Bizim planet!
20.03.2025 [08:56]
Ümumdünya Yer Günüdür...
Dünyada baş verən bütün dəyişikliklər insanların rahatlığı üçün yaradılır. Lakin zaman keçdikcə bu dəyişikliklər bəzi problemlərə də yol aça bilir. Məsələn, kimyəvi tullantılar, texniki əşyalar, salınmış şəhərciklər, tikilmiş binalar, infrastrukturlar və daha nələr-nələr... Bütün bunlar tədricən dünyanın nəfəs alan “ağciyərlərinin” məhvinə gətirib çıxarıb. Bu gün qlobal problemə çevrilən iqlim dəyişikliyi, qlobal istiləşmə, suyun tükənməsi və s. kimi ekoloji problemlər dünyadakı bu dəyişmələrin acı nəticəsi hesab edilir.
Yaşamaq üçün vacib olan dünyamızın qorunması isə hər birimizin borcu və məsuliyyətidir. Məhz bu səbəbdən martın 20-si Ümumdünya Yer Günü olaraq qeyd edilir. Bu əlamətdar gün ətraf mühitin qorunmasına yönəlmiş beynəlxalq tədbirdir. Hazırda dünyanın 192 ölkəsində Yer Günü fərqli aksiyalarla yadda qalır - konfranslar, sərgilər, böyük şəhərlərin magistral yollarında nəqliyyatın hərəkətinin məhdudlaşdırılması, abadlıq, təmizlik işlərinin aparılması, ağac əkilməsi.
Tarixə nəzər...
Yer Gününün tarixi XX əsrin 70-ci illərinə əsaslanır. Bu gün Birləşmiş Millətlər Təşkilatının (BMT) 50-dən çox üzv dövlətinin müəllifliyi ilə 2009-cu ildə BMT-nin Ümumi Məclisinin 63-cü iclasına əsasən təsis olunub və 2010-cu ildən etibarən qeyd olunmağa başlanıb. İlk zamanlar Yer Günü bir çox ölkədə günlərin bərabərləşməsi, yazın (Şimal yarımkürəsində) və ya payızın (Cənub yarımkürəsində) başladığı zaman qeyd olunurdu.
“Sülh zəngi”...
Formalaşmış ənənəyə görə, hər il Yer Günündə ölkələrin böyük əksəriyyətində dinc həyatın, bütün xalqların dostluğunun və həmrəyliyinin simvolu olan “Sülh zəngi” birdəqiqəlik çalınır. Bu, mədəniyyəti və bəşəriyyətin ən yaxşı nailiyyətlərini qorumaq naminə fəaliyyətə çağırışdır. Həmin mərasimin mənası ondan ibarətdir ki, bu dəqiqə ərzində insanlar planeti necə qoruyub saxlamaq, ondakı həyatı necə yaxşılaşdırmaq, özlərini sakin və Yer kürəsinin bir hissəsi kimi hiss etmək barədə düşünürlər.
İlk “Sülh zəngi” 1954-cü ildə BMT-nin qərargahı Nyu-Yorkda quraşdırılmışdı. 1996-cı ildə belə bir sülh zəngi BMT-də, eləcə də Avstriyanın paytaxtı Vyana şəhərində quraşdırıldı. Daha sonra isə Yaponiyada, Almaniyanın böyük şəhərlərində (1989), Polşada, Türkiyədə (1989), Meksikada (1990), Avstraliya (1992), Monqolustan (1993), Filippin (1994), Kanada (1996), Braziliya (1997), Argentina (1998), Ekvador (1999), Özbəkistan (2003) və digər ölkələrdə quraşdırılıb.
Bu gün gecə və gündüz bərabərləşir
Yeri gəlmişkən, bu gün Azərbaycana Bakı vaxtı ilə saat 13:01:25-də yaz fəsli daxil olur. Məlumdur ki, yazın gəlişi ilə gecə və gündüz bərabərləşir. Yer öz xəyali oxu ətrafında qərbdən şərqə doğru fırlanır və qlobusun köməyi ilə bu hərəkəti izləmək mümkündür. Yerin oxu Yer kürəsinin mərkəzindən və qütblərdən keçən xəyali xətdir.
Yer kürəsinin öz oxu ətrafında hərəkəti 24 saata başa çatır. Bu dövr sutka adlanır. Yerin işıqlanan tərəfində gündüz olanda əks tərəfdə gecə olur. Onların arasında isə səhər və axşam vaxtları müşahidə edilir. Yerin öz oxu ətrafında fırlanması müxtəlif ölkələrdə vaxt fərqlərinin yaranmasına səbəb olur. Dünyanın müxtəlif ərazilərində günün işıqlı və qaranlıq vaxtının müddəti eyni deyil. Ekvator boyunca il ərzində gündüz və gecənin uzunluqları bərabər olur. Qütblərə yaxın ərazilərdə isə işıqlı vaxtın müddəti yarım ilə qədər uzanır. Digər yarım ilə qədər isə Günəş görünmür.
Astronomlar müəyyən ediblər ki, bəşəriyyətin “evi” olan Yer kürəsi kainatın ucsuz-bucaqsız ənginliyinin bir zərrəsidir. İndiyədək kainatın heç bir yerində həyat aşkar olunmayıb. Ancaq Günəş sisteminin üçüncü planeti olan Yer kürəsində yaşayış üçün əlverişli şərait mövcuddur. Üstəlik, bu gözəl planetdə yaşamaq bizə sevinc gətirir, mövcudluğumuz üçün Yer kürəsi çox vacibdir. Ona görə bu planetimizi qorumaq hər birimizin üzərinə düşən mühüm vəzifələrdən biridir!.
Yeganə BAYRAMOVA
Xəbər lenti
Hamısına baxDünya
03 May 13:40
Dünya
03 May 12:17
Dünya
03 May 11:49
Dünya
03 May 11:20
İdman
03 May 10:58
Dünya
03 May 10:36
Dünya
03 May 09:43
İqtisadiyyat
03 May 09:14
İdman
03 May 08:50
Elm
03 May 08:22
İdman
03 May 07:30
Elm
03 May 07:24
İdman
02 May 23:35
Sosial
02 May 22:45
Analitik
02 May 21:56
Dünya
02 May 20:42
Dünya
02 May 19:34
Dünya
02 May 18:36
Sosial
02 May 17:36
Hadisə
02 May 16:29
Mədəniyyət
02 May 15:17
Sosial
02 May 14:22
İdman
02 May 13:31
Mədəniyyət
02 May 12:39
Gündəm
02 May 11:59
Gündəm
02 May 11:32
Siyasət
02 May 11:18
İqtisadiyyat
02 May 10:53
Gündəm
02 May 10:35
İqtisadiyyat
02 May 10:17
Analitik
02 May 09:56
Analitik
02 May 09:30
Sosial
02 May 09:16
Ədəbiyyat
02 May 08:54
Ədəbiyyat
02 May 08:31
Dünya
01 May 23:49
İqtisadiyyat
01 May 23:20
Sosial
01 May 22:46
Xəbər lenti
01 May 22:19
Siyasət
01 May 22:07
Dünya
01 May 21:55
Hadisə
01 May 21:23
İqtisadiyyat
01 May 20:42
Mədəniyyət
01 May 20:17
Maraqlı
01 May 19:50
Dünya
01 May 19:23
Dünya
01 May 18:25
Dünya
01 May 17:32
Gündəm
01 May 16:55
Dünya
01 May 16:55
Maraqlı
01 May 16:39
YAP xəbərləri
01 May 15:50
Dünya
01 May 15:22
Siyasət
01 May 14:53
Siyasət
01 May 14:52
YAP xəbərləri
01 May 14:52
Mədəniyyət
01 May 14:50
Dünya
01 May 14:45
Dünya
01 May 14:17
İdman
01 May 13:52
Hərbi
01 May 13:47
Sosial
01 May 13:45
Sosial
01 May 13:41
Dünya
01 May 13:25
Gündəm
01 May 13:19
Siyasət
01 May 13:19
Sosial
01 May 13:18
Dünya
01 May 12:58
YAP xəbərləri
01 May 12:53
Sosial
01 May 12:42

