Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Dünya / Finlandiya Rusiya ilə sərhəddə tikilən səddin birinci hissəsini tamamlayıb

Finlandiya Rusiya ilə sərhəddə tikilən səddin birinci hissəsini tamamlayıb

22.05.2025 [21:34]

Finlandiya Rusiya ilə sərhəddə 4,5 metr hündürlüyündə səddin ilk 35 kilometrində tikinti işlərini tamamlayıb.

AZƏRTAC xəbər verir ki, “Euractiv” portalı bu barədə Finlandiyanın Sərhəd Xidmətinə istinadla məlumat yayıb.

Finlandiya ötən il Rusiya ilə ümumi uzunluğu 1344 kilometrlik sərhədin 200 kilometrini əhatə edəcək səddin inşasına başlayıb. Helsinki səddin Rusiya ilə sərhəddən ölkəyə daxil olan miqrant axınının qarşısını almaq üçün inşa edildiyini bildirib. Finlandiya hökumətinin fikrincə, miqrasiya axını Moskva tərəfindən qəsdən təşkil edilir.

Finlandiya, həmçinin Rusiya ilə sərhədi nəzarət altında saxlamaq üçün süni intellektdən, gecəgörmə və infraqırmızı işıqlandırma funksiyaları ilə təchiz olunmuş kameralardan istifadə etmək niyyətindədir.

Paylaş:
Baxılıb: 495 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

İqtisadiyyat

İqtisadiyyat

Ədəbiyyat

İRƏVAN ZİYALILARINDAN

12 Sentyabr 09:45  

Sosial

Ədəbiyyat

Kitab sevincləri

12 Sentyabr 08:50

Ədəbiyyat

Şənbə üçün nəzm

12 Sentyabr 08:36  

YAP xəbərləri

YAP xəbərləri

Ölkəmiz tərəqqi yolunda

11 Sentyabr 17:36  

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30