Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Dünya / Qazaxıstan və Əfqanıstan dəmir yolu tikintisi ilə bağlı razılığa gəliblər

Qazaxıstan və Əfqanıstan dəmir yolu tikintisi ilə bağlı razılığa gəliblər

24.04.2025 [20:56]

Qazaxıstanın Ticarət və İnteqrasiya Nazirliyi ilə Əfqanıstanın İctimai İşlər Nazirliyi arasında Turğundi-Herat-Qəndəhar-Spin-Boldak dəmir yolunun tikintisində iştirakda onların maraqlı olduqlarını təsdiq edən niyyət Protokolu imzalanıb.

AZƏRTAC Qazaxıstan Baş nazirinin rəsmi informasiya resursuna istinadla xəbər verir ki, protokol Qazaxıstan Baş nazirinin müavini - milli iqtisadiyyat naziri Serik Jumanqarinin başçılıq etdiyi nümayəndə heyətinin Əfqanıstana səfəri çərçivəsində imzalanıb.

Qeyd olunur ki, əldə olunan razılaşmaların davamı olaraq nəqliyyat və logistika sahəsində əməkdaşlıq haqqında Saziş bağlanacaq ki, bu sənəd çərçivəsində Turğundi-Herat hissəsində dəmir yolu xəttinin, lazımi infrastrukturun, eləcə də Herat şəhərində nəqliyyat-logistika mərkəzinin tikintisinə başlanılması müəyyən ediləcək.

Layihə regional tranzit qarşılıqlı əlaqələrinin genişləndirilməsi, Mərkəzi və Cənubi Asiya arasında nəqliyyat-logistika əlaqələrinin gücləndirilməsi, Hind okeanı limanlarına çıxışın təmin edilməsi baxımından Qazaxıstan üçün xüsusi əhəmiyyət kəsb edir. Yeni dəmir yolu xətti Əfqanıstan ərazisindən keçən və cənub istiqamətində yükdaşımaları üçün ən qısa marşrutu təmin edən gələcək transmilli dəhlizin əsas halqasına çevriləcək.

Dəmir yolu xəttinin tikintisi ilə yanaşı, eyni vaxtda fiber-optik kabelin çəkilməsi də nəzərdə tutulur.

Paylaş:
Baxılıb: 567 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

İqtisadiyyat

İqtisadiyyat

Ədəbiyyat

İRƏVAN ZİYALILARINDAN

12 Sentyabr 09:45  

Sosial

Ədəbiyyat

Kitab sevincləri

12 Sentyabr 08:50

Ədəbiyyat

Şənbə üçün nəzm

12 Sentyabr 08:36  

YAP xəbərləri

YAP xəbərləri

Ölkəmiz tərəqqi yolunda

11 Sentyabr 17:36  

YAP xəbərləri

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30