Kiçik və orta biznesin ÜDM-də payı artır
02.05.2026 [10:53]
Son 6 ildə KOB subyektlərinin sayı 424 mini ötüb
Azərbaycan iqtisadiyyatında tədricən öz yerini tutmağa çalışan və milli iqtisadi inkişafa töhfələr verən kiçik və orta biznes (KOB) ailəsi daha da böyüməkdədir. Son 6 ildə KOB subyektlərinin sayı 74 faiz artaraq 424 min keçib ki, bu da sahibkarlıq ordusunda onların sırasının dayanmadan genişləndiyini göstərir. Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov Bakıda keçirilən “Sahibkarlığın inkişafı güclü iqtisadiyyatdır” adlı tədbirdə bildirib ki, ötən 6 il ərzində KOB-ların yaratdığı əlavə dəyərin məbləği 2 dəfədən çox artaraq 10 milyard manatdan 21 milyard manata çatıb.
KOB subyektləri qeyri-neft sektorunun aparıcı qüvvəsinə də çevrilməkdədir. KOB-lar iqtisadi artımın və sosial inkişafın mühərrikləri hesab olunur. KOB-ların dayanıqlı və davamlı inkişafa, məşğulluğun təmin edilməsinə, yoxsulluğun azaldılmasına, sahibkarlığın və innovasiyaların stimullaşdırılmasına və Dayanıqlı İnkişaf Məqsədlərinə nail olunmasına verdiyi töhfə böyükdür. Hazırda bu sektorun məşğulluq göstəricisi 47 faizə bərabərdir. İqtisadi fəallığını və potensialını artıran KOB icması ümumi gəlir portfelini də möhkəmləndirir.
O.Məmmədov vurğulayıb ki, özəl sektorun inkişafı, mikro, kiçik və orta biznes subyektlərinin dəstəklənməsi dövlət siyasətinin prioritet istiqamətlərindəndir. Sahəvi görüşlər, regional müzakirələr, sorğular, bizneslərə birbaşa səfərlər vasitəsilə sıx ünsiyyət əsasında əldə edilmiş məlumat və ehtiyaclar sırf KOB subyektləri üçün ünvanlı dəstək mexanizmlərinin hazırlanmasına imkan verib. Ümumilikdə, 70 minə yaxın KOB subyekti və sahibkarlıq fəaliyyətinə başlamaq istəyən şəxslər bu dəstəklərdən yararlanıb. İndiyə qədər KOB evlərində 1,5 milyondan artıq xidmət göstərilib.
“Startap” şəhadətnaməsi rəqəmsal uğuru təmin edir
KOB-lar son illərdə vergi potensialı da əhəmiyyətli dərəcədə möhkəmləndirib və ölkənin vergi portfelində öz payını artırmağa başlayıb. Vaxtilə hökumətin bu biznes icmasına xüsusi iqtisadi güzəşt paketləri və təşviqedici stimullar verməsi, eləcə də vergi güzəşt və azadolmaları ilə əhatə etməsi artıq öz səmərəsini göstərir və KOB ailəsi vergi ödənişlərində əvvəlki illərə nisbətən daha fəal yer tutmaqdadır.
KOB subyektləri rəqəmsallaşma sahəsində də ardıcıl addımlar atılır, KOB evinin rəqəmsal modeli olan Elektron KOB evi portalından da istifadə etmək mümkündür. Bu, sahibkarlara biznesin planlaşdırılmasından inkişaf mərhələsinədək geniş elektron xidmətlər təqdim etməsini asanlaşdırır. Bir çox dövlət xidmətinin bu platformaya inteqrasiyası istiqamətində işlər davam etdirilir ki, bu da regionlarda fəaliyyət göstərən sahibkarların inkişafına əlavə imkanlar açacaq.
KOB-ların rəqəmsallaşması və innovativ ideyalarının dəstəklənməsində ən mühüm amillərdən biri “Startap” şəhadətnaməsi ilə əhatə olunmasıdır. 2026-cı ilin birinci rübündə daha 16 mikro və kiçik sahibkara “Startap” şəhadətnaməsi verilib. Startaplardan 10-u Bakı şəhərindən, 6-sı isə regionlardandır. “Startap” şəhadətnaməsi almış biznes subyektləri istehsal və xidmət sektorlarında fəaliyyət göstərir, startapların əsas istiqamətləri e-ticarət və rəqəmsal marketinq, səhiyyə texnologiyaları, onlayn oyun istehsalı, səyahət və turizm xidmətləri, rəqəmsal ödəniş sistemləri və s. sahələrdə innovativ həlləri özündə ehtiva edir. Qeyd edək ki, “Startap” şəhadətnaməsi KOB subyektlərini şəhadətnaməni aldıqları tarixdən etibarən innovasiya fəaliyyətindən əldə etdikləri gəlirlər üzrə mənfəət və ya gəlir vergisindən 3 il müddətinə azad edir. Şəhadətnamənin verilməsi, yaxud imtina edilməsi haqqında qərar KOBİA tərəfindən Ekspertlər Şurasının rəyi əsasında verilir.
“Startap” şəhadətnaməsi almış layihələr fintek, təhsil, ictimai iaşə, İKT, sənaye, turizm, biznesin rəqəmsallaşması, elektron ticarət sahələri üzrə innovativ həlləri özündə ehtiva edən mobil tətbiq və onlayn xidmətlərdir.
Ümumilikdə, indiyədək 260-dan çox mikro və kiçik sahibkarlıq subyektinə “Startap” şəhadətnaməsi verilib.
Qlobal İnnovasiya İndeksində milli sahibkarların reytinqi yüksəlib
KOB-ların beynəlxalq reytinqlərdə də mövqeyi yüksək dəyərini almaqdadır. 2025-ci ilin sentyabrında açıqlanan Qlobal İnnovasiya İndeksində Azərbaycan “Sahibkarlıq siyasəti və mədəniyyəti” göstəricisi üzrə 139 ölkə arasında 2-ci yerdə qərarlaşıb. Eyni zamanda, xarici kapitallı şirkətlər arasında aparılmış sorğuya əsasən, KOBİA sosial-iqtisadi inkişafın dəstəklənməsi baxımından dövlət qurumları arasında lider kimi qiymətləndirilib.
Azad ərazilərdə KOB-ların fəallığı
Azad ərazilərdə də kiçik və orta biznes sinfinin fəallığı artmaqdadır. Qarabağda biznes qurmaq üçün 3500-dən çox yerli sahibkar KOBİA-ya müraciət edib ki, bu da KOB-un marağının göstəricisidir. KOBİA bu ərazilərdə biznesə başlamaq və sahibkarlıq fəaliyyətini genişləndirmək istəyən biznes subyektlərinə informasiya və məsləhət xidməti göstərir, biznes planların hazırlanmasına dəstək verir.
2023-cü ildən KOBİA və tərəfdaşların birgə icra edilən “Qarabağ KOB-ları” layihəsi çərçivəsində yüzlərlə biznes təmsilçisi müxtəlif işlərə cəlb olunub. Onların bir qismi biznes təlimlərini uğurla başa vuraraq, seçdikləri fəaliyyət sahəsi üzrə Dövlət Məşğulluq Agentliyi tərəfindən lazımi avadanlıqlarla təmin ediliblər. Layihənin məqsədi şəhid ailələri, müharibə iştirakçıları və onların ailə üzvlərinin sosial rifahının yaxşılaşdırılması və məşğulluğunun təmin olunmasına dəstək göstərməkdir. Ümumilikdə, KOBİA işğaldan azad edilmiş ərazilərdə biznes qurmaq, sahibkarlıq fəaliyyətini genişləndirmək və bölgəyə investisiya yatırmaq istəyən yerli və xarici biznes subyektlərinə çoxistiqamətli dəstək göstərir. Agentliyin Zəngilan rayonunun Ağalı kəndində, Laçın, Kəlbəcər və Füzuli rayonlarında fəaliyyət göstərən KOB dostu ofisləri, Şuşa şəhərində Dövlət Xidmətləri Mərkəzində yerləşən KOB evi yaradılıb.
E.CƏFƏRLİ
Xəbər lenti
Hamısına baxDünya
08 İyul 23:35
İqtisadiyyat
08 İyul 23:19
Dünya
08 İyul 22:46
Dünya
08 İyul 22:19
Sosial
08 İyul 21:55
Dünya
08 İyul 21:23
Dünya
08 İyul 20:42
Hadisə
08 İyul 20:17
Dünya
08 İyul 19:58
Dünya
08 İyul 19:20
Elm
08 İyul 19:14
YAP xəbərləri
08 İyul 18:55
Dünya
08 İyul 18:25
Dünya
08 İyul 17:43
Dünya
08 İyul 16:31
Sosial
08 İyul 16:30
Dünya
08 İyul 16:21
Siyasət
08 İyul 16:05
Sosial
08 İyul 16:01
Gündəm
08 İyul 15:23
Mədəniyyət
08 İyul 15:18
Dünya
08 İyul 15:18
YAP xəbərləri
08 İyul 15:17
Hərbi
08 İyul 15:03
Dünya
08 İyul 14:58
Dünya
08 İyul 14:20
Dünya
08 İyul 14:04
Sosial
08 İyul 13:58
Siyasət
08 İyul 13:42
Dünya
08 İyul 13:32
Dünya
08 İyul 13:09
Sosial
08 İyul 13:04
Sosial
08 İyul 13:03
İqtisadiyyat
08 İyul 13:02
İqtisadiyyat
08 İyul 12:41
YAP xəbərləri
08 İyul 12:23
İqtisadiyyat
08 İyul 12:19
İqtisadiyyat
08 İyul 12:05
Gündəm
08 İyul 11:53
İqtisadiyyat
08 İyul 11:50
Siyasət
08 İyul 11:45
Siyasət
08 İyul 11:25
Gündəm
08 İyul 10:58
Gündəm
08 İyul 10:49
Siyasət
08 İyul 10:31
YAP xəbərləri
08 İyul 10:20
Analitik
08 İyul 10:17
Elanlar
08 İyul 10:15
Analitik
08 İyul 09:56
Siyasət
08 İyul 09:30
İdman
08 İyul 09:27
Analitik
08 İyul 09:12
Sosial
08 İyul 08:54
Sosial
08 İyul 08:39
Dünya
08 İyul 07:43
Dünya
08 İyul 07:37
Dünya
08 İyul 07:36
Sosial
08 İyul 07:29
Müsahibə
07 İyul 23:21
Dünya
07 İyul 22:37
İdman
07 İyul 22:10
Dünya
07 İyul 21:44
Hadisə
07 İyul 21:19
Elm
07 İyul 20:41
İqtisadiyyat
07 İyul 20:17
Siyasət
07 İyul 20:09
Xəbər lenti
07 İyul 20:08
Elm
07 İyul 19:55
Dünya
07 İyul 19:50
Dünya
07 İyul 19:23

