İtaliyanın Kampi Fleqrey şəhərində seysmik aktivlik artıb
18.02.2025 [19:15]
Son bir neçə gündür İtaliyanın Neapol şəhəri yaxınlığındakı Kampi Fleqrey bölgəsində seysmik aktivlik artıb.
AZƏRTAC xəbər verir ki, İtaliyanın Geofizika və Vulkanologiya İnstitutu (INGV) bölgədə müxtəlif maqnitudalı ardıcıl yeraltı təkanlar olduğunu açıqlayıb. Ötən gecə isə 3,1 bal gücündə zəlzələ qeydə alınıb. Episentri Pozzuoli qəsəbəsindən 5 kilometr aralıda olan zəlzələnin ocağı 2 kilometr dərinlikdə yerləşib.
Yeraltı təkanlar əhali arasında təşviş yaradır. Bölgədəki bələdiyyələr evlərində qalmaq istəməyən vətəndaşlar üçün iki idman zalı təchiz edib. Onlara termal yorğanlar da daxil olmaqla əsas ləvazimatlar paylanılıb. İbtidai və orta məktəblərdə ehtiyat tədbiri olaraq tədris dayandırılıb.
Milli Mülki Müdafiə Departamentinin rəhbəri Fabio Çiçilianonun bu gün bölgədəki vətəndaşlarla məlumatlandırıcı görüş keçirəcəyi bildirilib.
Qeyd edək ki, Kampi Fleqrey şəhəri qədim vulkanik kraterlərdən ibarətdir. Bölgədə seysmik aktivlik son bir ildə artıb. Sonuncu dəfə ən uzunmüddətli seysmik aktivlik isə 1980-ci illərin əvvəllərində qeydə alınıb.
İtaliya hökuməti yüksək riskli bölgə olan Kampi Fleqreydən kütləvi evakuasiya ilə bağlı fövqəladə vəziyyət planını 2023-cü ildə yeniləyib.
Xəbər lenti
Hamısına baxElm
14 Sentyabr 22:40
YAP xəbərləri
14 Sentyabr 22:29
Dünya
14 Sentyabr 22:14
Sosial
14 Sentyabr 21:59
Dünya
14 Sentyabr 21:23
Dünya
14 Sentyabr 20:45
Dünya
14 Sentyabr 20:17
Gündəm
14 Sentyabr 19:59
Maraqlı
14 Sentyabr 19:58
Dünya
14 Sentyabr 19:24
Analitik
14 Sentyabr 19:02
Dünya
14 Sentyabr 18:30
Gündəm
14 Sentyabr 18:17
Dünya
14 Sentyabr 17:43
Dünya
14 Sentyabr 17:19
Dünya
14 Sentyabr 16:45
YAP xəbərləri
14 Sentyabr 16:34
Dünya
14 Sentyabr 16:34
Elm
14 Sentyabr 16:31
YAP xəbərləri
14 Sentyabr 16:25
Dünya
14 Sentyabr 16:22
YAP xəbərləri
14 Sentyabr 16:04
Dünya
14 Sentyabr 15:50
YAP xəbərləri
14 Sentyabr 15:47
Elm
14 Sentyabr 15:46
Elm
14 Sentyabr 15:46
Elm
14 Sentyabr 15:46
Siyasət
14 Sentyabr 15:45
Dünya
14 Sentyabr 15:34
Dünya
14 Sentyabr 14:59
YAP xəbərləri
14 Sentyabr 14:51
YAP xəbərləri
14 Sentyabr 14:26
Hadisə
14 Sentyabr 14:20
İqtisadiyyat
14 Sentyabr 14:19
YAP xəbərləri
14 Sentyabr 13:59
YAP xəbərləri
14 Sentyabr 13:54
YAP xəbərləri
14 Sentyabr 13:50
YAP xəbərləri
14 Sentyabr 13:46
Dünya
14 Sentyabr 13:45
YAP xəbərləri
14 Sentyabr 13:44
Dünya
14 Sentyabr 13:18
Dünya
14 Sentyabr 12:56
Sosial
14 Sentyabr 12:45
Sosial
14 Sentyabr 12:40
Gündəm
14 Sentyabr 12:32
Dünya
14 Sentyabr 12:20
Elm
14 Sentyabr 12:00
Dünya
14 Sentyabr 11:43
İqtisadiyyat
14 Sentyabr 11:41
Sosial
14 Sentyabr 11:39
Dünya
14 Sentyabr 11:19
Xəbər lenti
14 Sentyabr 11:15
Gündəm
14 Sentyabr 10:54
Dünya
14 Sentyabr 10:51
Dünya
14 Sentyabr 10:25
Gündəm
14 Sentyabr 09:48
Dünya
14 Sentyabr 09:40
İdman
14 Sentyabr 09:17
Dünya
14 Sentyabr 08:52
İdman
14 Sentyabr 08:35
Dünya
13 Sentyabr 23:18
Dünya
13 Sentyabr 22:40
İdman
13 Sentyabr 22:01
Dünya
13 Sentyabr 21:14
Dünya
13 Sentyabr 20:31
Dünya
13 Sentyabr 19:17
Dünya
13 Sentyabr 18:25
Dünya
13 Sentyabr 17:52
Dünya
13 Sentyabr 16:19
Dünya
13 Sentyabr 15:22

