Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Dünya / Birləşmiş Ərəb Əmirliklərində may ayı üçün ən yüksək temperatur qeydə alınıb

Birləşmiş Ərəb Əmirliklərində may ayı üçün ən yüksək temperatur qeydə alınıb

25.05.2025 [21:54]

Mayın 24-də Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) may ayı üçün 2003-cü ildən bəri ən yüksək temperatur qeydə alınıb.

AZƏRTAC BƏƏ-nin Milli Meteorologiya Mərkəzinə istinadla xəbər verir ki, Suveyhanda (əl-Ayn) yerli vaxtla saat 13:45-də qeydə alınan ən yüksək temperatur 51.6 dərəcə Selsi olub.

Bildirilir ki, BƏƏ ərazisində indiyədək qeydə alınan ən yüksək temperatur 2010-cu ildə İliyasat adasında 52 dərəcə olub. Ümumiyyətlə, yaz mövsümü başlamamışdan əvvəl BƏƏ-də temperaturun son illərlə müqayisədə qeyri-adi dərəcədə yüksəldiyi müşahidə olunub.

“Əş-Şarq əl-Avsət” nəşri yazır ki, temperaturun 45 dərəcəyə çatdığı bu günlərdə Dubayda sürücülər avtomobillərində kondisionerlərin kifayət qədər sərinlik vermədiyini deyiblər.

Paylaş:
Baxılıb: 297 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

701,6 milyon avro...

29 Aprel 10:34

Analitik

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30