Danimarkada kağız məktublardan tamamilə imtina ediləcək
07.03.2025 [20:11]
Danimarkanın milli poçt xidməti “PostNord” 2025-ci ilin sonunda məktubların çatdırılmasını tamamilə dayandıracaq.
AZƏRTAC DR1-ə istinadla xəbər verir ki, şirkət bunu danimarkalıların məktub yazmağı praktiki olaraq dayandırması ilə izah edir. Beləliklə, 1624-cü ildən Danimarkada məktub və bağlamaların göndərilməsi üçün universal poçt xidməti fəaliyyət göstərir, lakin rəqəmsal xidmətlər bazarının inkişafı ilə kağız sənədlərdən istifadə kəskin şəkildə azalıb.
Hazırda Danimarka dünyanın ən rəqəmsallaşmış ölkələrindən biri hesab olunur. Belə ki, istənilən ehtiyac üçün proqram var, sənədlər smartfonda saxlanılır və səlahiyyətli orqanlar fakturaları onlayn göndərir.
Buna görə də Danimarka poçt xidməti kağız məktublardan tamamilə imtina edəcəyini, bunun əvəzinə bağlamalara diqqət yetirəcəyini açıqlayıb və qeyd edib ki, əks halda, bazar daha sərfəli deyil. Belə ki, 2000-ci ildən bəri məktubların sayı ildə 1,4 milyarddan 110 milyona qədər azalıb. Təxminən 271 min nəfər istisna olmaqla, artıq ölkə əhalisinin 95 faizi tamamilə rəqəmsal poçta keçib.
Poçt xidmətinin məlumatında deyilir: “Rəqəmsallaşmanın artması ilə Danimarkada məktubların sayı sürətlə azalır, buna görə “PostNord” danimarkalılar üçün üstünlük verilən bağlama provayderinə çevrilmək məqsədilə onları 2026-cı ilə qədər çatdırmağı dayandıracaq”.
Nəticədə dəyişikliklər poçt işçilərinin özlərinə də təsir edəcək. Belə ki, “PostNord”un 4600 işçisindən azı 1500-ü işini itirəcək və minlərlə poçt qutusunun küçələrdən yığışdırılması lazım gələcək. Amma insanlar yenə də ehtiyac olarsa, başqa təşkilatlar vasitəsilə məktub göndərə biləcəklər. Məsələn, dövlət poçtunun çatdırılması üçün müqaviləni qazanan distribütor DAO şirkəti vasitəsilə bunu etmək mümkündür.
Avropada bir çox poçt xidmətləri hazırda sürətli rəqəmsallaşma prosesi ilə üzləşir. Məsələn, Almaniyanın “Deutsche Post” şirkəti xərcləri azaltmaq üçün 8000-dən çox iş yerini ixtisar etməyə məcburdur. Britaniyanın əsas poçt biznesi “Royal Mail” həftənin alternativ günlərində təcili olmayan məktubları çatdırmaqla yüz milyonlarla funt-sterlinqə qənaət etməyə çalışır.
Xəbər lenti
Hamısına baxDünya
22 İyun 23:20
Dünya
22 İyun 22:47
İdman
22 İyun 22:24
Dünya
22 İyun 21:52
Elm
22 İyun 21:36
Dünya
22 İyun 21:19
Dünya
22 İyun 20:43
Elm
22 İyun 20:32
İqtisadiyyat
22 İyun 20:17
Dünya
22 İyun 19:50
Dünya
22 İyun 19:22
Dünya
22 İyun 19:10
Dünya
22 İyun 18:30
Elm
22 İyun 18:11
YAP xəbərləri
22 İyun 17:08
İdman
22 İyun 16:50
YAP xəbərləri
22 İyun 16:07
Sosial
22 İyun 15:45
Siyasət
22 İyun 15:31
Siyasət
22 İyun 15:29
Hadisə
22 İyun 15:15
Gündəm
22 İyun 15:05
Sosial
22 İyun 14:44
Siyasət
22 İyun 14:43
Dünya
22 İyun 14:31
Sosial
22 İyun 14:11
Elm
22 İyun 13:46
Dünya
22 İyun 13:42
Siyasət
22 İyun 13:29
Siyasət
22 İyun 13:25
Gündəm
22 İyun 13:21
Gündəm
22 İyun 13:09
Sosial
22 İyun 13:03
Dünya
22 İyun 12:56
Sosial
22 İyun 12:34
Dünya
22 İyun 12:29
Gündəm
22 İyun 12:26
Sosial
22 İyun 11:48
Sosial
22 İyun 11:47
Gündəm
22 İyun 11:46
İdman
22 İyun 11:35
Dünya
22 İyun 11:13
Gündəm
22 İyun 11:12
Gündəm
22 İyun 11:02
Dünya
22 İyun 10:50
Dünya
22 İyun 10:22
Gündəm
22 İyun 10:13
YAP xəbərləri
22 İyun 09:48
Dünya
22 İyun 09:45
YAP xəbərləri
22 İyun 09:43
Dünya
22 İyun 09:18
İdman
22 İyun 08:51
Dünya
22 İyun 08:27
Dünya
22 İyun 08:16
Dünya
22 İyun 08:16
İdman
21 İyun 23:20
Dünya
21 İyun 22:43
Hadisə
21 İyun 21:18
Dünya
21 İyun 20:36
Dünya
21 İyun 19:22
Dünya
21 İyun 18:25
Dünya
21 İyun 17:25
Dünya
21 İyun 16:42
Xəbər lenti
21 İyun 16:30
Dünya
21 İyun 15:39
Siyasət
21 İyun 14:29
Siyasət
21 İyun 14:24
Dünya
21 İyun 14:22
Dünya
21 İyun 13:25
Dünya
21 İyun 12:30

