Müşahidələr dövründə qeydə alınan ən isti yanvar ayı iqlimşünasları narahat edib
06.02.2025 [23:39]
“La Nina” hava fenomeninin tropik Sakit okeanı soyutmasına baxmayaraq, hazırda rekord qıran qlobal temperatur silsiləsi davam edir.
AZƏRTAC xəbər verir ki, Kopernik İqlim Dəyişikliyi Xidmətinin məlumatına görə, bu il tarixdə ən isti yanvar ayı olub: Yer kürəsinin hava və səthinin temperaturu sənayedən əvvəlki səviyyədən 1,75 dərəcə Selsi yuxarı olub.
Avropa Ortamüddətli Hava Proqnozları Mərkəzinin iqlim strategiyası meneceri Samanta Bergessin sözlərinə görə, 2025-ci ilin yanvarı son iki ildə müşahidə olunan rekord temperaturları davam etdirən daha bir heyrətamiz aydır. Dəniz səthinin temperaturu bir çox okean hövzələrində və dənizlərdə qeyri-adi dərəcədə isti qalıb.
Yanvar qlobal orta səth temperaturunun sənayedən əvvəlki səviyyədən 1,5 dərəcə Selsi yuxarı qeydə alındığı son 19 ayın 18-cisi oldu. İqlimşünaslar 2024-cü ilin yanvarında “El Nino” tərəfindən istiləşmənin pik nöqtəsinə çatdıqdan və şərtlər əksinə, “La Nina”nın soyuducu mərhələsinə keçdikdən sonra müstəsna dövrün azalacağını gözləyirdilər. Bununla belə, istilik rekord və ya demək olar ki, ən yüksək səviyyələrdə qalır və digər amillərin onun pik nöqtəyə çatmasına kömək edə biləcəyi ilə bağlı müzakirələrə səbəb olur.
Kopernik mərkəzində iqlim üzrə alim Jülyen Nikolya “Fance-Presse” agentliyinə müsahibəsində deyib: “Bu fenomeni bir az gözlənilməz edən səbəbi deyim: siz bu soyutma effektini və ya ən azından gözlədiyimiz qlobal temperaturun müvəqqəti yavaşlaması prosesini görmürsünüz”.
Keçən ay Kopernik 2023 və 2024-cü illərdə orta hesabla qlobal temperaturun ilk dəfə olaraq 1,5 dərəcə Selsini keçəcəyini bildirdi. Bu, Paris Sazişinə əsasən uzunmüddətli 1,5 dərəcə Selsi hədəfinin daimi pozulması demək deyildi, lakin limitin sınaqdan keçdiyinin açıq əlaməti idi.
Alimlər deyirlər ki, 1,5 dərəcə Selsidən yuxarı istiləşmə dərəcəsinin hər bir hissəsi həddindən artıq istilik, güclü yağışlar və quraqlıq kimi ekstremal hava hadisələrinin intensivliyini və tezliyini artırır.
Kopernik Arktikada dəniz buzunun yanvar ayında aylıq rekord aşağı həddə çatdığını bildirib.
Alimlər hazırkı dövrün son 125.000 ildə planetin ən isti mərhələsi olacağını deyirlər.
Xəbər lenti
Hamısına baxDünya
03 May 23:16
Dünya
03 May 22:41
Dünya
03 May 21:27
Dünya
03 May 20:18
Gündəm
03 May 19:45
Maraqlı
03 May 19:25
Dünya
03 May 18:40
Sosial
03 May 18:16
İdman
03 May 18:14
Dünya
03 May 17:15
İdman
03 May 16:52
Maraqlı
03 May 16:39
Dünya
03 May 15:22
Analitik
03 May 14:54
Elm
03 May 14:31
Dünya
03 May 13:40
İqtisadiyyat
03 May 12:45
Dünya
03 May 12:17
Dünya
03 May 11:49
Dünya
03 May 11:20
İdman
03 May 10:58
Dünya
03 May 10:36
İdman
03 May 10:20
Dünya
03 May 09:43
İqtisadiyyat
03 May 09:14
İdman
03 May 08:50
Elm
03 May 08:22
İdman
03 May 07:30
Elm
03 May 07:24
İdman
02 May 23:35
Sosial
02 May 22:45
Analitik
02 May 21:56
Dünya
02 May 20:42
Dünya
02 May 19:34
YAP xəbərləri
02 May 18:39
Dünya
02 May 18:36
Sosial
02 May 17:36
Hadisə
02 May 16:29
Mədəniyyət
02 May 15:17
Sosial
02 May 14:22
İdman
02 May 13:31
Mədəniyyət
02 May 12:39
Gündəm
02 May 11:59
Gündəm
02 May 11:32
Siyasət
02 May 11:18
İqtisadiyyat
02 May 10:53
Gündəm
02 May 10:35
İqtisadiyyat
02 May 10:17
Analitik
02 May 09:56
Analitik
02 May 09:30
Sosial
02 May 09:16
Ədəbiyyat
02 May 08:54
Ədəbiyyat
02 May 08:31
Dünya
01 May 23:49
İqtisadiyyat
01 May 23:20
Sosial
01 May 22:46
Xəbər lenti
01 May 22:19
Siyasət
01 May 22:07
Dünya
01 May 21:55
Hadisə
01 May 21:23
İqtisadiyyat
01 May 20:42
Mədəniyyət
01 May 20:17
Maraqlı
01 May 19:50
Dünya
01 May 19:23
Dünya
01 May 18:25
Dünya
01 May 17:32
Gündəm
01 May 16:55
Dünya
01 May 16:55
Maraqlı
01 May 16:39
YAP xəbərləri
01 May 15:50

