Ermənistandakı diplomatik “şeytan yuvası”na “əl gəzdiriləcək”
05.03.2025 [09:15]
Tramp administrasiyası “qaranlıq fəaliyyətləri” ləğv edir
Ötən ayın sonunda ABŞ Prezidenti Donald Trampın Dövlət Departamentinin işçilərinin və ölkəsinin diplomatik nümayəndəliklərinin sayını kəskin şəkildə azaltmağı, həmçinin xarici siyasət idarəsinin səlahiyyətlər dairəsini daraltmağı planlaşdırması ilə bağlı xəbər yayıldı. Qeyd edək ki, “Politico”nun yaydığı xəbərdə Tramp Administrasiyasının, həmçinin demokratiyanın təşviqi, insan haqlarının müdafiəsi və elmi-tədqiqatların dəstəklənməsi üçün cavabdeh olan departamentlərin ixtisar edilməsini, yaxud ləğv edilməsini nəzərdə tutduğu bildirilirdi. Qəzetin məlumatına görə, ABŞ Dövlət katibi Marko Rubio Amerika diplomatik nümayəndəliklərinin əhəmiyyətli sayda ixtisar edilməsinə razıdır. “Bu dəyişikliklər Dövlət Departamentində tarixi yenidənqurma ilə nəticələnəcək”, - deyə bildirilib. Bu tədbirlərin ABŞ Hökumətin Səmərəliliyi Departamentinin (DOGE) və onun işinə nəzarət edən sahibkar İlon Maskın təsiri ilə hazırlandığı da vurğulanıb.
Dövlət Departamentində və diplomatik korpuslarda ixtisarlar
Qeyd edək ki, Trampın Dövlət Departamentinin tərkibində “ixtisar” aparması prosesi müəyyən müddətdir ki, artıq davam edir. ABŞ Prezidenti Donald Trampın təyin etdiyi Beynəlxalq İnkişaf Agentliyinin (USAID) rəhbərliyi birinci mərhələdə qurumun 2 min əməkdaşının işdən çıxarılması ilə bağlı elektron məktublar göndərmişdi - “The New York Times” qəzeti yazmışdı ki, minə qədər agentlik əməkdaşı məzuniyyətə buraxılıb. Qərar Trampın hökumət xərclərini azaltmaq üçün apardığı genişmiqyaslı kampaniyanın bir hissəsidir. O, Ağ Evə qayıtdıqdan sonra, xarici yardımlar 90 gün ərzində donduruldu. Paralel olaraq Ağ Ev USAID-in dünya üzrə 10 mindən çox əməkdaşının 97 faizini işdən çıxaracağını bəyan etdi. İşini itirməyən yalnız 294 mütəxəssis olacaq.
Vurğulandığı kimi, proses artıq davam edir və gələn xəbərlərdə ABŞ hökumətinin işdən çıxarılan bir çox əməkdaşının BMT-nin Birləşmiş Millətlər Təşkilatının İnsan Hüquqları Şurasına (UNHRC) uz tutduğu bəlli olub. Bu da təsadüfi deyil. Tramp ötən ay ölkəsinin BMT-nin İnsan Hüquqları Şurasından və BMT-nin Fələstin Qaçqınlarına Yardım və İşlərin Təşkili üzrə Yaxın Şərq Agentliyindən (UNRWA) çıxması barədə icra fərmanı imzalayıb.
Eyni aqibət gözləyir...
Təbii ki, prosesin digər ölkələrdə yerləşən və heç bir işə yaramayan, əksinə, vaxtilə Bayden administrasiyasının apardığı uğursuz siyasətin “dəyənəyi” kimi nəzərdə tutulan diplomatik korpuslara da çatacağı gözləniləndir. Nəzərə alsaq ki, Tramp hakimiyyəti ölkənin xərclərini maksimum məhdudlaşdırmağa çalışır, onda ilk “hədəf” ABŞ-ın Ermənistandakı səfirliyi olacaq. Çünki ABŞ-ın regionda 2 minlik kontingentdən ibarət ən böyük səfirliyi məhz Ermənistanda yerləşir. Hər zaman Ermənistanın “siyasi vaciblik indeksi”nin hansı dərəcədə olduğu müəəmması sual doğurub - ABŞ kimi bir siyasi güc Cənubi Qafqazda məhz Ermənistanı niyə özünün “diplomatik səngəri”nə çevirib?
Təbii ki, bunun USAID ilə birbaşa əlaqəsi var. Bayden hakimiyyəti özünün USAID-in əli ilə reallaşdırdığı və birbaşa ABŞ-ın milli maraqlarına zidd olan planlarını bu kimi diplomatik korpusların əməkdaşlarının əli ilə icra edirdi. Regionlarda qeyri-stabilliyin formalaşdırılması, kəşfiyyat fəaliyyətinin aparılması, dövlətlərin daxili işlərinə “əl uzadılması” kimi işlər bu kimi səfirliklər üzərindən aparılırdı. Bu mənada, Bayden hakimiyyətinin “diplomatik şeytan yuvasına” çevrilmiş ABŞ-ın İrəvandakı səfirliyini də eyni aqibət gözləyir...
PƏRVİZ
Xəbər lenti
Hamısına baxDünya
21 İyun 18:25
Dünya
21 İyun 17:25
Dünya
21 İyun 16:42
Dünya
21 İyun 15:39
Dünya
21 İyun 14:22
Dünya
21 İyun 13:25
Dünya
21 İyun 12:30
Dünya
21 İyun 11:28
Dünya
21 İyun 10:45
Dünya
21 İyun 09:31
Elm
21 İyun 08:50
Elm
21 İyun 08:38
Maraqlı
20 İyun 23:20
Maraqlı
20 İyun 22:38
Dünya
20 İyun 21:25
Dünya
20 İyun 20:54
Maraqlı
20 İyun 20:37
Dünya
20 İyun 19:59
Maraqlı
20 İyun 19:22
Dünya
20 İyun 18:35
Dünya
20 İyun 18:12
Dünya
20 İyun 17:50
Dünya
20 İyun 17:19
Dünya
20 İyun 16:43
Dünya
20 İyun 16:21
Dünya
20 İyun 15:58
Dünya
20 İyun 15:30
Dünya
20 İyun 14:42
Dünya
20 İyun 14:17
Siyasət
20 İyun 14:08
Dünya
20 İyun 13:51
Gündəm
20 İyun 13:25
Gündəm
20 İyun 12:59
Siyasət
20 İyun 12:20
Siyasət
20 İyun 11:52
Gündəm
20 İyun 11:35
Siyasət
20 İyun 11:13
Sosial
20 İyun 10:49
Analitik
20 İyun 10:32
Ədəbiyyat
20 İyun 10:14
Sosial
20 İyun 09:58
Sosial
20 İyun 09:30
MEDİA
20 İyun 09:15
Ədəbiyyat
20 İyun 08:50
Sosial
20 İyun 08:33
İqtisadiyyat
20 İyun 07:22
Dünya
19 İyun 23:45
İqtisadiyyat
19 İyun 23:18
İdman
19 İyun 22:56
Dünya
19 İyun 22:20
Dünya
19 İyun 22:05
Xəbər lenti
19 İyun 21:49
Sosial
19 İyun 21:26
Siyasət
19 İyun 21:17
Dünya
19 İyun 21:10
İqtisadiyyat
19 İyun 20:45
Dünya
19 İyun 20:30
Sosial
19 İyun 20:17
Elm
19 İyun 19:53
Siyasət
19 İyun 19:44
Siyasət
19 İyun 19:43
Sosial
19 İyun 19:21
İdman
19 İyun 19:13
Dünya
19 İyun 18:37
İqtisadiyyat
19 İyun 18:22
Sosial
19 İyun 18:04
Sosial
19 İyun 17:19
Xəbər lenti
19 İyun 16:30
Sosial
19 İyun 16:30
Sosial
19 İyun 15:47

