Almaniyada orqan donorluğu ilə bağlı yeni təşəbbüs irəli sürülüb
07.06.2025 [13:26]
Almaniyanın federal əyalətlərinin səhiyyə nazirləri və həkim təşkilatlarının nümayəndələri orqan donorluğu ilə bağlı yeni təşəbbüslə çıxış ediblər.
AZƏRTAC “Tagesschau” xəbər xidmətinə istinadla bildirir ki, Orqan Donorluğu Günü münasibətilə irəli sürülən “etiraz prinsipi” təşəbbüsünə əsasən, hər bir vətəndaş açıq şəkildə etiraz etmədiyi halda potensial orqan donoru hesab olunmalıdır.
Hazırda Almaniyada bu məsələdə “razılıq prinsipi” qüvvədədir. Bu o deməkdir ki, yalnız həyatda olarkən orqanlarının götürülməsinə açıq şəkildə razılıq verən şəxs donor ola bilər. Yeni təklifə əsasən isə hər bir vətəndaş bu istəyə açıq şəkildə etiraz etmirsə, potensial donor hesab olunacaq.
Bu təşəbbüsə rəhbərlik edən Turingiya federal əyalətinin səhiyyə naziri Katarina Şenk orqan çatışmazlığı səbəbindən gözləmə siyahısında qalan insanların həyatını itirməsinin qəbuledilməz olduğunu vurğulayıb.
Həkimlər Palatasının rəhbəri Klaus Reynhart bu dəyişikliyi həmrəylik nümunəsi adlandırıb və canlı orqan donorluğunun da asanlaşdırılmasını istəyib.
Hazırda Almaniya yalnız şəxsi yaxınlıq hallarında canlı orqan bağışlanmasına icazə verir. K.Reinhardt isə “çarpaz donorluq” və anonim bağışlanmanın da mümkün olmasını təklif edib. Əyalətlərin səhiyyə nazirləri gələn həftə bu məsələ ilə bağlı federal səhiyyə naziri Nina Varkenə rəsmi qaydada müraciət edəcəklər. Bir sıra həkim təşkilatları da bu təşəbbüsü dəstəkləyir.
Alman Orqan Transplantasiyası Fondunun məlumatına əsasən, 2024-cü ildə 953 nəfər ölümündən sonra orqanlarını bağışlayıb. Canlı donorlardan götürülən orqanlarla birlikdə ümumilikdə 2854 orqan nəqli həyata keçirilib. Hazırda 8100 insan orqan transplantasiyası gözləyir. Onların əksəriyyəti böyrək nəqlinə ehtiyacı olanlardır. Hər il yüzlərlə insan müvafiq transplantat tapılmadığı üçün dünyasını dəyişir.
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
23 İyun 23:22
Dünya
23 İyun 23:10
İdman
23 İyun 22:42
Dünya
23 İyun 22:17
Dünya
23 İyun 21:50
Dünya
23 İyun 21:24
Müsahibə
23 İyun 20:43
Dünya
23 İyun 20:19
Dünya
23 İyun 19:55
Dünya
23 İyun 19:21
Dünya
23 İyun 19:03
Gündəm
23 İyun 17:48
YAP xəbərləri
23 İyun 17:38
Elanlar
23 İyun 17:26
Sosial
23 İyun 16:50
YAP xəbərləri
23 İyun 16:49
YAP xəbərləri
23 İyun 16:46
YAP xəbərləri
23 İyun 16:05
Sosial
23 İyun 16:01
Sosial
23 İyun 15:27
Gündəm
23 İyun 15:21
Gündəm
23 İyun 15:20
Gündəm
23 İyun 15:18
Gündəm
23 İyun 15:07
YAP xəbərləri
23 İyun 15:00
Dünya
23 İyun 14:37
Siyasət
23 İyun 14:23
Gündəm
23 İyun 14:20
İqtisadiyyat
23 İyun 13:53
Gündəm
23 İyun 13:51
Gündəm
23 İyun 13:28
Müsahibə
23 İyun 13:25
Gündəm
23 İyun 12:56
Sosial
23 İyun 12:50
İqtisadiyyat
23 İyun 12:50
Hadisə
23 İyun 12:49
Siyasət
23 İyun 11:52
Gündəm
23 İyun 11:37
Gündəm
23 İyun 11:25
Gündəm
23 İyun 11:25
Siyasət
23 İyun 11:14
Siyasət
23 İyun 10:58
Gündəm
23 İyun 10:54
Gündəm
23 İyun 10:39
Siyasət
23 İyun 10:36
Analitik
23 İyun 10:15
İqtisadiyyat
23 İyun 09:50
Ədəbiyyat
23 İyun 09:32
Analitik
23 İyun 09:14
Sosial
23 İyun 08:51
Sosial
23 İyun 08:37
Dünya
22 İyun 23:20
Dünya
22 İyun 22:47
İdman
22 İyun 22:24
Dünya
22 İyun 21:52
Elm
22 İyun 21:36
Dünya
22 İyun 21:19
Dünya
22 İyun 20:43
Elm
22 İyun 20:32
İqtisadiyyat
22 İyun 20:17
Dünya
22 İyun 19:50
Gündəm
22 İyun 19:38
Dünya
22 İyun 19:22
Dünya
22 İyun 19:10
Dünya
22 İyun 18:30
Elm
22 İyun 18:11
YAP xəbərləri
22 İyun 17:08
İdman
22 İyun 16:50
Gündəm
22 İyun 16:31
YAP xəbərləri
22 İyun 16:07

