Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Dünya / Numan Kurtulmuş: Trampın Qəzza sektoru üzrə planı real olmayan arzudur

Numan Kurtulmuş: Trampın Qəzza sektoru üzrə planı real olmayan arzudur

06.02.2025 [20:12]

Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Numan Kurtulmuş ABŞ Prezidenti Donald Trampın Fələstin-İsrail nizamlanması ilə bağlı son təşəbbüslərini real olmayan arzu adlandırıb.

Numan Kurtulmuş Ankarada Bəhreyn nümayəndə heyəti ilə görüşdə deyib: “Trampın Qəzza planı boş bir xəyaldır. Dünyada heç bir qüvvə Fələstin torpaqlarını fələstinlilərdən təmizləməyə müvəffəq olmayacaq”.

Türkiyə parlamentinin sədri qeyd edib ki, Ağ ev rəhbərinin təklifləri irrasionaldır və beynəlxalq hüquq normalarına, hamı tərəfindən tanınmış insan hüquqlarına ziddir.

O, Fələstin və İsrail arasındakı münaqişənin həllinin yeganə yolunun “iki xalq üçün iki dövlət” prinsipindən keçdiyini vurğulayıb.

TBMM-nin sədri Qəzza zolağında uzunmüddətli atəşkəsə çağıraraq deyib: “Fələstin torpaqları fələstinlilərin vətəni olub və belə də qalacaq”.

Paylaş:
Baxılıb: 373 dəfə

Xəbər lenti

Hamısına bax

Analitik

Gündəm

Avropada birinci!

02 May 11:59  

Siyasət

Gündəm

Analitik

Ədəbiyyat

Balaca Buker

02 May 08:54

Ədəbiyyat

Şənbə üçün nəzm

02 May 08:31  

YAP xəbərləri

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31