Buenos-Ayresdə daşqınlar səbəbindən 4 mindən çox insan təxliyə olunub
19.05.2025 [20:39]
Keçən həftəsonu Buenos-Ayresdə güclü fırtınalar səbəbindən bir neçə bölgədə dəhşətli nəticələrə yol açan faciəvi vəziyyət yaranıb. Cümə günü səhər tezdən başlayan leysan yağışlar şənbə günü axşama qədər davam edib.
AZƏRTAC xəbər verir ki, hökumətin rəsmi məlumatına görə, Buenos-Ayresin müxtəlif rayonlarından 4 mindən çox sakin təxliyə olunub. Hakimiyyət orqanları Silahlı Qüvvələri bu işlərə cəlb edib, 30-dan çox bələdiyyə təbii fəlakətdən zərər görüb.
Yağış barədə xəbərdarlıq edilmişdi. Lakin Buenos-Ayres vilayətinin sakinləri bölgədə ilin bu fəslində son 40 ilin ən güclü fırtınasının baş verəcəyini təsəvvür edə bilməzdilər. Cəmi bir gün ərzində aylıq normadan çox yağıntı düşüb.
Son 24 saat ərzində Argentinanın bu vilayətində 400 millimetr yağıntı qeydə alınıb. Fəlakətin episentri Buenos-Ayresin şimal və qərbində yerləşən Arresifes, Kampana, Salto və Sarate rayonları olub. Bu bölgədə bir neçə yol və körpü bağlanıb, mülki müdafiə orqanları vəziyyətin ağırlığını nəzərə alaraq insanlara bu ərazidə səyahət etməməyi ciddi şəkildə tövsiyə ediblər.
Kilsələr, klublar və məktəblər tez bir zamanda müvəqqəti təxliyə mərkəzlərinə çevrilib və orada artıq bütün əmlakını itirmiş 4 mindən çox insan təbii fəlakətdən sığınacaq tapıb. Bu arada, şənbə günü günorta saatlarında içində uşaqlar olan azı üç avtobus sel suları səbəbindən doqquz saatdan artıq yolda qalaraq hərəkət edə bilməyib.
Xəbər lenti
Hamısına baxƏdəbiyyat
24 İyun 08:51
Sosial
24 İyun 08:38
Hadisə
24 İyun 07:29
İqtisadiyyat
23 İyun 23:22
Dünya
23 İyun 23:10
İdman
23 İyun 22:42
Dünya
23 İyun 22:17
Dünya
23 İyun 21:50
Dünya
23 İyun 21:24
Müsahibə
23 İyun 20:43
Dünya
23 İyun 20:19
Dünya
23 İyun 19:55
Dünya
23 İyun 19:21
Dünya
23 İyun 19:03
Gündəm
23 İyun 17:48
YAP xəbərləri
23 İyun 17:38
Elanlar
23 İyun 17:26
Sosial
23 İyun 16:50
YAP xəbərləri
23 İyun 16:49
YAP xəbərləri
23 İyun 16:46
YAP xəbərləri
23 İyun 16:05
Sosial
23 İyun 16:01
Sosial
23 İyun 15:27
Gündəm
23 İyun 15:21
Gündəm
23 İyun 15:20
Gündəm
23 İyun 15:18
Gündəm
23 İyun 15:07
YAP xəbərləri
23 İyun 15:00
Dünya
23 İyun 14:37
Siyasət
23 İyun 14:23
Gündəm
23 İyun 14:20
İqtisadiyyat
23 İyun 13:53
Gündəm
23 İyun 13:51
Gündəm
23 İyun 13:28
Müsahibə
23 İyun 13:25
Gündəm
23 İyun 12:56
Sosial
23 İyun 12:50
İqtisadiyyat
23 İyun 12:50
Hadisə
23 İyun 12:49
Siyasət
23 İyun 11:52
Gündəm
23 İyun 11:37
Gündəm
23 İyun 11:25
Gündəm
23 İyun 11:25
Siyasət
23 İyun 11:14
Siyasət
23 İyun 10:58
Gündəm
23 İyun 10:54
Gündəm
23 İyun 10:39
Siyasət
23 İyun 10:36
Analitik
23 İyun 10:15
İqtisadiyyat
23 İyun 09:50
Ədəbiyyat
23 İyun 09:32
Analitik
23 İyun 09:14
Sosial
23 İyun 08:51
Sosial
23 İyun 08:37
Dünya
22 İyun 23:20
Dünya
22 İyun 22:47
İdman
22 İyun 22:24
Dünya
22 İyun 21:52
Elm
22 İyun 21:36
Dünya
22 İyun 21:19
Dünya
22 İyun 20:43
Elm
22 İyun 20:32
İqtisadiyyat
22 İyun 20:17
Dünya
22 İyun 19:50
Gündəm
22 İyun 19:38
Dünya
22 İyun 19:22
Dünya
22 İyun 19:10
Dünya
22 İyun 18:30
Elm
22 İyun 18:11
YAP xəbərləri
22 İyun 17:08

