İşğalçı ölkə inflyasiya burulğanında
27.07.2013 [13:23]
Ermənistanda əsas tələbat mallarının, eləcə də, ictimai nəqliyyatda gedişhaqqı qiymətlərinin bahalaşmasının davam etməsi əhalinin onsuz da ağır olan vəziyyətini daha da çətinləşdirib
Məlum olduğu kimi, Ermənistanda əhalinin dörddə bir hissəsindən çoxu yoxsulluq həddində yaşayır. Ölkədə orta aylıq əməkhaqqı çox aşağı səviyyədədir. Bu gün Ermənistanın mövcudluğu xarici yardımdan asılıdır. Əhalinin böyük hissəsi xaricdəki qohumlarından göndərilən vəsait hesabına yaşamağa məcburdur.
Ermənistanda əsas tələbat mallarının, eləcə də, ictimai nəqliyyatda gedişhaqqı qiymətlərinin bahalaşmasının davam etməsi isə əhalinin onsuz da ağır olan vəziyyətini bir qədər də çətinləşdirib. Belə ki, Ermənistanda qaz və elektrik energisinin qiymətlərindən sonra indi də çörək bahalaşıb. Sahibkarlar isə bütün ərzaq məhsullarının qiymətində artım olduğunu bildirirlər. Ermənistan qəzetinin yazdığına görə, satıcılar hətta axır bir neçə ay ərzində bahalaşmayan ərzaq adı çəkməkdə çətinlik çəkirlər.
Ümumiyyətlə, yerli mətbuatın rəsmi statistikaya istinadən yazdığına görə cari ilin ilk yarısında Ermənistanda 4,1 faiz inflyasiya qeydə alınıb. Hesabat dövründə işğalçı ölkədə qeydə alınan inflyasiya göstəriciləri orta aylıq əməkhaqqının artım tempindən yüksək olub. “Aykakan Jamanak” qəzeti yazır ki, ilk 6 ay ərzində inflyasiya 4,1 faiz təşkil etdiyi halda, həmin dövr üçün orta aylıq əməkhaqqı cəmi 2,1 faiz artıb. Qiymətlər əmək haqlarından daha sürətlə artdığına görə ölkədə həyat səviyyəsi aşağı düşüb. Bu müddət ərzində Ermənistan dramının məzənnəsi də düşüb. Hazırda, 1000 dram 1,9089 AZN, 2,4361 ABŞ dolları, 1,8437 avro və ya 1 ABŞ dolları 410,9 dram, avro isə 542,5 dram dəyərində ölçülür.
Qeyd edək ki, Ermənistanda ictimai nəqliyyatda gediş haqqı iyulun 20-dən 100 dramdan 150 drama qədər artırılıb. İctimai nəqliyyatdan istifadəyə görə gediş haqqının artırılmasına görə artıq 6-cı gündür ki, İrəvanda etiraz aksiyaları keçirilir. Aksiya iştirakçıları baş nazir Tiqran Sarkisyanın istefasını tələb ediblər. Aksiyada fəallıq göstərən vətəndaşlar avtobus və mikroavtobuslarda vərəqələr paylayır, nümayişkaranə şəkildə gediş haqqı üçün 150 dram əvəzinə 100 dram ödəyir və insanları onlardan nümunə götürməyə çağırırlar.
Xatırladaq ki, daha öncə İrəvan meriyasının inzibati binası qarşısında ictimai nəqliyyatda gediş haqqının artırılmasına etiraz olaraq “Xəbərdarlıq aksiyası” keçirilmişdi. Ermənistan KİV-i xəbər verir ki, aksiya iştirakçıları meriyanın girişinə 50 dramlıq qəpiklər atıb, sonra binaya girişi bağlamağa cəhd ediblər. Lakin polis onları ərazidən uzaqlaşdıra bilib. İyulun 23-də isə Ermənistanın paytaxtında ictimai nəqliyyatda gedişhaqqı qiymətlərinin artırılmasına etiraz aksiyası keçirilib, yüzlərlə adam şəhər meriyasının qarşısından hökumət evinədək yürüş edib. Yerli mətbuat səhər saatlarında polis əməkdaşlarının şəhər meriyası qarşısında 4 nəfəri saxladığını bildirib. Aksiya iştirakçıları bildiriblər ki, bu əsassız qiymət artımı ilə razılaşmayacaqlar və ölkə əhalisinin əksəriyyətinin gediş haqqını əvvəlki tarif üzrə ödəməsinə çalışacaqlar.
“Novosti Armeniya”ya müsahibəsində belə şirkətlərdən birinin direktoru məlumat verib ki, nəticədə Ermənistanın paytaxtı piyadalar şəhərinə çevrilir. Vəsait çatışmazlığı erməniləri sərnişin avtobuslarının xidmətlərindən imtina edərək, piyada gəzməyə məcbur edib. Ermənistandakı nəqliyyat şirkətlərinə avtobuslardan istifadə etmək sərfəli deyil: “Sərnişin çatışmazlığı, qaz və dizel yanacağının qiymətinin artması ictimai nəqliyyatın ziyanla işləməsinə səbəb olub. Bir çox marşrut xətləri artıq bağlanıb. Çünki onların ziyanı xeyrindən daha çoxdur. Elə Ermənistanda da adamların sayı əhəmiyyətli dərəcədə azalıb”.
Şirkət rəsmisi deyib ki, insanlar sadəcə Ermənistandan qaçırlar: “Bizim hələ bir balaca ümidimiz var ki, payızda tələbələr gələndə vəziyyətimiz nisbətən düzələcək. Amma iqtisadçıların hesablamalarına görə, bu işlərə cüzi təsir edəcək. Ona görə, yaxın vaxtlarda İrəvan dünyanın ilk piyadalar şəhəri olacaq”.
Ekspertlər də deyilənləri təsdiq edir. Onlar hesab edirlər ki, Ermənistanda ictimai nəqliyyatdan istifadə haqqının artırılması işğalçı ölkədə yeni miqrasiya dalğasına səbəb olacaq. QHT sədri Karine Danielyanın sözlərinə əsasən, bütün bunlar Ermənistanı özünüməhvə doğru aparır: “Biz ildə 70-90 min adam itiririk. Əsasən gənclər gedirlər. Nəticədə əhali qocalır. Pensiyaçıların payı 20 faizə çatıb, doğum kəskin azalıb”.
Əlavə edək ki, Ermənistanda qaz və elektrik enerjisinin yeni, daha yüksək tarifinin qüvvəyə minməsi də vəziyyəti ağırlaşdırıb. İqtisadi ekspertlər hesab edirlər ki, ölkədə kifayət qədər həyəcanlı vəziyyət yaranıb. Xaricdən edilən yardımların azalması da vəziyyəti ağırlaşdırır. Məsələn, cari ilin yanvar-fevral aylarında Ermənistana 7,5 milyon ABŞ dolları həcmində humanitar yardım göstərilib. Göstərilən yardımın həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 62,1 faiz azalıb.
Beləliklə, ağır iqtisadi vəziyyət, hər hansı bir müəssisə, istehsal sahəsinin işləməməsi, inhisarçılıq və dünya maliyyə-iqtisadi böhranı Ermənistan əhalisinin müflisləşməsini və ölkəsini tərk etməsini şərtləndirir və bir dövlət kimi tənəzzülünü yaxınlaşdırır.
SEVİNC
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
20 Yanvar 12:45
YAP xəbərləri
20 Yanvar 12:29
Sosial
20 Yanvar 11:40
Siyasət
20 Yanvar 11:25
Gündəm
20 Yanvar 11:17
Sosial
20 Yanvar 10:48
İqtisadiyyat
20 Yanvar 10:37
Analitik
20 Yanvar 10:12
Siyasət
20 Yanvar 09:54
Ədəbiyyat
20 Yanvar 09:31
Analitik
20 Yanvar 09:17
Sosial
20 Yanvar 08:50
Mədəniyyət
20 Yanvar 08:25
Gündəm
20 Yanvar 08:16
Gündəm
20 Yanvar 00:24
Dünya
19 Yanvar 23:34
Siyasət
19 Yanvar 23:33
YAP xəbərləri
19 Yanvar 23:15
Sosial
19 Yanvar 22:58
Dünya
19 Yanvar 22:41
Gündəm
19 Yanvar 22:31
YAP xəbərləri
19 Yanvar 22:24
Gündəm
19 Yanvar 21:50
Dünya
19 Yanvar 21:50
YAP xəbərləri
19 Yanvar 21:29
Sosial
19 Yanvar 21:17
İqtisadiyyat
19 Yanvar 20:49
İqtisadiyyat
19 Yanvar 20:36
Gündəm
19 Yanvar 20:28
Gündəm
19 Yanvar 20:27
YAP xəbərləri
19 Yanvar 20:13
İqtisadiyyat
19 Yanvar 19:50
YAP xəbərləri
19 Yanvar 19:32
Gündəm
19 Yanvar 19:25
Dünya
19 Yanvar 19:14
Dünya
19 Yanvar 18:43
YAP xəbərləri
19 Yanvar 18:22
YAP xəbərləri
19 Yanvar 18:16
YAP xəbərləri
19 Yanvar 17:10
YAP xəbərləri
19 Yanvar 17:09
Elm
19 Yanvar 16:56
YAP xəbərləri
19 Yanvar 16:53
Hadisə
19 Yanvar 16:45
YAP xəbərləri
19 Yanvar 16:13
Sosial
19 Yanvar 16:07
Dünya
19 Yanvar 16:06
İdman
19 Yanvar 16:06
İqtisadiyyat
19 Yanvar 16:05
Siyasət
19 Yanvar 15:59
Gündəm
19 Yanvar 15:58
Sosial
19 Yanvar 15:39
YAP xəbərləri
19 Yanvar 15:38
YAP xəbərləri
19 Yanvar 15:31
YAP xəbərləri
19 Yanvar 15:29
YAP xəbərləri
19 Yanvar 15:24
YAP xəbərləri
19 Yanvar 15:23
Gündəm
19 Yanvar 15:13
Sosial
19 Yanvar 14:35
YAP xəbərləri
19 Yanvar 14:00
YAP xəbərləri
19 Yanvar 13:54
Siyasət
19 Yanvar 13:47
YAP xəbərləri
19 Yanvar 13:27
Sosial
19 Yanvar 12:34
Dünya
19 Yanvar 12:33
Dünya
19 Yanvar 12:26
Sosial
19 Yanvar 12:21
YAP xəbərləri
19 Yanvar 12:01
İqtisadiyyat
19 Yanvar 12:00
İqtisadiyyat
19 Yanvar 11:59
Hadisə
19 Yanvar 11:59

