Yaxın Şərqdə yeni oyunçular
11.02.2025 [08:58]
Türkiyə və Səudiyyə Ərəbistanın əhəmiyyəti artmaqdadır
Almaniya Avropa İttifaqının (Aİ) lideri olduğunu yenidən sübut etməyə başlayıb. Post-Merkel dövründə Avropanın siyasi məkanında Fransanın önə çıxmasına baxmayaraq, son otuz ildə Almaniya Aİ-nin iqtisadi-enerji siyasətinin formalaşması, enerji təhlükəsizliyinin təmin olunması və diplomatik-siyasi və iqtisadi-ticari münasibətlər sisteminin müəyyən olunmasında aparıcı rol oynayıb - doğrusunu desək, Parisdən fərqli olaraq, Berlin hər zaman ittifaqın ən ağır yükünü çiyinlərində daşıyıb. Trampın ikinci hakimiyyəti dövründə Almaniyanın həm regional, həm də beynəlxalq məkanda bir daha önə çıxacağı ehtimal olunur.
Fevralın ilk həftəsində Yaxın Şərq ölkələrinə - Səudiyyə Ərəbistanı, İordaniya və Türkiyəyə rəsmi səfər edən Almaniya Federativ Respublikasının Prezidenti Frank-Valter Ştaynmayer Məhəmməd bin Salman və İordaniya kralı Abdullah bin Al Hüseyn ilə görüşüb. “Arab news” və “Jordan Times” ın məlumatına görə, görüşdə ikitərəfli diplomatik-siyasi və iqtisadi-ticari münasibətlər, o cümlədən regionda hazırki proseslər ilə bağlı müzakirələr aparılıb. İordaniya kralı ilə görüşdən sonra Almaniya prezidenti İordaniyanın “Al-Arzaq” hərbi hava qüvvələri bazasında Alman hərbi kontigentinə baş çəkib - kontingent İŞİD terror təşkilatına qarşı yaradılan beynəlxalq missiyanın tərkibində fəaliyyət göstərir.
Türkiyə bölgədə sülh və sabitliyin təminatına töfhə verir
Ştaynmayer son səfərini fevralın 5-də Türkiyəyə edib - “Yeni Safak” bildirib ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşdə də Yaxın Şərqdəki proseslər, xüsusilə Suriya və Qəzzada mövcud vəziyyət barədə ətraflı müzakirə aparılıb. Hər iki liderin görüşündə Almaniya-Türkiyə və Aİ-Türkiyə münasibətlərinə də toxunulub. Görüşdən sonra hər iki prezident mətbuat konfransında çıxış ediblər.
Yüksək səviyyəli səfərlərin və beynəlxalq platformalarda keçirilən ikitərəfli görüşlərin iki ölkə arasında siyasi, iqtisadi, humanitar və mədəni sahələrdə əlaqələrin inkişafına töfhə verdiyini deyən Ərdoğan Türkiyənin Almaniya ilə xarici ticarət dövriyyəsini artırmaqda və qarşılıqlı investisiyalar təşviq etməkdə, eləcə də terror və qeyri-qanuni miqrasiyaya qarşı birgə mübarizə aparmaqda maraqlı olduğunu vurğulayıb.
Ərdoğan, həmçinin Ankaranın Suriya, Qəzza və Ukrayna ilə bağlı məsələlərdə Berlin ilə əməkdaşlıq etməyə hazır olduğunu da bəyan edib. Ştaynmayer isə öz növbəsində Türkiyənin Yaxın Şərqdə sülh və sabitliyin təminatına töfhə verən aparıcı ölkə olduğunu və Berlinin Ankara ilə bu məsələdə eyni maraqları bölüşdüyünü bildirib. Almaniyanın dövlət rəhbəri hesab edib ki, Suriya və Qəzzada mövcud problemlərin yalnız danışıqlar və dialoq, bütün tərəflərin iştirakı və qarşılıqlı maraqların nəzərə alınması fonunda əldalətli prinsiplər çərçivəsində həll oluna bilər. Eyni zamanda, həm Ərdoğan, həm də Ştaynmayer ABŞ-ın yeni prezidenti Donald Trampın Qəzza ilə bağlı təkliflərinin qəbuledilməz olduğunu və İsrail ilə Fələstin arasındakı münaqişənin yalnız ikili dövlət planına əsasən həll olunmasının zəruriliyini də nəzərə çatdırıblar.
Berlin Suriyanın yenidən qurulmasına dəstək vermək niyyətindədir
Son zamanlar Yaxın Şərq beynəlxalq ictimaiyyətin diqqət mərkəzinə çevrilib - istər Suriyada post-Əsəd dövrünün formalaşması, istərsə Qəzzada uzunmüddətli müharibədən sonra atəşkəsin təmin olunması, istərsə də Trampın Qəzza ilə bağlı təklifləri bu regiona diqqətin artırılmasına gətirib çıxarıb. Qeyd etmək lazımdır ki, Yaxın Şərq məkanında regional aktorların, xüsusilə Türkiyə və Səudiyyə Ərəbistanın önə çıxması və hər iki ölkənin regionun aparıcı qüvvəsinə çevrilməsi bir sıra Qərb ölkələrini bu iki ölkə ilə hesablaşmağa vadar edib - Frank-Valter Ştaynmayerin regiona üç günlük səfəri bunu sübut edir. Bütövlükdə, Yaxın Şərqdə baş verən son proseslər onu deməyə əsas verir ki, Qərb güc mərkəzləri, hətta ABŞ-ın özü belə regionda proseslərdə yaxından iştirak etmək üçün Türkiyə və Səudiyyə Ərəbistanın, habelə müəyyən ərəb ölkələrinin maraqlarını nəzərə almaq, onlarla təmaslar qurmaq və koordinasiyalı şəkildə fəaliyyət göstərmək məcburiyyətində olacaqlar.
Ümid etmək olar ki, Almaniyanın gələcək rəhbərliyi bunu başa düşəcək və Yaxın Şərq siyasətində Ankara və Ər-Riyadın siyasi çəkisini nəzərə alacaq və öz addımlarını hər iki ölkənin mövqeyinə uyğun atacaq. Şübhəsiz ki, digər Qərb ölkələri kimi Almaniya da Suriyada gələcək prosesləri izləməyə çalışacaq - Berlin bu ölkənin yenidən qurulmasına və hərbi-təhlükəsizliyinin formalaşmasına dəstək vermək niyyətində də ola bilər, sözsüz ki, Türkiyə ilə birgə fəaliyyət çərçivəsində bu istiqamətdə addımlarını atacaq - ən əsası da radikal terror qruplaşmalarına qarşı mübarizə prioritet olacaq.
Avropanın enerji asılılığında ərəb regionunun rolu arta bilər
Bildiyimiz kimi, Almaniya Avropa İttifaqının enerji təhlükəsizliyinin təminatçısı qismində çıxış edən ən aparıcı ölkədir. Berlin çox yaxşı bilir ki, post-Əsəd Suriyası dövründə Səudiyyə Ərəbistan? və Körfəz ölkələrinin, həmçinin Şərqi Aralıq dənizindəki neft-qaz ehtiyatlarının Avropa bazarına daşınması na əlverişli şərait yaranıb. Rəsmi Berlinin bu məsələnin ciddiliyinə varacağına şübhə yoxdur. Bu baxımdan ehtimal etmək olar ki, yaxın gələcəkdə Almaniya Körfəz ölkələri və Türkiyə ilə qarşılıqlı əməkdaşlıq çərçivəsində Yaxın Şərq və Şərqi Aralıq dənizindəki təbii enerji resurslarının Avropa bazarına çıxışını təmin etmək üçün böyük infrastruktur və investisiya layihələri həyata keçirəcək.
Məhz Almaniyanın təşəbbüsü ilə Aİ bu məsələdə aktiv rol oynamağa - yeni enerji proqramları irəli sürməyə razı olacaq.
Yunis ABDULLAYEV
Xəbər lenti
Hamısına baxDünya
03 May 23:16
Dünya
03 May 22:41
Dünya
03 May 21:27
Dünya
03 May 20:18
Gündəm
03 May 19:45
Maraqlı
03 May 19:25
Dünya
03 May 18:40
Sosial
03 May 18:16
İdman
03 May 18:14
Dünya
03 May 17:15
İdman
03 May 16:52
Maraqlı
03 May 16:39
Dünya
03 May 15:22
Analitik
03 May 14:54
Elm
03 May 14:31
Dünya
03 May 13:40
İqtisadiyyat
03 May 12:45
Dünya
03 May 12:17
Dünya
03 May 11:49
Dünya
03 May 11:20
İdman
03 May 10:58
Dünya
03 May 10:36
İdman
03 May 10:20
Dünya
03 May 09:43
İqtisadiyyat
03 May 09:14
İdman
03 May 08:50
Elm
03 May 08:22
İdman
03 May 07:30
Elm
03 May 07:24
İdman
02 May 23:35
Sosial
02 May 22:45
Analitik
02 May 21:56
Dünya
02 May 20:42
Dünya
02 May 19:34
YAP xəbərləri
02 May 18:39
Dünya
02 May 18:36
Sosial
02 May 17:36
Hadisə
02 May 16:29
Mədəniyyət
02 May 15:17
Sosial
02 May 14:22
İdman
02 May 13:31
Mədəniyyət
02 May 12:39
Gündəm
02 May 11:59
Gündəm
02 May 11:32
Siyasət
02 May 11:18
İqtisadiyyat
02 May 10:53
Gündəm
02 May 10:35
İqtisadiyyat
02 May 10:17
Analitik
02 May 09:56
Analitik
02 May 09:30
Sosial
02 May 09:16
Ədəbiyyat
02 May 08:54
Ədəbiyyat
02 May 08:31
Dünya
01 May 23:49
İqtisadiyyat
01 May 23:20
Sosial
01 May 22:46
Xəbər lenti
01 May 22:19
Siyasət
01 May 22:07
Dünya
01 May 21:55
Hadisə
01 May 21:23
İqtisadiyyat
01 May 20:42
Mədəniyyət
01 May 20:17
Maraqlı
01 May 19:50
Dünya
01 May 19:23
Dünya
01 May 18:25
Dünya
01 May 17:32
Gündəm
01 May 16:55
Dünya
01 May 16:55
Maraqlı
01 May 16:39
YAP xəbərləri
01 May 15:50

