Türkiyə Prezidenti 2023-cü il zəlzələlərinin ikinci ildönümü ilə bağlı paylaşım edib
06.02.2025 [19:14]
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib ki, ölkəsi 2023-cü il fevralın 6-da baş vermiş dağıdıcı zəlzələlərin nəticələrini həmişə xatırlayacaq.
Türkiyədə 53 min 537 nəfərin həyatına son qoyan faciənin ikinci ildönümündə dövlət başçısı sosial şəbəkədəki paylaşımında həlak olanların ailələrinə və yaxınlarına, bütün Türkiyə xalqına başsağlığı verib.
Türkiyə lideri yazıb: “Fevralın 6-da baş vermiş faciə türk xalqını dərindən sarsıtdı, qəlbimizdə yaralar açdı. Zəlzələ şəhidi olan qardaş və bacılarımın xatirəsini ehtiramla yad edirəm”.
Rəcəb Tayyib Ərdoğan faciənin baş verdiyi ilk gündən dövlətin və bütün xalqın fəlakət bölgəsinin sakinlərinə kömək etmək üçün səfərbər olduğunu vurğulayıb. “Bu istiqamətdə işlər təbii fəlakətin nəticələri tam aradan qaldırılana və evsiz qalan bütün vətəndaşlar təhlükəsiz mənzillə təmin olunana qədər davam etdiriləcək”, - deyə dövlət başçısı əmin edib.
Türkiyə hökumətinin üzvləri gün ərzində 2023-cü ildə baş vermiş zəlzələ qurbanlarının dəfn edildiyi qəbiristanlıqları ziyarət edib, həmvətənlərinə başsağlığı veriblər.
Fəlakət qurbanlarının yaxınları və doğmaları cümə axşamı, fevralın 6-da səhər saatlarında “Unutmadıq” və “Xatırlayırıq və hörmətlə anırıq” yazılmış plakatlarla Kahramanmaraşdakı Osman Sayın İdman Kompleksindən keçirdilər.
Hataydakı Ürgen parkında valiliyin və siyasi partiyaların nümayəndələrinin iştirakı ilə şəhidlərin xatirəsinə həsr olunmuş növbəti tədbir keçirilib. Onun iştirakçıları “səssiz yürüş”lə Respublika meydanına doğru yürüyüblər.
Türkiyənin 11 vilayətində on minlərlə insanın ölümünə səbəb olan iki zəlzələdən birincisinin müddətinə uyğun - 65 saniyə ərzində davam edən bir dəqiqəlik sükut elan olunub.
Ölkənin bir çox vilayətinin sakinləri kütləvi fəlakət qurbanları üçün dualar etmək məqsədilə məscidlərə axışıblar.
Xəbər lenti
Hamısına baxMaraqlı
20 İyun 23:20
Maraqlı
20 İyun 22:38
Dünya
20 İyun 21:25
Dünya
20 İyun 20:54
Maraqlı
20 İyun 20:37
Dünya
20 İyun 19:59
Maraqlı
20 İyun 19:22
Dünya
20 İyun 18:35
Dünya
20 İyun 18:12
Dünya
20 İyun 17:50
Dünya
20 İyun 17:19
Dünya
20 İyun 16:43
Dünya
20 İyun 16:21
Dünya
20 İyun 15:58
Dünya
20 İyun 15:30
Dünya
20 İyun 14:42
Dünya
20 İyun 14:17
Siyasət
20 İyun 14:08
Dünya
20 İyun 13:51
Gündəm
20 İyun 13:25
Gündəm
20 İyun 12:59
Siyasət
20 İyun 12:20
Siyasət
20 İyun 11:52
Gündəm
20 İyun 11:35
Siyasət
20 İyun 11:13
Sosial
20 İyun 10:49
Analitik
20 İyun 10:32
Ədəbiyyat
20 İyun 10:14
Sosial
20 İyun 09:58
Sosial
20 İyun 09:30
MEDİA
20 İyun 09:15
Ədəbiyyat
20 İyun 08:50
Sosial
20 İyun 08:33
İqtisadiyyat
20 İyun 07:22
Dünya
19 İyun 23:45
İqtisadiyyat
19 İyun 23:18
İdman
19 İyun 22:56
Dünya
19 İyun 22:20
Dünya
19 İyun 22:05
Xəbər lenti
19 İyun 21:49
Sosial
19 İyun 21:26
Siyasət
19 İyun 21:17
Dünya
19 İyun 21:10
İqtisadiyyat
19 İyun 20:45
Dünya
19 İyun 20:30
Sosial
19 İyun 20:17
Elm
19 İyun 19:53
Siyasət
19 İyun 19:44
Siyasət
19 İyun 19:43
Sosial
19 İyun 19:21
İdman
19 İyun 19:13
Dünya
19 İyun 18:37
İqtisadiyyat
19 İyun 18:22
Sosial
19 İyun 18:04
Sosial
19 İyun 17:19
Xəbər lenti
19 İyun 16:30
Sosial
19 İyun 16:30
Sosial
19 İyun 15:47
İqtisadiyyat
19 İyun 15:45
YAP xəbərləri
19 İyun 15:40
Dünya
19 İyun 15:34
YAP xəbərləri
19 İyun 15:34
İqtisadiyyat
19 İyun 15:31
Diaspor
19 İyun 15:21
Xəbər lenti
19 İyun 14:52
YAP xəbərləri
19 İyun 14:51
Gündəm
19 İyun 14:49
Siyasət
19 İyun 14:48
Elanlar
19 İyun 14:48
Elm
19 İyun 14:44

