Almaniya sərhədlərdə yoxlamaları daha altı ay uzadır
13.02.2025 [13:17]
Almaniya quru sərhədlərində yoxlamaların müddətini daha altı ay uzadır.
AZƏRTAC yerli mediaya istinadən xəbər verir ki, bu barədə Kansler Olaf Şolts hökumətin iclasından sonra məlumat verib. O, hökumətin bu barədə qərarının Avropa Komissiyasına bildirildiyini qeyd edib.
Kansler sərhədlərdə yoxlamaların aparılmasına başlanmasından etibarən 47 min nəfərin ölkəyə girişinə icazə verilmədiyini vurğulayıb. Həmçinin sığınacaq almaq üçün müraciətlərin sayının 2024-cü ildə əvvəlki illə müqayisədə 34 faiz azaldığı, 1900 insan qaçaqçısının saxlanıldığı qeyd olunub.
Almaniyanın daxili işlər naziri Nensi Fezerin qərarı ilə ötən il sentyabrın 16-dan etibarən Fransa, Lüksemburq, Belçika, Danimarka və Niderland ilə sərhədlərdə yoxlamaların aparılmasına başlanılıb. Polşa, Çexiya və İsveçrə ilə sərhədlərdə 2023-cü ilin oktyabrından, Avstriya ilə sərhəddə isə 2015-ci ildən yoxlamalar aparılır. Ötən il Almaniyaya sığınacaq üçün 213 min 499 müraciət qeydə alınıb. Bu rəqəm 2023-cü ildə 324 min 636 təşkil edib.
Miqrasiya siyasətinin sərtləşdirilməsi və qanunsuz miqrasiyanın qarşısının alınması məsələsi partiyaların fevralın 23-də Almaniyada keçiriləcək növbədənkənar federal seçkilərlə əlaqədar proqramında ilk sırada yer alır.
Xəbər lenti
Hamısına baxSosial
04 May 13:55
Siyasət
04 May 13:47
Siyasət
04 May 13:46
Siyasət
04 May 13:45
İqtisadiyyat
04 May 12:43
Dünya
04 May 12:31
Gündəm
04 May 12:25
İdman
04 May 12:18
Dünya
04 May 12:02
Hadisə
04 May 11:46
İqtisadiyyat
04 May 11:16
Sosial
04 May 11:12
Dünya
04 May 10:53
YAP xəbərləri
04 May 10:49
Elm
04 May 10:41
YAP xəbərləri
04 May 10:23
Dünya
04 May 10:20
Dünya
04 May 09:42
Dünya
04 May 09:17
Dünya
04 May 08:59
Siyasət
04 May 08:29
Dünya
03 May 23:16
Dünya
03 May 22:41
Dünya
03 May 21:27
Dünya
03 May 20:18
Gündəm
03 May 19:45
Maraqlı
03 May 19:25
Dünya
03 May 18:40
Sosial
03 May 18:16
İdman
03 May 18:14
Dünya
03 May 17:15
İdman
03 May 16:52
Maraqlı
03 May 16:39
Dünya
03 May 15:22
Analitik
03 May 14:54
Elm
03 May 14:31
Dünya
03 May 13:40
İqtisadiyyat
03 May 12:45
Dünya
03 May 12:17
Dünya
03 May 11:49
Dünya
03 May 11:20
İdman
03 May 10:58
Dünya
03 May 10:36
İdman
03 May 10:20
Dünya
03 May 09:43
İqtisadiyyat
03 May 09:14
İdman
03 May 08:50
Elm
03 May 08:22
İdman
03 May 07:30
Elm
03 May 07:24
İdman
02 May 23:35
Sosial
02 May 22:45
Analitik
02 May 21:56
Dünya
02 May 20:42
Dünya
02 May 19:34
YAP xəbərləri
02 May 18:39
Dünya
02 May 18:36
Sosial
02 May 17:36
Hadisə
02 May 16:29
Mədəniyyət
02 May 15:17
Sosial
02 May 14:22
İdman
02 May 13:31
Mədəniyyət
02 May 12:39
Gündəm
02 May 11:59
Gündəm
02 May 11:32
Siyasət
02 May 11:18
İqtisadiyyat
02 May 10:53
Gündəm
02 May 10:35
İqtisadiyyat
02 May 10:17
Analitik
02 May 09:56

