Ümumdünya Səhiyyə Təşkilatının rəhbəri qlobal liderləri Trampı yola gətirməyə çağırıb
04.02.2025 [17:14]
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) rəhbəri Tedros Adhanom Gebreyesus qlobal liderlərdən Prezident Donald Trampın ABŞ-ın BMT-dən çıxma qərarını ləğv etməsi üçün Vaşinqtona təsir göstərməyə çağırıb. O əlavə edib ki, Birləşmiş Ştatlar gələcəkdə qlobal xəstəlik epidemiyaları haqqında kritik məlumatları əldə etmə bilməyəcək. ÜST-nin Baş direktoru deyib: “ABŞ rəhbərliyini öz qərarını ləğv etmək üçün yola gətirsəniz, o zaman biz sizə minnətdar olarıq”.
AZƏRTAC xarici mediaya istinadla xəbər verir ki, Gebreyesusun diplomatlarla görüşündən “Associated Press”in əldə etdiyi materiallara görə, təşkilata üzv ölkələr əsas büdcə iclasında ÜST-nin ən böyük donorun çıxışının öhdəsindən necə gələ biləcəyini müzakirə ediblər. Almaniyanın səfiri Byorn Kummel xəbərdarlıq edib: “Evin damı yanır və biz yanğını mümkün qədər tez söndürməliyik”.
2024-2025-ci illərdə ABŞ ÜST-nin ən böyük donoru olaraq təxminən 988 milyon dollar vəsait ayırıb ki, bu da təşkilatın 6,9 milyard dollarlıq büdcəsinin təxminən 14 faizi deməkdir. Yığıncaqda təqdim olunan büdcə sənədi göstərib ki, ÜST-nin sağlamlıqla bağlı fövqəladə hallar proqramı ABŞ vəsaitinə hesablanıb. Eyni zamanda, genişmiqyaslı təcili əməliyyatların bir çoxunun əsasını – 40 faizini bu maliyyə mənbəyi təmin edir.
Gebreyesus bu kontekstdə poliomielitin aradan qaldırılması və HİV proqramlarından itirilən yüz milyonlarla dollarla yanaşı, Yaxın Şərq, Ukrayna və Sudandakı proqramların da risk altında olduğunu bildirib.
İclasda qeyd olunub ki, ÜST-nin Avropada vərəmlə bağlı fəaliyyətinin 95 faizini, habelə Afrika, Sakit okeanın qərbində və agentliyin baş qərargahında tədbirlərin 60 faizindən çoxunu ABŞ ödəyirdi.
Ötən həftə ABŞ rəsmiləri tərəfindən Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzlərinə ÜST ilə əməkdaşlığı dərhal dayandırmaq tapşırılıb. Tedros Adhanom Gebreyesus büdcə iclasında iştirak edənlərə agentliyin hələ də ABŞ-ı təmin etdiyini deyib. O əlavə edib: “Biz onlara məlumat verməyə davam edirik, çünki buna ehtiyacları var”.
Baş direktor Trampın agentliyi tərk etməsinin əsas səbəbinə də münasibət bildirib. O qeyd edib ki, ÜST 2020-ci ilin yanvarında dünyanı koronavirusun potensial təhlükələri barədə xəbərdar edib və o vaxtdan bəri onlarla islahatlar aparıb, o cümlədən donor bazasını genişləndirmək səylərini artırıb.
Xəbər lenti
Hamısına baxElm
04 May 14:53
İqtisadiyyat
04 May 14:51
Gündəm
04 May 14:45
Sosial
04 May 14:19
Sosial
04 May 14:16
Sosial
04 May 13:55
Siyasət
04 May 13:47
Siyasət
04 May 13:46
Siyasət
04 May 13:45
İqtisadiyyat
04 May 12:43
Dünya
04 May 12:31
İdman
04 May 12:18
Dünya
04 May 12:02
Hadisə
04 May 11:46
İqtisadiyyat
04 May 11:16
Sosial
04 May 11:12
Dünya
04 May 10:53
YAP xəbərləri
04 May 10:49
Elm
04 May 10:41
YAP xəbərləri
04 May 10:23
Dünya
04 May 10:20
Dünya
04 May 09:42
Dünya
04 May 09:17
Dünya
04 May 08:59
Siyasət
04 May 08:29
Dünya
03 May 23:16
Dünya
03 May 22:41
Dünya
03 May 21:27
Dünya
03 May 20:18
Gündəm
03 May 19:45
Maraqlı
03 May 19:25
Dünya
03 May 18:40
Sosial
03 May 18:16
İdman
03 May 18:14
Dünya
03 May 17:15
İdman
03 May 16:52
Maraqlı
03 May 16:39
Dünya
03 May 15:22
Analitik
03 May 14:54
Elm
03 May 14:31
Dünya
03 May 13:40
İqtisadiyyat
03 May 12:45
Dünya
03 May 12:17
Dünya
03 May 11:49
Dünya
03 May 11:20
İdman
03 May 10:58
Dünya
03 May 10:36
İdman
03 May 10:20
Dünya
03 May 09:43
İqtisadiyyat
03 May 09:14
İdman
03 May 08:50
Elm
03 May 08:22
İdman
03 May 07:30
Elm
03 May 07:24
İdman
02 May 23:35
Sosial
02 May 22:45
Analitik
02 May 21:56
Dünya
02 May 20:42
Dünya
02 May 19:34
YAP xəbərləri
02 May 18:39
Dünya
02 May 18:36
Sosial
02 May 17:36
Hadisə
02 May 16:29
Mədəniyyət
02 May 15:17
Sosial
02 May 14:22
İdman
02 May 13:31
Mədəniyyət
02 May 12:39
Gündəm
02 May 11:59
Gündəm
02 May 11:32
Siyasət
02 May 11:18

