Trampdan Aİ-yə mesaj...
06.03.2025 [09:43]
Rusiya neft və qazına Ukraynanın müdafiəsindən daha çox pul xərcləyiblər
Ağ Evdən “əliboş” dönən Ukrayna prezidenti Zelenski Londona üz tutmaqla apardığı müharibədə “alternativlərinin” olduğunu sübut etməyə çalışır. Hətta Aİ-nin Ukraynaya söz verdiyi yardımın məbləği belə bu yardımın “epizodik” xarakter daşıyacağını deməyə əsas verir. Aİ-nin Ukraynaya əsgəri yardım edəcəyi gözlənilmir və dəstək yalnız “əskinaslarla” müşayiət edilə bilər. Məbləğin azlığı isə diqqəti cəlb edib...
Belə ki, ABŞ prezidenti Donald Tramp Avropa ölkələrini Ukraynanın müdafiəsinə kifayət qədər vəsait ayırmamaqda və əvəzində Rusiya enerjisinə daha çox pul xərcləməkdə ittiham edib. “Avropa Rusiya neft və qazına Ukraynanın müdafiəsindən daha çox pul xərcləyib”. Trampın öz sosial media hesabında yazdığı bu açıqlaması Enerji və Təmiz Hava Tədqiqatları Mərkəzinin (CREA) ötən həftə dərc etdiyi hesabatına əsaslanır. Hesabata görə, Avropa İttifaqı ölkələri 2024-cü ilin üçüncü ilində Rusiyadan 21,9 milyard avro dəyərində fosil yanacaq alıb. Halbuki Avropa eyni dövrdə Ukraynaya cəmi 18,7 milyard avro maliyyə yardımı ayırıb. Qeyd edək ki, Trampın bu açıqlaması Qərb ölkələrinin Ukraynaya dəstəyi və Rusiyaya qarşı tətbiq edilən sanksiyalar fonunda Avropanın enerji siyasətinə dair yeni müzakirələrə səbəb olub.
Aİ rəsmiləri təsdiqləyir: qaz tədarükü bütün idxalın 15 faizini təşkil edib...
Əslində rəqəmlərə diqqət yetirəndə Trampın müəyyən mənada haqlı olduğunu görmək mümkündür. Belə ki, xarici mətbuatın yazdığına görə, 2022-ci ildən bəri Avropa İttifaqı (Aİ) ölkələrinin Rusiyadan qaz idxalı artma-azalma temp ilə dəyişib. Məsələn, 2023-cü ildə Aİ Rusiyadan 29 milyard avro dəyərində neft və qaz idxal edib. Düzdür, bu rəqəm əvvəlki illərə nisbətdə aşağıdır. Amma nəzər alınmalıdır ki, bu “alver” Qərbin iqtisadi sanksiyaları altında baş verib
2024-cü ilin yanvar-noyabr aylarında isə Rusiya Aİ-yə qaz tədarükünü 25 faiz artıraraq 49,6 milyard kubmetrə çatdırıb. Bu artım əsasən boru kəməri vasitəsilə tədarükün 26 faiz artması ilə əlaqədardır. Mayeləşdirilmiş təbii qazın (MTQ) tədarükü də 18,2 faiz artaraq 19,3 milyard kubmetr olub. Nəticədə, Rusiyanın Aİ-nin ümumi qaz idxalındakı payı 15 faizə yüksəlib. Bu rəqəmlər Aİ rəsmiləri tərəfindən də təsdiqlənir. Belə ki, Avropa İttifaqının energetika məsələləri üzrə komissarı Kadri Simson Aİ Şurasının energetika nazirləri səviyyəsində keçirilən iclasından sonra mətbuat konfransında deyib. O bildirib ki, ötən ilin sonunda Rusiyadan qaz tədarükü Aİ-nin bütün qaz idxalının 15 faizini, bir il əvvəl isə 22 faizini təşkil edib.
Qeyd edək ki, 2025-ci ilin yanvar ayında Aİ-nin 5 ölkəsi - Fransa, Macarıstan, Slovakiya, Belçika və İspaniya Rusiyadan ümumilikdə 1,2 milyard avro dəyərində neft və qaz idxal edib. Fransa bu dövrdə Rusiyadan 377 milyon avro dəyərində MTQ idxal edərək Aİ-də ən böyük alıcı olub.
Bəzi Avropa şirkətləri Rusiyadakı fəaliyyətini davam etdirib...
Bu rəqəmlərə ayrı-ayrı şirkətlərin misalında da baxmaq olar. Qeyd edək ki, Ukrayna müharibəsi başlayandan sonra bir çox Avropa neft və qaz şirkəti Rusiyadakı fəaliyyətlərini dayandırsa da, bəzi şirkətlər əlaqələrini davam etdirdi. Məsələn, Avstriyanın OMV şirkəti müharibədən sonra da Rusiyadan neft və qaz tədarükünü davam etdirib. Bundan əlavə, İtaliyanın “Eni” şirkəti də Rusiya ilə enerji sahəsində əməkdaşlığını tamamilə dayandırmadı.
2022-ci ilin fevralından sonra bu gün özünü Kiyevin “himayədarı” kimi qələmə verən Qərb ölkələrinin şirkətləri də “boş dayanmayıb”. Məsələn, Almaniyanın aparıcı neft və qaz şirkəti olan “Wintershall Dea” müharibədən sonra da Rusiyadakı fəaliyyətini davam etdirib. Şirkət, Rusiyadakı layihələrində iştirakını qoruyub saxlayıb. Almaniyanın başqa bir enerji şirkəti “Uniper” də Rusiyadan təbii qaz tədarükünü davam etdirib və “Şimal Axını 2” layihəsində iştirak edib.
Fransadan isə əsasən böyük enerji şirkəti “TotalEnergies” müharibə dövründə Rusiyadakı bəzi layihələrindən çıxdığını bəyan etsə də, bəzi digər layihələrdə iştirakını davam etdirib. Şirkət, xüsusilə, Rusiya LNG (mayeləşdirilmiş təbii qaz) layihələrində iştirakını saxlayıb. Fransanın başqa enerji şirkəti “Engie” də Rusiyadan təbii qaz tədarükünü davam etdirib və “Şimal Axını 2” layihəsində maliyyə iştirakını qoruyub.
Neft-qaz sahəsindən kənar fəaliyyət...
Əslində Qərbin müharibə dövründə Moskva ilə münasibətlərində yalnız neft-qaz sahəsi önə çıxmayıb. Məsələn, Avstriyanın “Raiffeisen Bank International” bankı müharibədən sonra Rusiyada qalmağa davam edib və bu qərar nəticəsində səhmlərinin dəyəri 40 faiz azalıb. Bununla belə, 2022-ci ildə bankın Rusiyadakı əməliyyatlarının həcmi 2,2 milyard avroya qədər artaraq ümumi mənfəətin 60 faizin təşkil edib.
Almaniyanın mühəndislik şirkəti olan “Bosch”, Fransanın “Accor” otel şəbəkəsi və “Clarins” kimi kosmetik istehsalçısı şirkətləri də Rusiyada fəaliyyətlərini davam etdiriblər.
SADİQ
Xəbər lenti
Hamısına baxAnalitik
03 May 14:54
Elm
03 May 14:31
Dünya
03 May 13:40
Dünya
03 May 12:17
Dünya
03 May 11:49
Dünya
03 May 11:20
İdman
03 May 10:58
Dünya
03 May 10:36
Dünya
03 May 09:43
İqtisadiyyat
03 May 09:14
İdman
03 May 08:50
Elm
03 May 08:22
İdman
03 May 07:30
Elm
03 May 07:24
İdman
02 May 23:35
Sosial
02 May 22:45
Analitik
02 May 21:56
Dünya
02 May 20:42
Dünya
02 May 19:34
Dünya
02 May 18:36
Sosial
02 May 17:36
Hadisə
02 May 16:29
Mədəniyyət
02 May 15:17
Sosial
02 May 14:22
İdman
02 May 13:31
Mədəniyyət
02 May 12:39
Gündəm
02 May 11:59
Gündəm
02 May 11:32
Siyasət
02 May 11:18
İqtisadiyyat
02 May 10:53
Gündəm
02 May 10:35
İqtisadiyyat
02 May 10:17
Analitik
02 May 09:56
Analitik
02 May 09:30
Sosial
02 May 09:16
Ədəbiyyat
02 May 08:54
Ədəbiyyat
02 May 08:31
Dünya
01 May 23:49
İqtisadiyyat
01 May 23:20
Sosial
01 May 22:46
Xəbər lenti
01 May 22:19
Siyasət
01 May 22:07
Dünya
01 May 21:55
Hadisə
01 May 21:23
İqtisadiyyat
01 May 20:42
Mədəniyyət
01 May 20:17
Maraqlı
01 May 19:50
Dünya
01 May 19:23
Dünya
01 May 18:25
Dünya
01 May 17:32
Gündəm
01 May 16:55
Dünya
01 May 16:55
Maraqlı
01 May 16:39
YAP xəbərləri
01 May 15:50
Dünya
01 May 15:22
Siyasət
01 May 14:53
Siyasət
01 May 14:52
YAP xəbərləri
01 May 14:52
Mədəniyyət
01 May 14:50
Dünya
01 May 14:45
Dünya
01 May 14:17
İdman
01 May 13:52
Hərbi
01 May 13:47
Sosial
01 May 13:45
Sosial
01 May 13:41
Dünya
01 May 13:25
Gündəm
01 May 13:19
Siyasət
01 May 13:19
Sosial
01 May 13:18
Dünya
01 May 12:58

