Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Dünya / Vatikan: Papa Fransiskin vəziyyəti sabitdir

Vatikan: Papa Fransiskin vəziyyəti sabitdir

02.03.2025 [18:26]

Xəstəxanada müalicəsi davam etdirilən Roma Katolik Kilsəsinin rəhbəri Papa Fransiskin vəziyyəti sabitdir.

AZƏRTAC xəbər verir ki, bu barədə Müqəddəs Taxt-Tacın mətbuat xidməti məlumat yayıb.

“Papanın klinik vəziyyəti sabitdir, ötən gün hər hansı bronxospazm keçirməyib. Ona yüksək axınlı oksigen terapiyası ilə alternativ qeyri-invaziv mexaniki ventilyasiya tətbiq edilib. Fransiskin hərarəti yoxdur, leykositoz müşahidə olunmayıb və hemodinamik parametrlər sabit qalıb. Papa mütəmadi olaraq tənəffüs fizioterapiyasından keçib, yaxşı dincəlib və xəstəxanadakı kilsədə təxminən iyirmi dəqiqə dua edib”, - deyə məlumatda bildirilir.

Xatırladaq ki, fevralın 14-dən etibarən Romadakı “Gemelli” xəstəxanasına yerləşdirilən 88 yaşlı Fransiskə polimikrob infeksiyası və ikitərəfli pnevmoniya diaqnozu qoyulub.

Paylaş:
Baxılıb: 381 dəfə

Xəbər lenti

Hamısına bax

Analitik

Gündəm

Avropada birinci!

02 May 11:59  

Siyasət

Gündəm

Analitik

Ədəbiyyat

Balaca Buker

02 May 08:54

Ədəbiyyat

Şənbə üçün nəzm

02 May 08:31  

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31