdid səviyyəsinə təsir edə bilər.

Paylaş:
Baxılıb: 387 dəfə

Xəbər lenti

Hamısına bax

Analitik

Gündəm

Avropada birinci!

02 May 11:59  

Siyasət

Gündəm

Analitik

Ədəbiyyat

Balaca Buker

02 May 08:54

Ədəbiyyat

Şənbə üçün nəzm

02 May 08:31  

YAP xəbərləri

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31