Əlcəzairin siyasi partiyaları Fransanın ölkələrinə qarşı düşmənçilik kampaniyasını qınayıb
02.03.2025 [11:15]
Fransa ilə Əlcəzair arasındakı böhran dərinləşir. Fransanın Baş naziri Fransua Bayrunun bir neçə gün əvvəl bəyanat verərək Əlcəzairə miqrasiya haqqında ikitərəfli müqavilələrə yenidən baxmaq üçün 6 həftə möhlət verib. Fransa tərəfi ölkədə zorakılıq hadisələrində iştirak etməkdə ittiham etdiyi Əlcəzair əsilli vətəndaşlarını deportasiya etmək və yenidən ölkəyə buraxmamaq qərarına gəlib.
AZƏTRAC Əlcəzair Xəbər Agentliyinə istinadla bildirir ki, bəyanat Əlcəzairdə siyasi partiyaların hiddətinə səbəb olub. Bir neçə siyasi partiya Fransanın Əlcəzairə qarşı davam edən düşmənçilik kampaniyasını qınayıb və bunu "ümidsiz şantaj cəhdi" adlandırıb. Partiyalar Əlcəzairin "heç bir güzəştə getməyəcəyini və yalnız bərabərhüquqlu münasibətləri qəbul edəcəyini" bildirib.
Parlamentə çoxluqda olan Milli Azadlıq Cəbhəsi Partiyası "Əlcəzairə düşmən olan dairələrin davam edən düşmənçilik kampaniyasını" qınadığını bir daha bəyan edib. Bəyanatda kampaniya çərçivəsində Fransa hakimiyyəti tərəfindən məhdudlaşdırıcı tədbirlər həyata keçirildiyi, xüsusilə də vizadan azad olan xüsusi səyahət sənədlərinə sahib Əlcəzair vətəndaşlarının hərəkətinə və ölkəyə girişinə məhdudiyyətlər qoyulduğu qeyd edilib. Partiya bu halları "ümidsiz intiqam tədbiri" hesab edir.
Bəyanatda vurğulanır ki, "əsassız qərarlar ikitərəfli sazişləri kobud şəkildə pozur və Fransanın Əlcəzairə qarşı gərginliyi artırmaq siyasətini davam etdirdiyini bir daha sübut edir. Fransa sağçı radikal qüvvələrin qızışdırdığı köhnə müstəmləkəçilik nifrəti ilə hərəkət edir və bu yolla qisas almağa çalışır".
Bununla yanaşı, "Milli Quruculuq Hərəkatı" partiyası da Əlcəzairin sabitliyini pozmaq, onun inkişaf yoluna mane olmaq və suveren mövqelərinə təsir etmək məqsədi güdən "misli görünməmiş və qızışdırıcı hücumu" qınayıb.
Öz növbəsində, "Nahda Hərəkatı" da Fransanın Əlcəzairə təzyiq göstərmək və orada azalan nüfuzunu bərpa etmək cəhdlərini pisləyən bəyanat yayıb. Hərəkat Əlcəzair-Fransa münasibətlərinin hazırkı vəziyyətini nəzərə alaraq, "Fransanın düşmənçilik kampaniyasına qarşı mübarizə aparmaq üçün bir sıra qərarların qəbul edilməli olduğunu" bildirib.
Əlcəzairin "Gələcək Cəbhəsi", "Xalqın Səsi" və “Milli Mübarizə Hərəkatı” siyasi təşkilatları da Fransanın ölkələrinə qarşı hərəkətlərini qınayan bəyanatlar verib.
Xəbər lenti
Hamısına baxElm
04 May 14:53
İqtisadiyyat
04 May 14:51
Gündəm
04 May 14:45
Sosial
04 May 14:19
Sosial
04 May 14:16
Sosial
04 May 13:55
Siyasət
04 May 13:47
Siyasət
04 May 13:46
Siyasət
04 May 13:45
İqtisadiyyat
04 May 12:43
Dünya
04 May 12:31
İdman
04 May 12:18
Dünya
04 May 12:02
Hadisə
04 May 11:46
İqtisadiyyat
04 May 11:16
Sosial
04 May 11:12
Dünya
04 May 10:53
YAP xəbərləri
04 May 10:49
Elm
04 May 10:41
YAP xəbərləri
04 May 10:23
Dünya
04 May 10:20
Dünya
04 May 09:42
Dünya
04 May 09:17
Dünya
04 May 08:59
Siyasət
04 May 08:29
Dünya
03 May 23:16
Dünya
03 May 22:41
Dünya
03 May 21:27
Dünya
03 May 20:18
Gündəm
03 May 19:45
Maraqlı
03 May 19:25
Dünya
03 May 18:40
Sosial
03 May 18:16
İdman
03 May 18:14
Dünya
03 May 17:15
İdman
03 May 16:52
Maraqlı
03 May 16:39
Dünya
03 May 15:22
Analitik
03 May 14:54
Elm
03 May 14:31
Dünya
03 May 13:40
İqtisadiyyat
03 May 12:45
Dünya
03 May 12:17
Dünya
03 May 11:49
Dünya
03 May 11:20
İdman
03 May 10:58
Dünya
03 May 10:36
İdman
03 May 10:20
Dünya
03 May 09:43
İqtisadiyyat
03 May 09:14
İdman
03 May 08:50
Elm
03 May 08:22
İdman
03 May 07:30
Elm
03 May 07:24
İdman
02 May 23:35
Sosial
02 May 22:45
Analitik
02 May 21:56
Dünya
02 May 20:42
Dünya
02 May 19:34
YAP xəbərləri
02 May 18:39
Dünya
02 May 18:36
Sosial
02 May 17:36
Hadisə
02 May 16:29
Mədəniyyət
02 May 15:17
Sosial
02 May 14:22
İdman
02 May 13:31
Mədəniyyət
02 May 12:39
Gündəm
02 May 11:59
Gündəm
02 May 11:32
Siyasət
02 May 11:18

