Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Dünya / Böyük Britaniyada yüksək viza xərcləri elmi kadrlara maneə yaradır

Böyük Britaniyada yüksək viza xərcləri elmi kadrlara maneə yaradır

15.04.2025 [14:24]

Böyük Britaniyada xarici vətəndaşlar üçün yüksək viza xərcləri ölkəyə beynəlxalq alim və mühəndislərin cəlb olunmasına ciddi əngəl törədir.

AZƏRTAC “Reuters”ə istinadla xəbər verir ki, “Royal Society” elmi akademiyası Böyük Britaniyada immiqrasiya rüsumlarının digər ölkələrlə müqayisədə 17 dəfə baha olduğunu bildirib. Bu da ölkənin ixtisaslı kadrlara olan ehtiyacını qarşılamağı çətinləşdirir və iqtisadi inkişaf məqsədlərinə zərbə vurur.

Xərçəng üzrə tədqiqat laboratoriyasının rəhbəri Ed Roberts qeyd edib ki, viza xərclərinə görə xaricdən mütəxəssis tapmaq bir ildən çox vaxt aparıb. O, Honqkonqdan bir alimin 15 min funt sterlinqlik ilkin viza ödənişinə görə iş təklifini rədd etdiyini bildirib. Digər bir çox işəgötürənlər kimi, laboratoriya yalnız əməkdaşın viza xərclərini qarşılayır, lakin ailə üzvlərinin xərcləri ödənilmir.

Qeyd edək ki, hazırkı siyasət ABŞ-da elmi maliyyələşdirmənin azaldılmasından sonra Britaniyaya gəlmək istəyən alimlərin də yolunu bağlaya bilər.

Paylaş:
Baxılıb: 340 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

Avropada birinci!

02 May 11:59  

Siyasət

Gündəm

Analitik

Ədəbiyyat

Balaca Buker

02 May 08:54

Ədəbiyyat

Şənbə üçün nəzm

02 May 08:31  

YAP xəbərləri

YAP xəbərləri

Siyasət

Gündəm

İqtisadiyyat

Analitik

Sosial

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31